Tarixçi alim Dilavər Azərbaycan Demokratik Respublikasının banisi Məhəmməd Əmin Rəsulzadənin Gəncə Şəhər Dəmiryolçular parkında qoyulan heykəlinə yenidən torba keçirilməsi ilə bağlı özünün “Facebook” səhifəsində yazı paylaşıb.

Teleqraf.az həmin yazını oxucularına çatdırır:

Bu günlərdə iki hadisə Azərbaycan dövlətçiliyinə, onun imicinə ciddi zərbələr vurdi. Birini məmur özbaşnalığı törətdi. Digərini isə Azərbaycan adət-ənənələrini ayaqlar altına atan harınlaşmış oliqarxlar etdi. Gəncə şəhərində Məhəmməd Əmin Rəsulzadənin heykəlinin başına çuval keçirilmişdi. Sən demə çoxdan belə bir vəziyyət var imiş. Sadəcə olaraq, onu görən vətənpərvər bir insan özünün lazım bildiyi millət vəkillərinə müraciət etdi. Onlar da buna Milli Məclisdə münasibət bildirdilər. Bu məsələdə onlarla həmrəy olmaq əvəzinə mımur özbaşınalığını müdafiə edən yaramaz deputatlar da oldu. Nə baş verir? Düşünürsünüzmü? Bu, əslində, Azərbaycan dövlətçiliyinə, onun üçrəngli bayrağına tüpürmək deməkdir. Çünki bu gün yaratdığımız dövlət Məhəmməd Əmin Rəsulzadə və dostlarının yaratdığı dövlətin varisi olmaqla ikinci Respublika adlanır. bayrağımız da onlardan qaldırıb. Ötən il Məhəmməd Əminin 130 illiyini keçirmək barədə ölkə başçısı sərəncam imzaladı və hər bir yerdə güclü tədbirlər keçirildi. Demək, bu məmurlar ölkə başçısının da sərəncamını ayaqlar altına ata bilirlər. Kim zəmanət verər ki, bu məmurlar sabah başqası iqtidara gələrsə, bu günki rəhbərlərin də başına çuval keçirməyəcəklər. Əlbəttə, keçirəcəklər, çünki belə tərbiyə olunublar. Onlar yalnız yarınmaq üçün yaranıblar. Burada mənə təsir edən Azərbaycan ziyalısının susqunluğu oldu. Kimsədən səs çıxmadı. Bax, əasl faciə də budur. Dövlətçiliyimizin üzərinə yeriyirlər, ziyalı susur. Tarixi şəxsiyyətlərimiz təhqir olunur, ziyalı susur. Millətə böhtanlar atılır, ziyalı susur. Tarixi şəxsiyyətlərimizə "mavi" damğası vurulur, ziyalı susur. Sonra da millətdən inciyirik. Yazıq millət! Bu cür ziyalısı olan millətdən nə gözləmək olar! Baxın, M.Ə.Rəsulzadənin başına çuval keçirdən məmura rəhbər vəzifə vermək nə dərəcədə düzgündür? Bu cür manqurtluq milləti məhvə aparır. Hesab edirəm ki, ölkə başçısı səviyyəsində buna əncam çəkilməlidr.
hadisənin ikincisi isə Şah İsmayıl Xətayinin şəklinin konyak şüşəsinə vurulmasıdır. Görün, bizim ziyalı nə gündədir ki, buna da susdu. Əvəzində İran İslam Respublikası qurumları, ziaylıları ayağa qalxdı və bildirdilər ki, Azərbaycan ictimaiyyəti buna susmamalıdır. Görün, biz nə günə qaldıq ki, İran cəmiyyəti daha çox reaksiya verdi. Bunu edənlər kimdir? Onların milli kimliyi ortaya qoyulmalıydı. Belə hallar bizdə yol verilməzdir. Sabah bunlar islam peyğəmbərinin, müqəddəs din adamlarının da şəklini vura bilərlər. Təəssüf! Yazıqlar olsun! Millət özünə gəl! Sənin Qarabağ kimi yaran var. Bu cür insanların əməlləri ilə döyüşçü yetişdirmək mümkün deyildir. M.Ə.Rəsulzadəyə, Şah İsmayıla bu cür münasibəti görən gənci necə yetişdirmək olar? Biz bu cür hadisələrə qarşı birgə çıxış etməliyik. Sizlərə səslənirəm səsi çıxmayan Azərbayacn ziyalısı!

