“Rusiya Dağlıq Qarabağdan çəkilsə, tam məğlubiyyətini etiraf etmiş olacaq”.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Vəfa Quluzadə söyləyib.

O, Putinin Türkiyə səfərinin nümayişkaranə xarakter daşıdığını bildirib:

“Putinlə Ərdoğanın görüşündə Qarabağ məsələsinə toxunuldu. Yəni Putinlə Ərdoğan Qarabağ məsələsini olduğu kimi dondurulmuş vəziyyətdə saxlamaq qərarı verdilər. Rusiya üçün hələlik bu məsələnin gündəmə gətirilməsi mümkün deyil. Ərdoğan anlayır ki, Rusiya Dağlıq Qarabağdan çəkilsə, tam məğlubiyyətini etiraf etmiş olacaq. Rusiya Ukraynada qələbə çalsaydı, ölkədə dərin böhran olmasaydı, gəlib Azərbaycanı işğal edəcəkdi. Buna şübhə etməyin. Azərbaycan yenidən rus imperiyasının tərkibinə daxil olacaqdı. Amma görürsünüz ki, olmur. Digər tərəfdən isə Putin Ərdoğanın ayağına xahişə getdi. Bunun özü danılmaz faktdır. Rusiyanın xahişi ondan ibarət idi ki, dərin böhran dövründə onunla ticarət əlaqələri artırılsın. Türkiyə isə buna ucuz qaz almaq şərti ilə razılıq verdi. Putin də razılıq verərək, qazı 6% aşağı saldı. Amma eyni zamanda Putinin Türkiyəyə səfəri nümayişkaranə xarakter daşıyırdı. Yəni əslində mahiyyətdə bir şey yoxdur, lakin bu, nümayiş etdirilir. Putin göstərmək istəyir ki, Rusiya hələ tam təcrid olunmayıb”.

Politoloq Rusiya çökməyənə qədər Qarabağ məsələsinin həll olunmayacağını deyib:

“İkinci məsələ ondan ibarətdir ki, Rusiyanın “Cənub axını” layihəsi Qərb tərəfindən sıradan çıxarıldı. Putin göstərdi ki, buna alternativ Türkiyə vasitəsilə qazın ötürülməsidir. Amma Türkiyədən qazı ixrac etmək üçün əvvəlcə gərək Qara dənizin altından boru kəməri çəkilsin. Bunun üçün isə maliyyə olmalıdır. Qərb deyir ki, Putin qaz kəmərindən Avropadan 14 milyardlıq kredit ala bilmədiyinə görə imtina etdi. Türkiyə ilə razılığa gəliblər, amma onun hansı pulla və nə vaxt çəkiləcəyi bəlli deyil. Ona görə də Putinin Türkiyə səfərini düzgün anlamaq lazımdır. Türkiyə onsuz da Rusiyaya əlində olan hər şeyi ixrac edib və bunun üçün müqaviləyə ehtiyac  yoxdur. Bizim məsələlərə gəlincə isə Rusiya hələ o vəziyyətdə deyil ki, Ərdoğan onlara ultimatum versin, Moskva da bunu qəbul etsin. Rusiyanın dərdi ondadır ki, bu ölkənin siyasi və iqtisadi sistemi tamamilə yaramazdır. Bunları islah etmək isə ölkəni parçalanmağa aparır. Ona görə də vəziyyətləri çıxılmazdır. Mən dəfələrlə demişəm və indi də söyləyirəm ki, Rusiya imperiyası dağılmayana və onun yerində mütərəqqi bir dövlət yaranmayana qədər Qarabağ məsələsi həll olunmayacaq”.

V.Quluzadə “Cənub axını” proyektinin ləğvi ilə Avropanın Ukraynanı xilas etdiyini vurğulayıb:

““Cənub Axını”nı ləğv etməklə Avropa Rusiyaya Ukraynanı boğmağa imkan vermədi. Əgər bu layihə həyata keçsəydi, Rusiya öz qazını Ukraynadan kənar keçməklə Avropaya ötürərdi. Bu proyekt alınmadığına görə Rusiyanın qaz ixracı üçün bircə yolu var. O da ki Ukraynanın üzərindən keçir. Deməli, Moskva bununla Kiyevdən asılı vəziyyətə düşür və bununla Ukraynaya qaz verməyə məcbur olur. Qara dənizin dibindən Türkiyəyə kəmər çəkməsi məsələsi isə hələlik nisyə söhbətdir”. 

