Azərbaycan hökuməti cari və gələcək layihələrin dəstəklənməsində maraqlıdır.

 Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vitse-prezidenti, baş naziri və Dubay əmiri şeyx Muhamməd ibn Raşid əl-Məktumun Azərbaycana üç günlük (1-3 aprel) rəsmi səfəri, onun görüşlərinin yekunlarından və hərəkət marşrutundan göründüyü kimi, təcrübi tanışlıq xarakteri daşıyırdı. Söhbət heç də səfərin yekunlarına görə imzalanmış iki sənəddən – fövqəladə hallar və qiymətli kağızlar sahəsində əməkdaşlıq haqqında memorandumlardan getmir.

Səfərə 2014-cü ilin noyabrında Bakıda keçirilmiş Azərbaycan və BƏƏ arasında ticarət-iqtisadi və texniki əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 5-ci iclasının davamı kimi baxmaq olar. İclas protokoluna əsasən, tərəflər prioritet sektorlarda birgə müəssisələr yaratmaq məqsədilə öz biznes qruplarına, özəl və dövlət müəssisələrininə, habelə peşəkar təşkilatlara dəstək göstərilməsi və onların təşviqi məsələsində razılıq əldə ediblər. Görüşdə qonaqlara “Ağ şəhər”, kənd təsərrüfatı kimi investisiya üçün potensial layihələr təklif edilib.

Bu gün neft qiymətlərinin düşməsi nəticəsində ciddi iqtisadi böhranla qarşılaşan Azərbaycan hökuməti cari və gələcək layihələrin dəstəklənməsi üçün investisiya cəlb edilməsində heç vaxt olmadığı qədər maraqlıdır.

Dubay tərəfi dəfələrlə Azərbaycana investisiyalara maraq göstərib, amma real vəziyyət göstərir ki, Dubayın təşəbbüsləri indiyədək lazımi diqqətlə qarşılanmayıb. 2010-cu ildə Dubayın "Arabtec Holding" developer şirkəti Xəzərin sahilində çoxfunksiyalı “Aypara” layihəsinin inşaatı üzrə tenderdə iştirak üçün ərizə verib. “Aypara”ya yaşayış və kommersiya məkanları üçün nəzərdə tutulmuş 5 çoxmərtəbəli bina və 360 otaqlı beşulduzlu otel daxil idi. 2012-ci ildə Bakıda Dubay Ticarət Palatasının MDB-də ilk nümayəndəliyi açılıb. Ərəb investorlarını Azərbaycanda turizm, ticarət, energetika, ASK, İKT, habelə qida və bank sektorları ciddi şəkildə maraqlandırırdı.

Lakin Dubay kapitalının hər-hansı nəzərəçarpan iştirakı qeydə alınmayıb, bir halda ki, Dubayda və Ərəb Əmirliklərində Azərbaycan investisiyaları haqqında mətbuatda çox danışılırdı. Məsələn, söhbət daşınmaz əmlaka çoxmilyonluq yatırımlardan gedir. 2012-ci ildə 20 çəndən ibarət “SOCAR AURORA Fujairah Terminal” işə salınıb, onun ümumi həcmi 641 min kubmetr təşkil edir. O, hər il 20 milyon tondan çox neft məhsullarını qəbul etmək iqtidarındadır. Onu SOCAR şirkəti İsveçrənin Aurora Progress ticarət evi ilə birlikdə təsis edib.

İldən ilə Azərbaycan kapitallı şirkətlərin artışı qeydə alınır. Son 4 ildə Dubayda işləyən Azərbaycan vətəndaşlarının sayı ikiyə qatlanıb və 7 min nəfəri aşıb.

Dubay Ticarət Palatasının Azərbaycan ofisinin rəhbəri Sənan Nəsibli Dubayda Azərbaycan kapitalının yatırılmasının əsas amilini qeyd edir:

Uğurlu və çoxsahəli iqtisadiyyat,

Liberal investisiya mühiti,

Aşağı vergilər və biznes üçün əlavə stimullar,

Gözəl infrastruktur,

Afrika, Asiya və Avropa arasında mərkəzi mövqe,

Logistika dəhlizi,

Fars körfəzi ölkələri ilə gömrük sazişi,

Böyük daxili bazar,

Çoxmədəniyyətli əhali,

İxtisaslaşmış və rəqabətədavamlı işçi qüvvə,

Həyat üçün yaxşı yer.

Əmirliklərlə tərəfdaşlıq əsasən Azərbaycan Dövlət İxracatın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) vasitəsilə həyat keçirilir. Hazırda ölkə daxilində bu qurum hamı üçün istisnasız belə şərait yarada və eksklüzivlik prinsipindən imtina edə bilmir.

Tərəflərin müntəzəm hava əlaqəsi var, bu əlaqəni hər iki ölkənin sərnişin və yükdaşıma şirkətləri təmin edir.

Dubay əmirinin səfərinə qədər hər şeyin açıq-aydın olmadığını bir sıra amillər də sübut edir. Durmadan artan və 2013-cü ildə yarım milyard dollara çatan ticarət dövriyyəsi 2014-cü ildə 9 dəfə azalıb. Bu zaman, statistikadan göründüyünə görə, ticarət münasibətlərində əsas hissə Dubaydan idxalın payına düşüb. İkitərəfli münasibətlərin digər mühüm aspekti şeyx Muhamməd ibn Raşid əl-Məktumun özünə toxunurdu. 2014-cü ilin avqust ayında Azərbaycanın vergi orqanların məşhur “Dar-əl-Bir” humanitar təşkilatının Bakı ofisində əməliyyat-axtarış tədbirləri həyata keçiriblər. Ofisin əməkdalarına dini icmalarla əlaqə ittihamları irəli sürülüb. Təşkilat ittihamları təkzib edərək, Azərbaycan qanunvericiliyinə uyğun şəkildə fəaliyyət göstərdiyini qeyd edib. 1979-cu ildə təsis edilmiş, qərargah-mənzili BƏƏ-də yerləşən “Dar əl-Bir”in idarəetməsini tərkibi vitse-prezident şeyx Muhamməd ibn Raşid əl-Məktumun təsdiq etdiyi İdarə Heyəti həyata keçirir.

