Bəzi tarixçilərin iddiasına görə, türk millətinin ilk gizli təşkilatı Börü Budun sayılır. Bu təşkilatın həqiqətən olub-olmadığı və ya əfsanə olduğu dəqiq bilinmir. Görəsən, bu təşkilat fəaliyyətini davam etdirirmi?

  İslamdan əvvəl xaqanların və şamanların qurduğu təşkilat fəaliyyətinə Çin və qonşu ölkələrdə müxtəlif casusluq şəbəkələri qurmaq və təşkilatlanmaqla başlayıb. Səlcuqlu və Osmanlı dövlətlərində də fəaliyyəti davam edən Börü Budunun bu gün də mövcud olduğu barədə söhbətlər dolaşır. Mistik gücü olan şamanların bu günə qədər sirlərini və türk dünyasının əsl tarixini qoruduqları bildirilir.

 Təşkilatı kim qurub?

 Təşkilat Göytürk xaqanı Vəzir Bilge Tonyukuk tərəfindən İlteriş, yəni Kutluq Xaqanın əmri ilə təxminən 680-ci ildə quruldu. Börü budundan düşmən ordu və millətlər haqqında müxtəlif kəşfiyyat materialları toplamaq üçün istifadə edildi. Quruma 50 nəfər daxil idi. Hələ hökmdarlığını elan etməyən və dövlət qurmağa hazırlaşan İlteriş xaqan vəzir Bilge Tonyukuk və 17 dostu ilə birlikdə təşkilatın təməlini qoydu. Bundan sonra ikinci Göytürk dövləti erası başladı.

 Bozqurd başlı sancaq bu təşkilat üçün nəzərdə tutulmuşdu. Bəlkə də, haqqında danışdığımız təşkilat dünyanın ən qədim kəşfiyyat və xəbər qurumudur.

 Təşkilata seçilən börülərdə Göy Tanrısına təslimiyyət, Ulus və Vətənə sevgi, adət-ənənəyə sədaqət, bilik kimi keyfiyyətlər mütləq idi.

 Təşkilatın şüarı bu şer parçası idi:

“Biz ki Melik-i Turan, Emîr-i Türkistan'ız,
Biz ki Türk oğlu Türk'üz;
Biz ki milletlerin en kadîmî ve en ulusu Türk'ün başbuğuyuz!..”

Böyük Səlcuqlu imperatorluğu da Börü Budunun üzvü olan Dukaka verilən əmr nəticəsində quruldu. Dukakın oğlu Səlcuq bəy zəkası və təsirli nitqi ilə tanınırdı. O, təşkilata qulluğa dəvət edildi və lazımlı türk tayfalarının dəstəyi ilə dövləti qurdu. Qurduğu dövlətlərlə iç-içə olsa da, təşkilat müstəqil idi və göytürk adət ənənələrinə bağlıydı. Səlcuqlu dövlətinə qədər islamlaşsa da, Göktanrı və şaman inancının təsirləri, sehrləri, ayinləri və ənənələri bu günə qədər də davam etdirilir.

 Türklər Anadoluya qayıtmazdan əvvəl Arslan Yabqunun nəvəsi olan Kutlamışoğlu Süleyman Şah bölgənin içini fəth etməklə vəzifələndirilir. Anadoluya giriş isə börü budun tərəfindən kəşfiyyat şəbəkəsi qurulur və Bizans ordusuna psixoloji təsir edilir, sonra isə Sultan Alparslana təslim edilir. Keyqubad dövründə dövlət işlərində də müəyyən təsirləri olan təşkilat bir çox dərgah şeyxi, idarəçi və padşahın da üzv olduğu gizli təriqətlər quraraq genişləməyə davam edir. Keyqubad 1237-ci il 1 iyun tarixində Kayseri şəhərində vəfat edir. O, öz yerinə İzzədin Kılıç Arslanı vəliəhd təyin etsə də, təşkilatın istəyinə xilaf olaraq sultanın böyük oğlu Qiyasəddin Keyxosrov taxta keçir. Beləcə, Börü Budun təşkilatı Anadolu Səlcuqlarındakı gücünü və təsirini itirdiyini anladığı üçün xəlvətə çəkilir.

