«Rusiya hərbi texnikasının Gürcüstanda görünməsi barədə məlumatlar Azərbaycanda narahatlıq yaradıb. Yəni Tbilisi Rusiyadan Ermənistana hərbi texnika tranzitinə icazə verməklə Bakıya «xəyanət» edirmiş kimi görünüb».

Joshua Kucera eurasianet.org-da yazır ki, Gürcüstan küçələrində Rusiya istehsalı olan «ZIL 131» hərbi yük maşınlarının görünməsi müxtəlif fərziyyələrə yol açıb. 

Müxalifət iddia edib ki, hökumət Moskva ilə işbirliyinə gedir, digərləri texnikanın Ermənistana göndərilməsi ehtimalını irəli sürüb: «Rusiya maşınlarının Ermənistana getməsinə elə bir sübut yoxdur, ancaq eyni zamanda Rusiyanın Ermənistandakı bazanı necə təchiz etməsi sualı da açıq qalır. Gürcüstan 2011-ci ilədək Rusiyanın Ermənistana hərbi uçuşlarına icazə verib. Sonra isə bu müqaviləni dondurub. Bu tranzitin indiki statusu isə aydın deyil, ancaq təsdiqlənməmiş məlumatlara görə, tranzit hətta keçmiş prezident Mikheil Saakashvili-nin dövründə bərpa olunub».

Müəllif daha sonra azərbaycanlı politoloq Mübariz Əhmədoğlunun martın 5-də Bakıda keçirdiyi mətbuat konfransında Gürcüstanı Azərbaycana xəyanət etməkdə günahlandırmasını yada salır. «Gürcüstan rəsmiləri iddia edə bilər ki, Ermənistana hərbi texnikanın daşınması Azərbaycana və Gürcüstana təhlükə deyil. Ancaq bununla Gürcüstanın indiki rəhbərliyi özünə hərbi və geosiyasi təhlükə yaradıb», - Əhmədoğlu deyib.

«Əhmədoğlunun fikirlərinin hökumətin mövqeyini əks etdirdiyi bəlli deyil. Ancaq Azərbaycanın getdikcə güclənən repressiv mühitində onun keçirdiyi mətbuat konfransının hökumətyönlü mediada işıqlandırılması rəsmi icazənin göstəricisi də sayıla bilər», - Joshua Kucera yazır.

ERDOĞAN-IN «YENİ TÜRKİYƏ»SİNDƏ PROTEKSİONİZM 2.0 VS. DEMOKRATİYA

Türkiyənin içindəki və xaricdəki müşahidəçilər prezident Recep Tayyip Erdoğan-ın «Yeni Türkiyə»sində avtoritar idarəçiliyin güclənməsindən getdikcə daha çox narahat olmağa başlayırlar.

 «The Washington Post»da Kadir Yıldırım yazır ki, bu dəyişikliyin iqtisadi əsasları dərindən təhlil olunmayıb, ancaq çox vacibdir. Çünki Erdoğan-ın hakimiyyəti, regiondakı digər diktaturalar kimi, təkcə hərbi gücə söykənmir. Əvəzində, Erdoğan-ın gücü himayədarlığın yeni versiyasına əsaslanır – proteksionizm 2.0 versiyasına. 

Proteksionizm 2.0 versiyasının iki xüsusiyyəti onu şəxsi qohumbazlıq və yaxud, sadəcə, hakimiyyətdən istifadədən fərqləndirir - Korrupsiyanın dərəcəsi və Erdoğan-ın və onun Ədalət və İnkişaf Partiyasının (AKP) bunu bir elmə çevirməsi. Dövlət ehtiyacları üçün bir sıra sifarişlər, torpaqların alınması, irihəcmli özəlləşdirmə məhz hökumət liderlərinin xeyir-duası ilə həyata keçirilir.

