Aslan İsmayılov

"Global Stone" şirkətinin Ramiz Mehdiyevin kürəkəni ilə əlaqəsi var" 

Dünən təxminən 17.00 radələrində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin başçılığı altında dünən baş vermiş faciə ilə bağlı yaradılmış dövlət komissiyanın iclasına baxdım. İştirakçıların çıxışına diqqətlə qulaq asdım və bəzi nəticələrə gəldim. Ən təəccüblü olan odur ki, sən demə hələ 2014-cü ilin fevralından başlayaraq bu il aprel ayının 10-da baş verən yanğına qədər iki oxşar hadisə - əvvəl Sumqayıtda, sonra isə Buzovna qəsəbəsində baş vermiş və bu baradə Baş Prokuror Zakir Qaralovun xəbəri olmuşdur. Çıxışında bunu deyən Baş Prokuror nə üçün bir tədbir görmədiyini isə açıqlamadı. Bundan sonra ilk günlərdən baş vermiş faciədə adı hallanan FH naziri Kəmaləddin Heydərov çıxış etdi və qanunsuzluq olduğunu bildiklərini və müvafiq strukturları tikintinin qanunsuz aparıldığı barədə dəfələrlə xəbərdar etdiklərini xatırlatdı. Çıxışçıların demək olar ki, hamısı bildirdi ki, başıbəlalı təmir-tikinti işləri heç bir müqavilə olmadan, qanunsuz, yerli icra başçılarının xeyir-duası ilə aparılmışdır.

Çox maraqlı hal alınır. Ölkənin ən nüfuzlu nazirlərindən sayılan FHN-nin başçısı Kəmaləddin Heydərov Prezidentin yanındakı iclasda onların suçunun olmadığını, qanunda nəzərdə tutulduğu qaydada dəfələrlə müvafiq xəbərdarlıqlar etdiklərini bildirdi. Deməli, bu işi görənlər onların hər ikisindən güclü şəxs olub. Nə üçün belə yazıram? Çünki, hamı kimi mən də bilirəm ki, ölkə qanunlarla deyil fərdlərlə idarə olunur. Prezidentin çıxışında verdikləri suallardan, iştirakçıların çıxışına reaksiyadan görünürdü ki, hadisənin artıq hakimiyyət üçün təhlükə yaratdığı ona bəllidir və bu hadisədə bütün günahkarların aşkar edilməsində, cəzalandırılmasında israrlıdır. Prezidentdən sonra isə Azərbaycanda ikinci şəxsin Ramiz Mehdiyev olduğu heç kimdə şübhə doğurmur. Ramiz Mehdiyev iclasda iştirak etmirdi. Bu ola bilsin onun sağlamlığı ilə bağlıdır. Hərçənd ki, akademikin bu günlərdə iş başında olduğunu TV-lər nümayiş etdirmişdilər. Bundan əlavə "Haqqın.az" saytının baş redaktoru Eynulla Fətullayevin Ramiz Mehdiyevin kürəkəni, Milli Məclisin deputatı İlham Əliyevə verdiyi sualda o, dünən rəhbəri həbs olunmuş "Global Stone" şirkətinə bilavasitə aidiyyatı olduğunu etiraf etmişdi. Hərçənd ki, bir neçə dəqiqə bundan əvvəl həmin məlumat saytdan çıxarıldı. Bundan başqa, bu günə qədər səsini eşitmədiyimiz deputat İlham Əliyev bu gün çıxış etdi və baş vermiş hadisəni dolayısı ilə təxribat adlandırdı. Nəzərə alsaq ki, metallurgiya sahəsi Ramiz Mehdiyevin oğlunun dostu olan Rasim Məmmədovun inhisarındadır, bu təmirlərdə dəyəri heç də üzlük materiallarından az olmayan metal məmulatlardan istifadə edilmişdir, məntiqi sonuc öz yerini tutur.

Prezident çıxışında bir neçə dəfə vəzifəli şəxslərin qohumlarının öz imkanlarından sui istifadə etmələrini xüsusilə vurğuladığını, rayon icra hakimiyyəti başçılarının faktiki olaraq Ramiz Mehdiyevdən başqa heç kimlə hesablaşmamalarını, Kəmaləddin Heydərovun, Zakir Qaralovun Prezidentin yanında gücsüzlüklərini etiraf etməsi Ramiz Mehdiyevin kürəkəni, deputat İlham Əliyevin bu təmirlərlə birbaşa bağlılığını göstərir. Əgər bu cür olmasaydı insanların evlərinin içindəki təmirlərə də burnunu soxan müvafiq strukturlar hamının gözü qarşısında yüz milyonların yeyildiyi qanunsuz tikililərə heç vaxt göz yummazdılar. Mən hələ aparılan işlərin təhlükəliliyini demirəm. Başqa məsələ isə məsuliyyətli şəxslər də azdan-çoxdan bu yem yerindən öz paylarını alıblar.