“Dar-əl-Bir” Azərbaycana 90-cı illərin əvvəllərində 15 ərəb xeyriyyə fondundan biri olaraq gəlib və missionerlik fəaliyyəti ilə məşğul olmadığı üçün indiyədək qalan azsaylı təşkilatlardan biridir.

Lakin məşhur yay axtarışından sonra payızda hökumətlərarası iclasın, daha sonra isə hazırki yüksək səviyyəli yaz görüşünün keçirilməsini nəzərə alsaq, müəyyən şübhə ilə də olsa, əmirliklərin Azərbaycanda “əsaslı” iştirakını gözləmək olar, həm də təkcə xeyriyyəçilik şəklində deyil. KİV-də məlumat yayılıb ki, şeyx Muhamməd ibr Raşid əl-Məktum prezident İlham Əliyevlə görüşdən sonra Azərbaycanın rayonlarından birinə şahin ovuna gəlmiş qohumlarına qoşulmalı idi. Ərəblər üçün şahin ovu xüsusi əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, BƏƏ-nin gerbində də, manatdan fərqli olaraq devalvasiyaya məruz qalmayan milli kupyurasında – dirhəmdə də bu quşlar təsvir edilib.  //Turan Informasiya Agentliyi

 

Bölməyə aid digər xəbərlər

05 Fev 2018 Türkiyənin yeni xarici siyasəti: müdafiədən hücuma –Davutoğlunun "sıfır problem" doktrinasından niyə imtina olundu? - TƏHLİL

30 Okt 2016 Türkiyənin Mosul və Kərkük üzərində haqqı və “Misak-ı Milli” (“Milli And”)

18 Okt 2016 Modelyer Leyla Əhmədovaya təzyiq olunur

18 Okt 2016 Ankaranın Mosul planı - Türkiyə əməliyyat və danışıqlarda yer almaqda qərarlıdır

21 Sent 2016 Qafqazda müharibə riski artıb - Ərdoğan

07 Sent 2016 Sabah Özbəkistan prezidentinin səlahiyyətlərini icra edən şəxs bəlli olacaq

31 İyul 2016 Türkiyə ordusu əvvəlki güc və müstəqilliyini itir

19 İyul 2016 Rusiyaya icazə verməməliyik - Müharibə anonsu

16 İyun 2016 Dollar niyə bahalaşır? - Ekspert

05 İyun 2016 Əliyevlə Sərkisyanın iyun görüşü: Danışıqlar başlayacaq, yoxsa müharibə?!

13 May 2016 Qarabağda savaş hər an başlaya bilər - Rus politoloq

10 Apr 2016 ”Rusiya qondarma rejimi danışıqlar prosesinə cəlb etmək istəyir”

03 Apr 2016 “Müharibə Qarabağın hüdudlarından kənara çıxmasa, Rusiya qarışmayacaq...”

30 Mart 2016 MSK müəmması: Məzahir Pənahovun yerinə o gəlir...

25 Mart 2016 Rza Zərrab kimdir: iş adamı, agent, yoxsa ailənin əsiri?

22 Mart 2016 Novruz, yoxsa Ergenekondan çıxış bayramı?

14 Mart 2016 "Neft ölkəsində yaranan iqtisadi böhran xarici borcların artmasına təkan verdi"

03 Mart 2016 PUTİN HÖKUMƏTİNDƏ ÇATLAR DƏRİNLƏŞİR! – Kreml klanları prezidentə qarşı?

26 Fev 2016 “Putin üçün sığorta vasitəsi” – ABŞ-a qarşı “səssiz hücum” PLANI

18 Yan 2016 “Hazırkı durum bir koordinasiya mərkəzinin yaradılmasını tələb edir”

06 Yan 2016 Rusiya Türkmənistanla əlaqəni niyə kəsib? – Şərh

15 Dek 2015 Neft 20 dollara da düşə bilər – Təhlil

10 Dek 2015 PUTİN ÜÇÜN “TÜRK MARŞI” SONATASI – “Bu dəfə bleflə məşğul olmayan biri ilə qarşılaşdı…”

09 Dek 2015 Sirlər çözüldü: İraq-Türkiyə qarşıdurmasının arxasındakı qüvvə... – ŞOK İDDİA

09 Dek 2015 “Aralıq dənizində balans Türkiyə və NATO-nun xeyrinədir”

08 Dek 2015 İŞİD ÜÇÜNCÜ ÖLKƏNİ ƏLƏ KEÇİRİR! – Yenidən təşkilatlanır və beynəlxalq şəbəkə qurur

08 Dek 2015 Faciənin qarşısını almaq niyə mümkün olmadı?

03 Dek 2015 TÜRK-RUS QARŞIDURMASI AVRASİYANI PARÇALAYA BİLƏR! – Azərbaycan kimin tərəfini tutacaq?

02 Dek 2015 Yürüş Mehrəlibəyli Güney Azərbaycan milli hərəkatına ciddi təkliflər verib

29 Noy 2015 Nardaran normal həyata qayıtmaq istəyir? - Son durum

Xəbər lenti