Məsələn, keçmiş nazir Erdoğan Bayraktar 2013-cü ilin dekabrında korrupsiya iddiası üzrə məhkəmədə deyirdi ki, «...İstanbulun yenidən zonalara bölünməsi planları birbaşa baş nazir Erdoğan-ın göstərişi ilə həyata keçirilib». Beləliklə də, bu, yenilənmiş himayədarlıq partiya rəsmilərinin şəxsi ehtiyaclarını deyil, partiyanın daha çox hakimiyyət ələ keçirməsini, siyasi məqsədlərini irəli aparmasını hədəfləyir.

Erdoğan-ın yenilənmiş himayəçiliyi kompleks mexanizmlə işləyir və hökumət büdcəsindən savayı iki əsas gəlir mənbəyinə söykənir. Bir tərəfdən, baş nazir «Örtülü Ödenek» adlı xüsusi fonddan yararlanır. Bu fondakı pulu istədiyi kimi, heç bir nəzarət və hesabatlılıq olmadan ayırır və pulun hara xərcləndiyini açıqlamağa borclu da deyil. Məsələn, 2013-cü ildə 700 milyon dollar bu məqsədlə xərclənib. 2003-cü ildə Erdoğan baş nazir kimi fəaliyyətə başlayanda, məbləğ 70 milyon dollar idi. Digər tərəfdən, yerli və mərkəzi hökumət səviyyəsində dövlət sifarişləri nəzarətdə saxlanır. Yerli AKP rəsmilərinin Erdoğan-ın oğlu Bilal-ın rəhbərlik etdiyi TURGEV kimi QHT-lərə vəsait ayrılmasını dəstəkləyir. Ayrılan məbləğ də açıqlanmır. Maraqlıdır ki, bəzi dindarlar belə ayırmalara haqq qazandıran fətvalar ver

PUTIN VƏ «MARİUPOL SINAĞI»

«Qərb Ukraynaya özünümüdafiə üçün döyüş silahları vermək məsələsini götür-qoy etdiyi bir vaxtda, prezident Vladimir Putin Ukraynanın strateji Mariupol şəhərinə hücumu çək-çevir edir. Qərb birləşməli və onun qarşısını almalıdır».

Bunu «The New York Times» qəzetində oxuyuruq:

«Prezident Obama Ukraynaya 75 milyon dollarlıq qeyri-döyüş yardımı göstərməyə razılaşıb. Ancaq Vaşinqton və Kiyevdə bəzilərini bu qərar qane etmir. Onlar ABŞ-ın tank əleyhinə silahlar göndərməsini istəyirlər. Yeni yanaşma gərəkdir».

«Koordinasiya olunmuş trans-Atlantik təşəbbüs Qərbi birləşdirə və Putin-in əsas məqsədlərindən birini həyata keçirməsini əngəlləyə bilər – Rusiya ilə Krım arasında torpaq körpünün yaradılmasını ideyasını. «Mariupol sınağı» adlana biləcək Qərb təşəbbüsü tələb edir ki, Birləşmiş Ştatlar Almaniya və Avropanın qalan hissəsi ilə razılığa gəlsin və Putin-in bu şəhər üzərinə hərəkətinə reaksiyanı müəyyənləşdirsin».

«Vaşinqtonda bir sıra siyasətçilər və təhlilçilər kimi inanırıq ki, Kiyevə döyüş silahlarının verilməsi Ukrayna ilə həmrəylik nümayişi olar və Putin-i aqressiv hərəkətdən çəkindirər», - müəlliflər Hans Binnendijk və John Herbst yazır.

«Cənab Putin deyib ki, atəşkəsin saxlanmasını istəyir. Qərb birləşməli və onu sözünü yerinə yetirməyə məcbur etməlidir... Kiyevə döyüş silahları verilməli və təlim keçilməlidir, təkcə Birləşmiş Ştatlar tərəfindən deyil, avropalılar tərəfindən də. Daha sərt iqtisadi sanksiyalar qoyulmalıdır. Qərb açıq şəkildə Rusiyanı SWIFT maliyyə sistemindən çıxarmaq məsələsini müzakirə etməlidir. Bu addım onsuz da təntiyən Rusiya iqtisadiyyatını daha da çökdürər. Qərbə səyahət edən rusiyalılar üçün viza limitləri qoyulmalıdır. Bu addımlar, Avropaya təbii qaz verilişinin kəsilməsinin yaratdığı kimi, Rusiyanın dramatik reaksiyasını doğurar».