 Ərtoğrul Qazi 1288-ci ildə vəfat edir (90 yaşında). Bu zaman Osmanlı bəyliyi Karacadağ, Söğüt, Domaniç və ətradında 4800 kvadrat kilometrlik bir torpaq parçasına sahib idi. Ərtoğrulun vəfatından sonra uc bölgələrdə yerləşən Oğuz tayfalarının ittifaqı ilə, Kayı boyundan olduğu üçün Osman bəy Börü Budunun köməyi ilə bütün tayfaların başçısı seçildi. Digər Anadolu bəylikləri bir-biri ilə mübarizə apardığı halda, Osman bəy təşkilatın köməyi və planları sayəsində Bizans imperiyası ilə mübarizəyə başladı. Beləcə, Səlcuqlu sultanının göndərdiyi hakimiyyət rəmzlərini alan Osman Qazi, bəyliyin və yaxınlıqda yerləşən ərazilərin əhalisini Bizans və digər bəyliklərin hücumundan, işğalından qorumaqla vəzifələndirildi. O, Samsa Çavuş, Akçakoca, Aykut Alp, Abdurrahman Qazi kimi tayfa bəyləri ilə birlikdə fəthlərə başladı. Qısa müddətə İnönü, Eskişehir, Karacahisar, Yarhisar, İnegöl və Bilecik kimi əraziləri zəbt etdr. Sultan III Ələddin Keyqubad isə monqollara qarşı başlayan uğursuz Sülemiş üsyanından sonra qaçmağa məcbur oldu. Səlcuqlu dövləti başsız qaldığı üçün Osman Qazi 1300-cü il 27 yanvar tarixində müstəqilliyini elan etdi.

 Börü Budun təşkilatı sayəsində Osman bəy mükəmməl kəşfiyyat şəbəkəsinə sahib oldu. Gizli əxilik və yəsəvilik kimi təriqətlərin də köməyini alaraq əvvəlcədən psixolojik mühasirəyə aldığı Bizans qalalarını tək-tək ələ keçirməyə başladı.

 Börü Budun Anadolu türklüyünün gələcəyi olaraq gördüyü gənc osmanlılara kömək məqsədi ilə əvvəlcədən qurmuş olduğu gizli təşkilat və təriqətləri hərəkətə keçirdi. Edebali, Davudi Kayseri, Dursun Fakih kimi ədiblər Karaman ölkəsindən Osmanlı torpağına köçərək mədəni fəaliyyətə başladılar.

 Ərtoğrul bəydən oğlu Osmana miras qalan 4800 kv.kilometrlik bəylik, 43 il içində üç dəfə böyüyərək 16 min kv.kilometrlik bir əraziyə çevrildi. Osmanın oğlu Orxan Qazinin hakimiyyət illərində dövlətin ərazisi 95 min kv.kilometr idi. Murad Xüdavəndigarın hakimiyyət dövründə (1361-1389) dövlətin ərazisi 500 min kv.kilometr idi. Artıq tayfa birliyindən bəylik dövrünə qədəm qoyan Osmanlı dövləti imperiya olmaq üçün hazırlanırdı və plan da çızılmışdı.

 Özünü Çingizxanın mirasçısı görən və onun imperiyasının torpaqlarında İslam dövləti qurmağı hədəfləyən Əmir Teymur 1402-ci ildə Ankara ətrafında Osmanlı dövlətini darmadağın etdi və Anadalonu yenidən parçaladı(Qizil Orda dövləti də Teymur tərəfindən məğlub edilib – müəl.). Amma Əmir Teymur arzuolunmayan savaşda qələbə qazansa da, siyasi səbəblərlə Börü Budun təşkilatının dəstəklədiyi bir Türk dövlətini yıxmaq istədiyi üçün cəzalandırıldı. Teymur da, əslində, Börü Buduna üzv idi və əmrləri bu təşkilatdan alırdı. O, Osmanlı dövlətini yıxmaq fikrində olmadığını bəyan etmişdi.

 Ankara savaşından sonra Osmanlı dövləti 11 il fetret (boşluq) dövrü keçdi. Tarixçilərin yazdığına görə, Teymur son ana qədər savaşı başlamamaq, İldırım Bəyazid isə başlamaq üçün cəhd etdi.

 Teymur 1405-ci il 19 mart tarixində vəfat etdi. Onun cənazəsini mumyalayaraq Səmərqəndə apardılar. Nəvəsi Məhəmməd Sultan üçün inşa etdirdiyi türbədə dəfn edildi. Amma Anadoluda türklüyün yayılması və dünya Türk imperiyasını qurmaqla vəzifələndirilmiş bir Türk dövlətinə qarşı savaşmış Teymurilər dövləti də tarix səhnəsindən silinməyə məhkum edilmişdi.