Bölməyə aid digər xəbərlər

05 Fev 2018 Türkiyənin yeni xarici siyasəti: müdafiədən hücuma –Davutoğlunun "sıfır problem" doktrinasından niyə imtina olundu? - TƏHLİL

30 Okt 2016 Türkiyənin Mosul və Kərkük üzərində haqqı və “Misak-ı Milli” (“Milli And”)

18 Okt 2016 Modelyer Leyla Əhmədovaya təzyiq olunur

18 Okt 2016 Ankaranın Mosul planı - Türkiyə əməliyyat və danışıqlarda yer almaqda qərarlıdır

21 Sent 2016 Qafqazda müharibə riski artıb - Ərdoğan

07 Sent 2016 Sabah Özbəkistan prezidentinin səlahiyyətlərini icra edən şəxs bəlli olacaq

31 İyul 2016 Türkiyə ordusu əvvəlki güc və müstəqilliyini itir

19 İyul 2016 Rusiyaya icazə verməməliyik - Müharibə anonsu

16 İyun 2016 Dollar niyə bahalaşır? - Ekspert

05 İyun 2016 Əliyevlə Sərkisyanın iyun görüşü: Danışıqlar başlayacaq, yoxsa müharibə?!

13 May 2016 Qarabağda savaş hər an başlaya bilər - Rus politoloq

10 Apr 2016 ”Rusiya qondarma rejimi danışıqlar prosesinə cəlb etmək istəyir”

03 Apr 2016 “Müharibə Qarabağın hüdudlarından kənara çıxmasa, Rusiya qarışmayacaq...”

30 Mart 2016 MSK müəmması: Məzahir Pənahovun yerinə o gəlir...

25 Mart 2016 Rza Zərrab kimdir: iş adamı, agent, yoxsa ailənin əsiri?

22 Mart 2016 Novruz, yoxsa Ergenekondan çıxış bayramı?

14 Mart 2016 "Neft ölkəsində yaranan iqtisadi böhran xarici borcların artmasına təkan verdi"

03 Mart 2016 PUTİN HÖKUMƏTİNDƏ ÇATLAR DƏRİNLƏŞİR! – Kreml klanları prezidentə qarşı?

26 Fev 2016 “Putin üçün sığorta vasitəsi” – ABŞ-a qarşı “səssiz hücum” PLANI

18 Yan 2016 “Hazırkı durum bir koordinasiya mərkəzinin yaradılmasını tələb edir”

06 Yan 2016 Rusiya Türkmənistanla əlaqəni niyə kəsib? – Şərh

15 Dek 2015 Neft 20 dollara da düşə bilər – Təhlil

10 Dek 2015 PUTİN ÜÇÜN “TÜRK MARŞI” SONATASI – “Bu dəfə bleflə məşğul olmayan biri ilə qarşılaşdı…”

09 Dek 2015 Sirlər çözüldü: İraq-Türkiyə qarşıdurmasının arxasındakı qüvvə... – ŞOK İDDİA

09 Dek 2015 “Aralıq dənizində balans Türkiyə və NATO-nun xeyrinədir”

08 Dek 2015 İŞİD ÜÇÜNCÜ ÖLKƏNİ ƏLƏ KEÇİRİR! – Yenidən təşkilatlanır və beynəlxalq şəbəkə qurur

08 Dek 2015 Faciənin qarşısını almaq niyə mümkün olmadı?

03 Dek 2015 TÜRK-RUS QARŞIDURMASI AVRASİYANI PARÇALAYA BİLƏR! – Azərbaycan kimin tərəfini tutacaq?

02 Dek 2015 Yürüş Mehrəlibəyli Güney Azərbaycan milli hərəkatına ciddi təkliflər verib

29 Noy 2015 Nardaran normal həyata qayıtmaq istəyir? - Son durum

Xəbər lenti