 

Bölməyə aid digər xəbərlər

05 Fev 2018 Türkiyənin yeni xarici siyasəti: müdafiədən hücuma –Davutoğlunun "sıfır problem" doktrinasından niyə imtina olundu? - TƏHLİL

30 Okt 2016 Türkiyənin Mosul və Kərkük üzərində haqqı və “Misak-ı Milli” (“Milli And”)

18 Okt 2016 Modelyer Leyla Əhmədovaya təzyiq olunur

18 Okt 2016 Ankaranın Mosul planı - Türkiyə əməliyyat və danışıqlarda yer almaqda qərarlıdır

21 Sent 2016 Qafqazda müharibə riski artıb - Ərdoğan

07 Sent 2016 Sabah Özbəkistan prezidentinin səlahiyyətlərini icra edən şəxs bəlli olacaq

31 İyul 2016 Türkiyə ordusu əvvəlki güc və müstəqilliyini itir

19 İyul 2016 Rusiyaya icazə verməməliyik - Müharibə anonsu

16 İyun 2016 Dollar niyə bahalaşır? - Ekspert

05 İyun 2016 Əliyevlə Sərkisyanın iyun görüşü: Danışıqlar başlayacaq, yoxsa müharibə?!

13 May 2016 Qarabağda savaş hər an başlaya bilər - Rus politoloq

10 Apr 2016 ”Rusiya qondarma rejimi danışıqlar prosesinə cəlb etmək istəyir”

03 Apr 2016 “Müharibə Qarabağın hüdudlarından kənara çıxmasa, Rusiya qarışmayacaq...”

30 Mart 2016 MSK müəmması: Məzahir Pənahovun yerinə o gəlir...

25 Mart 2016 Rza Zərrab kimdir: iş adamı, agent, yoxsa ailənin əsiri?

22 Mart 2016 Novruz, yoxsa Ergenekondan çıxış bayramı?

14 Mart 2016 "Neft ölkəsində yaranan iqtisadi böhran xarici borcların artmasına təkan verdi"

03 Mart 2016 PUTİN HÖKUMƏTİNDƏ ÇATLAR DƏRİNLƏŞİR! – Kreml klanları prezidentə qarşı?

26 Fev 2016 “Putin üçün sığorta vasitəsi” – ABŞ-a qarşı “səssiz hücum” PLANI

18 Yan 2016 “Hazırkı durum bir koordinasiya mərkəzinin yaradılmasını tələb edir”

06 Yan 2016 Rusiya Türkmənistanla əlaqəni niyə kəsib? – Şərh

15 Dek 2015 Neft 20 dollara da düşə bilər – Təhlil

10 Dek 2015 PUTİN ÜÇÜN “TÜRK MARŞI” SONATASI – “Bu dəfə bleflə məşğul olmayan biri ilə qarşılaşdı…”

09 Dek 2015 Sirlər çözüldü: İraq-Türkiyə qarşıdurmasının arxasındakı qüvvə... – ŞOK İDDİA

09 Dek 2015 “Aralıq dənizində balans Türkiyə və NATO-nun xeyrinədir”

08 Dek 2015 İŞİD ÜÇÜNCÜ ÖLKƏNİ ƏLƏ KEÇİRİR! – Yenidən təşkilatlanır və beynəlxalq şəbəkə qurur

08 Dek 2015 Faciənin qarşısını almaq niyə mümkün olmadı?

03 Dek 2015 TÜRK-RUS QARŞIDURMASI AVRASİYANI PARÇALAYA BİLƏR! – Azərbaycan kimin tərəfini tutacaq?

02 Dek 2015 Yürüş Mehrəlibəyli Güney Azərbaycan milli hərəkatına ciddi təkliflər verib

29 Noy 2015 Nardaran normal həyata qayıtmaq istəyir? - Son durum

Xəbər lenti