 “Dünyada tək bir din, tək bir dövlət, tək bir padişah və İstanbul da dünyanın paytaxtı olmalıdır” deyən Fatih Sultan Mehmet dünya hakimiyyəti layihəsini həyata keçirmək üçün sistemli bir təşəbbüsə girişdi. Sistemli çalışma, psixoloji müharibə, savaş taktikaları və güclü kəşfiyyat şəbəkəsi Mehmetə çox kömək etdi.

 Ordu Börü Budun təşkilatının kəşfiyyat şəbəkəsi sayəsində səfərə çıxacağı ərazini əvvəlcədən tanıyır, lazımi məlumatlar əldə edirdi.

 Börü budun təşkilatı Osmanlı dövlətində müəyyən qərarlara qarşı idi. Məsələn, ordu sistemində tətbiq edilən devşirmə üsulu (işğal edilən dövlətlərin azyaşlı uşaqları seçilir, Osmanlıda xüsusi təlim keçərək yetişdirilir, eyni zamanda İslam dini  qəbul etdirilirdi. Bu üsul ilə qurulan ordu yeniçərilər adlandırıldı – müəl.) idi. Çünki təşkilatın tövsiyyəsi ilə qurulan Akıncılar (süvarilər – müəl.)) bu üsuldan sonra gözdən düşməyə başladılar. Amma təşkilat uzaqgörən idi. Müsəlman-türklərdən seçilən süvari qüvvətləri-akıncılar 500 il sonra Avropada “komando” olaraq ortaya çıxdı.

 Süvarilərdə sistem belə idi: min nəfərlik bölüyün komandirinə minbaşı, yüz əsgərin komandirinə yüzbaşı, 10 nəfərlik dəstəyə də onbaşı rəhbərlik edirdi. Bunların da hər birinə süvari bəyi deyilən süvari komandiri var idi və buna süvari sancak bəyi də deyilirdi. Bu bəylər Börü Budun idarəçiliyindəki söz sahibi (gök börü) tərəfindən seçilirdi. Seçilən bəylər mütləq soylu türk ailələrindən olmalı idi.

 Devşirmə qanunu XVII əsrdən etibarən müəyyən problemlər səbəbi ilə pozulmağa başladı. Çünki xristian uşaqlar müəyyən müayinə və araşdırılma aparmadan götürülür, qeydlər aparılmırdı. XVII əsrin əvvəllərində Bostancı Ocağı üçün 1000 devşirmə uşaq gətirilmişdisə, eyni əsrin ortalarında bir nəfər də gətirilməmişdi. Təbii ki, burada əsas faktor Börü Budun təşkilatının təzyiqi idi.

 Tanzimat və İslahat fərmanları dövründə Qərbyönümlü təhsil verən qurumlarda yetişən Osmanlı ziyalıları Qərb fikirlərindən, xüsusilə də fransız düşüncə tərzindən önəmli ölçüdə təsirlənmişdilər. XIX əsrin ikinci yarısından etibarən bu təbəqə üçün hürriyət, ədalət, bərabərlik, parlament kimi qavramlar əsas prioritetə çevrildi. Beləcə, qanunlara dayanan dövlət fikrinin təsiri ilə Osmanlı siyasi həyatında sistemin dəyişdirilməsinə yönəlmiş ilk təşkilatlanmalar başladı. Bu təşkilatlanmalardan birincisi “Gənc Osmanlılar Hərəkatı” idi. Təşkilat 1865-ci ildə quruldu və 1867-ci ilə qədər ətrafına tərəfdar toplayaraq fikirlərini yaymaqla məşğul oldu. Börü Budun isə bu fikirləri ən çox dəstəkləyən qurum idi.

 1876-cı ildə saray çevrilişi nəticəsində Sultan Əbdüləziz taxtdan uzaqlaşdırıldı və V Murad padşah seçildi.  Məşrutiyyət tərəfdarı Osmanlı dövlət rəsmiləri ilə ziyalılar arasında münasibət quruldu və nəticədə ziyalıların böyük bir qismi ölkəyə qayıtdı. Amma hökmdarlıq qabiliyyəti zəif olan Murad taxtdan ayrıldı və onun yerinə II Abdulhamid hökmdar oldu.

 1876-cı il 23 dekabr tarixində Konstitutsiya elan edildi və 1877-ci ilin əvvəllərində ilk türk məclisi toplandı. 1877-ci ildə Rusiya ilə başlayan müharibə Osmanlı ordusunun ağır məğlubiyyəti və Ayastefanos müqaviləsi ilə Məşrutiyyət sona çatdı. II Abdülhamid məclisi tətilə göndərdi. 1878-dən 1908-ci ilə qədər ölkədə köhnə üsul ilə idarə sistemi həyata keçirildi.