Zənn edirəm ki, bu faciəyəyə səbəb olmuş təmir-tikinti işlərinin arxasında kimlərin durduğu Dövlət Komissiyasının iclasında iştirak edənlərə məndən də yaxşı bəllidir. Sadəcə, son dövrlər regionda Rusiyanın güclənməsi həmin şəxsləri konkret adları çəkməkdən çəkindirir.

 

Bu bir daha göstərdi ki, ölkə idarəçiliyində qanunlar yox, vəzifə, qohumluq əlaqələri əsas rol oynayır. Baş vermiş hadisə isə qanunlara söykənməyən sistemin çökməsinə bir işarədir.

Bölməyə aid digər xəbərlər

05 Fev 2018 Türkiyənin yeni xarici siyasəti: müdafiədən hücuma –Davutoğlunun "sıfır problem" doktrinasından niyə imtina olundu? - TƏHLİL

30 Okt 2016 Türkiyənin Mosul və Kərkük üzərində haqqı və “Misak-ı Milli” (“Milli And”)

18 Okt 2016 Modelyer Leyla Əhmədovaya təzyiq olunur

18 Okt 2016 Ankaranın Mosul planı - Türkiyə əməliyyat və danışıqlarda yer almaqda qərarlıdır

21 Sent 2016 Qafqazda müharibə riski artıb - Ərdoğan

07 Sent 2016 Sabah Özbəkistan prezidentinin səlahiyyətlərini icra edən şəxs bəlli olacaq

31 İyul 2016 Türkiyə ordusu əvvəlki güc və müstəqilliyini itir

19 İyul 2016 Rusiyaya icazə verməməliyik - Müharibə anonsu

16 İyun 2016 Dollar niyə bahalaşır? - Ekspert

05 İyun 2016 Əliyevlə Sərkisyanın iyun görüşü: Danışıqlar başlayacaq, yoxsa müharibə?!

13 May 2016 Qarabağda savaş hər an başlaya bilər - Rus politoloq

10 Apr 2016 ”Rusiya qondarma rejimi danışıqlar prosesinə cəlb etmək istəyir”

03 Apr 2016 “Müharibə Qarabağın hüdudlarından kənara çıxmasa, Rusiya qarışmayacaq...”

30 Mart 2016 MSK müəmması: Məzahir Pənahovun yerinə o gəlir...

25 Mart 2016 Rza Zərrab kimdir: iş adamı, agent, yoxsa ailənin əsiri?

22 Mart 2016 Novruz, yoxsa Ergenekondan çıxış bayramı?

14 Mart 2016 "Neft ölkəsində yaranan iqtisadi böhran xarici borcların artmasına təkan verdi"

03 Mart 2016 PUTİN HÖKUMƏTİNDƏ ÇATLAR DƏRİNLƏŞİR! – Kreml klanları prezidentə qarşı?

26 Fev 2016 “Putin üçün sığorta vasitəsi” – ABŞ-a qarşı “səssiz hücum” PLANI

18 Yan 2016 “Hazırkı durum bir koordinasiya mərkəzinin yaradılmasını tələb edir”

06 Yan 2016 Rusiya Türkmənistanla əlaqəni niyə kəsib? – Şərh

15 Dek 2015 Neft 20 dollara da düşə bilər – Təhlil

10 Dek 2015 PUTİN ÜÇÜN “TÜRK MARŞI” SONATASI – “Bu dəfə bleflə məşğul olmayan biri ilə qarşılaşdı…”

09 Dek 2015 Sirlər çözüldü: İraq-Türkiyə qarşıdurmasının arxasındakı qüvvə... – ŞOK İDDİA

09 Dek 2015 “Aralıq dənizində balans Türkiyə və NATO-nun xeyrinədir”

08 Dek 2015 İŞİD ÜÇÜNCÜ ÖLKƏNİ ƏLƏ KEÇİRİR! – Yenidən təşkilatlanır və beynəlxalq şəbəkə qurur

08 Dek 2015 Faciənin qarşısını almaq niyə mümkün olmadı?

03 Dek 2015 TÜRK-RUS QARŞIDURMASI AVRASİYANI PARÇALAYA BİLƏR! – Azərbaycan kimin tərəfini tutacaq?

02 Dek 2015 Yürüş Mehrəlibəyli Güney Azərbaycan milli hərəkatına ciddi təkliflər verib

29 Noy 2015 Nardaran normal həyata qayıtmaq istəyir? - Son durum

Xəbər lenti