Bölməyə aid digər xəbərlər

05 Fev 2018 Türkiyənin yeni xarici siyasəti: müdafiədən hücuma –Davutoğlunun "sıfır problem" doktrinasından niyə imtina olundu? - TƏHLİL

30 Okt 2016 Türkiyənin Mosul və Kərkük üzərində haqqı və “Misak-ı Milli” (“Milli And”)

18 Okt 2016 Modelyer Leyla Əhmədovaya təzyiq olunur

18 Okt 2016 Ankaranın Mosul planı - Türkiyə əməliyyat və danışıqlarda yer almaqda qərarlıdır

21 Sent 2016 Qafqazda müharibə riski artıb - Ərdoğan

07 Sent 2016 Sabah Özbəkistan prezidentinin səlahiyyətlərini icra edən şəxs bəlli olacaq

31 İyul 2016 Türkiyə ordusu əvvəlki güc və müstəqilliyini itir

19 İyul 2016 Rusiyaya icazə verməməliyik - Müharibə anonsu

16 İyun 2016 Dollar niyə bahalaşır? - Ekspert

05 İyun 2016 Əliyevlə Sərkisyanın iyun görüşü: Danışıqlar başlayacaq, yoxsa müharibə?!

13 May 2016 Qarabağda savaş hər an başlaya bilər - Rus politoloq

10 Apr 2016 ”Rusiya qondarma rejimi danışıqlar prosesinə cəlb etmək istəyir”

03 Apr 2016 “Müharibə Qarabağın hüdudlarından kənara çıxmasa, Rusiya qarışmayacaq...”

30 Mart 2016 MSK müəmması: Məzahir Pənahovun yerinə o gəlir...

25 Mart 2016 Rza Zərrab kimdir: iş adamı, agent, yoxsa ailənin əsiri?

22 Mart 2016 Novruz, yoxsa Ergenekondan çıxış bayramı?

14 Mart 2016 "Neft ölkəsində yaranan iqtisadi böhran xarici borcların artmasına təkan verdi"

03 Mart 2016 PUTİN HÖKUMƏTİNDƏ ÇATLAR DƏRİNLƏŞİR! – Kreml klanları prezidentə qarşı?

26 Fev 2016 “Putin üçün sığorta vasitəsi” – ABŞ-a qarşı “səssiz hücum” PLANI

18 Yan 2016 “Hazırkı durum bir koordinasiya mərkəzinin yaradılmasını tələb edir”

06 Yan 2016 Rusiya Türkmənistanla əlaqəni niyə kəsib? – Şərh

15 Dek 2015 Neft 20 dollara da düşə bilər – Təhlil

10 Dek 2015 PUTİN ÜÇÜN “TÜRK MARŞI” SONATASI – “Bu dəfə bleflə məşğul olmayan biri ilə qarşılaşdı…”

09 Dek 2015 Sirlər çözüldü: İraq-Türkiyə qarşıdurmasının arxasındakı qüvvə... – ŞOK İDDİA

09 Dek 2015 “Aralıq dənizində balans Türkiyə və NATO-nun xeyrinədir”

08 Dek 2015 İŞİD ÜÇÜNCÜ ÖLKƏNİ ƏLƏ KEÇİRİR! – Yenidən təşkilatlanır və beynəlxalq şəbəkə qurur

08 Dek 2015 Faciənin qarşısını almaq niyə mümkün olmadı?

03 Dek 2015 TÜRK-RUS QARŞIDURMASI AVRASİYANI PARÇALAYA BİLƏR! – Azərbaycan kimin tərəfini tutacaq?

02 Dek 2015 Yürüş Mehrəlibəyli Güney Azərbaycan milli hərəkatına ciddi təkliflər verib

29 Noy 2015 Nardaran normal həyata qayıtmaq istəyir? - Son durum

Xəbər lenti