 Sultan ölkə içində nəzarəti həyata keçirmək üçün yol və xəbərləşmə şəbəkəsinin mütləq lazım olduğunu düşündüyü üçün müəyyən fərmanlar verdi. Dəmiryolu və teleqraf sistemi üzərində işlər başladı. Bu dönəmdə Börü Budun təşkilatı texnologiya ilə qarşılaşdı. II Abdülhəmid hər nə qədər Məşrutiyyət əleyhinə olsa da, saray içində çox güclü olan Börü Budun təşkilatı ona əl-qol açmağa imkan vermirdi.

 Digər tərəfdən, hökmdarın sərt idarə sistemi təşkilatın dəstəklədiyi geniş bir ziyalı müxalifətini hərəkətə keçirdi. 1890-cı ildən etibarən “Askeri Tıbbiye”də qurulan Osmanlı İttihat və Tərəqqi Cəmiyyəti müxalifət hərəkatının mərkəzinə çevrildi.

 Əhməd Rza bəy (Börü Budunun üzvü idi – müəl.) “Tərəqqi və İttihat Cəmiyyəti”nin rəhbəri idi. Bu təşkilat şahzadə Səbahəddinin “Ademi Merkeziyet ve teşebbüsü şahsi” cəmiyyəti və kiçik rütbəli hərbçi və məmurların qurduğu “Osmanlı Hürriyət Cəmiyyət”i arasında keçirilən görüşlərdən sonra 1906-cı ildə birləşmək barədə qərar qəbul edildi. Nəticədə Osmanlı İttihat və Tərəqqi cəmiyyəti adı altında güclü bir müxalifət təşkilatı ortaya çıxdı. Təbii ki, bu planın da memarı Börü Budun qurumu idi. Təşkilatın fəaliyyəti nəticəsində II Abdülhamid 1908-ci il 24 iyun tarixində Məşrutiyyəti yenidən elan etdi.

 Artıq Börü Budun təşkilatı rəsmi bir kanal vasitəsilə Osmanlıya sözünü yeridə biləcək bir quruma çevrildi. İttihat və Tərəqqi partiyasındakı güclü şəxslərin böyük bir qismi təşkilat üçün işləyirdi. Amma zamanla şəxsi mənfəətlərini üstün tutanlar da oldu. Məşrutiyyət elan edildikdən sonra ölkəyə qayıdan şahzadə Səbahəddin və qrupu İttihat və Tərəqqi ilə birlikdə hərəkət etməyi rədd edərək, başqa bir təşkilat qurub Məclisə girdilər. Bu, Börü Buduna savaş açmaq mənasına gəlirdi.

 İttihat və Tərəqqiyə qarşı həm Məclisdə, həm də Məclisdən kənarda müxalif düşüncə şiddətlənirdi. “Serbesti” qəzeti də cəmiyyətə qarşı sərt məqalələr dərc etməyə başladı. “Serbesti” qəzetinin baş redaktoru Hasan Fehmini siyasi rəqiblərinə qarşı sərt mövqe tutan İttihat və Tərəqqi cəmiyyəti Sirkeci Poçtu yanında öldürdü. “Volkan” qəzeti də cəmiyyət əleyhinə çıxış etməyə başladı. Ordu içində İttihat və Tərəqqi əleyhinə olan zabitlərin gəncləşdirmə bəhanəsi ilə istefaya göndərilməsi də müəyyən problemlərə səbəb oldu. Eyni zamanda təşkilatın padşaha və xəlifə məqamına olan mənfi münasibəti də müsəlman əhalidə nifrət oyatdı. Sonradan təşkilat üzvlərinin əksəriyyəti bir çox səhvlərinə görə qətlə yetirildilər.

 Osmanlının son dövrlərində Ənvər Paşa tərəfindən qurulan “Teşkilatı Mahsusa” da Börü Budun tərəfindən planlaşdırılmışdı.

 I Dünya Müharibəsində Osmanlı məğlub oldu və torpaqları işğal edildi. Bu zaman gizli qurumun əmri ilə Teşkilatı Mahsusa Qurtuluş savaşına qatılmış və Atatürkün rəhbərliyi ilə Türkiyə Cümhuriyyətini qurmaq üçün çox böyük xidmətlər göstərmişdi. “Teşkilatı Mahsusa”da Eşref Kuşçubaşı, Rauf Orbay, Mehmet Akif Ersoy, Ali Fethi Okyar, Fuat Bulca, Çerkez Ethem kimi məhşurlar vəzifə alırdı.

 Müəyyən məlumatlara görə, Börü Budun, hələlik, səssizliyə çəkilib və türk dövləti təhlükədə olanda yenidən fəaliyyətə keçəcək.

 Təbii ki, yuxarıda qeyd edilən təşkilat barədə rəsmi sənədlər, rəsmi mənbələr, tarixçi əlyazmaları yoxdur. Bütün bunlar müəyyən tarixçilərin iddiasıdır. Biz də belə bir təşkilatın həqiqətən mövcud olub-olmadığını iddia etmirik. Sadəcə müəyyən tarixçilərin iddiasını qələmə alıb, oxucuların ixtiyarına verdik.



Hikmət Həsənov
(publika.az)

 

Bölməyə aid digər xəbərlər

05 Fev 2018 Türkiyənin yeni xarici siyasəti: müdafiədən hücuma –Davutoğlunun "sıfır problem" doktrinasından niyə imtina olundu? - TƏHLİL

30 Okt 2016 Türkiyənin Mosul və Kərkük üzərində haqqı və “Misak-ı Milli” (“Milli And”)

18 Okt 2016 Modelyer Leyla Əhmədovaya təzyiq olunur

18 Okt 2016 Ankaranın Mosul planı - Türkiyə əməliyyat və danışıqlarda yer almaqda qərarlıdır

21 Sent 2016 Qafqazda müharibə riski artıb - Ərdoğan

07 Sent 2016 Sabah Özbəkistan prezidentinin səlahiyyətlərini icra edən şəxs bəlli olacaq

31 İyul 2016 Türkiyə ordusu əvvəlki güc və müstəqilliyini itir

19 İyul 2016 Rusiyaya icazə verməməliyik - Müharibə anonsu

16 İyun 2016 Dollar niyə bahalaşır? - Ekspert

05 İyun 2016 Əliyevlə Sərkisyanın iyun görüşü: Danışıqlar başlayacaq, yoxsa müharibə?!

13 May 2016 Qarabağda savaş hər an başlaya bilər - Rus politoloq

10 Apr 2016 ”Rusiya qondarma rejimi danışıqlar prosesinə cəlb etmək istəyir”

03 Apr 2016 “Müharibə Qarabağın hüdudlarından kənara çıxmasa, Rusiya qarışmayacaq...”

30 Mart 2016 MSK müəmması: Məzahir Pənahovun yerinə o gəlir...

25 Mart 2016 Rza Zərrab kimdir: iş adamı, agent, yoxsa ailənin əsiri?

22 Mart 2016 Novruz, yoxsa Ergenekondan çıxış bayramı?

14 Mart 2016 "Neft ölkəsində yaranan iqtisadi böhran xarici borcların artmasına təkan verdi"

03 Mart 2016 PUTİN HÖKUMƏTİNDƏ ÇATLAR DƏRİNLƏŞİR! – Kreml klanları prezidentə qarşı?

26 Fev 2016 “Putin üçün sığorta vasitəsi” – ABŞ-a qarşı “səssiz hücum” PLANI

18 Yan 2016 “Hazırkı durum bir koordinasiya mərkəzinin yaradılmasını tələb edir”

06 Yan 2016 Rusiya Türkmənistanla əlaqəni niyə kəsib? – Şərh

15 Dek 2015 Neft 20 dollara da düşə bilər – Təhlil

10 Dek 2015 PUTİN ÜÇÜN “TÜRK MARŞI” SONATASI – “Bu dəfə bleflə məşğul olmayan biri ilə qarşılaşdı…”

09 Dek 2015 Sirlər çözüldü: İraq-Türkiyə qarşıdurmasının arxasındakı qüvvə... – ŞOK İDDİA

09 Dek 2015 “Aralıq dənizində balans Türkiyə və NATO-nun xeyrinədir”

08 Dek 2015 İŞİD ÜÇÜNCÜ ÖLKƏNİ ƏLƏ KEÇİRİR! – Yenidən təşkilatlanır və beynəlxalq şəbəkə qurur

08 Dek 2015 Faciənin qarşısını almaq niyə mümkün olmadı?

03 Dek 2015 TÜRK-RUS QARŞIDURMASI AVRASİYANI PARÇALAYA BİLƏR! – Azərbaycan kimin tərəfini tutacaq?

02 Dek 2015 Yürüş Mehrəlibəyli Güney Azərbaycan milli hərəkatına ciddi təkliflər verib

29 Noy 2015 Nardaran normal həyata qayıtmaq istəyir? - Son durum

Xəbər lenti