Əhd sandığı. Onun başqa bir adı “Tabutu-Səkinə”dir.  Bu barədə Müqəddəs Kitabımız Qurani-Kərimdə də ayə var. Bu günə qədər Əhd Sandığı barədə saysız araşdırmalar aparılıb, müxtəlif məqalələr yazılıb, bir çox iddialar, versiyalar irəli sürülüb. Bu məqalədə bəzi alimlərin fikirlərinə yer verməyə çalışacağıq.

 Sandıq miladdan öncə 587-ci ildə Babil qoşunlarının Qüdsü işğalından sonra yoxa çıxır. O gündən bəri qeybə çəkilən bu əşya bir çox əfsanəyə səbəb olub. Tarix boyu krallar, hakimlər, alimlər, din xadimləri tərəfindən araşdırılan sandıq günümüzdə hətta xüsusi xidmət orqanları tərəfindən də axtarılır. Hətta deyilənlərə görə, CİA və MOSSAD-ın onu tapmaq vəzifəsi daşıyan şöbələri də var. Hətta Hitlerin də Əhd Sandığını tapmaq üçün ekspedisiya təşkil etdiyi iddia edilir. Hər üç Müqəddəs Kitabda adı çəkilən sandığı niyə hər kəs axtarır? Səbəblər çoxdur. Məsələn, dini mənbələrə görə, axirətdə bu sandıq Həzrəti İsa və ya Həzrəti Mehdi tərəfindən tapılacaq. Bu sandığa sahib olan şəxs bütün dünyaya hakim olacaq. Bəzi iddialara görə sandıq İstanbulda gizlədilib.

 Professor-doktor Ömər Faruk Harmanın fikrinə görə, Əhd Sandığı Tövratda da yer alan bir mövzudur və onun Hz. Musaya Tanrı tərəfindən hazırlanması əmr edilib. Yəhudi inancına görə, Tanrı tarix boyunca müxtəlif insanlarla əhd bağlayıb. Məsələn, bu əhdlərdən biri İbrahim Peyğəmbərlə Tanrı arasında bağlanıb. Əhdə görə, İbrahim Tanrının dinini yayacaq, insanları düz yola aparacaq, Tanrı isə İbrahimin soyunu, davamçılarını, nəslini dəryada dənizin qumunun sayı qədər edəcək. Bu əhdin, anlaşmanın simvolu sünnətdir. İbrahim Peyğəmbərdən başlayaraq oğlan uşaqları sünnət olunur. Digər bir anlaşma Nuh Peyğəmbərlə olub. Bilindiyi kimi, Nuh Peyğəmbərin qövmü üsyan edir və Tanrı onları tufanla cəzalandırır. Sonra isə Tanrı və Nuh arasında anlaşma olur - əgər Nuhun qövmü 10 qaydaya əməl etsə, Tanrı bir də onları cəzalandırmayacaq. Bu 10 qanun və əxlaq qaydaları haqqında Qurani-Kərimin İsra surəsində də söz açılır. Bu əhdin rəmzi isə göy qurşağıdır.

 Tanrı və Musa Peyğəmbər haqqında bağlanan əhdə əsasən, İsrail oğulları Tanrı tərəfindən göndərilən ilahi qaydalara, Tövrata əməl edəcək, əvəzində isə mükafatlandırılacaqlar. Əhd sandığı da bu əhdlərin nişanlarının, sənədlərinin saxlandığı bir sandıqdır. Tövrata görə, Musa Peyğəmbər Allahın əmri ilə, Onun dediyi ölçülər çərçivəsində akasiya ağacından bir sandıq düzəldir. Sandığın qulpları var və qulplara ağac keçirərək onu öndə iki, arxada iki nəfər tərəfindən daşımaq mümkündür. Sandığa Tövratdan bir nüsxə, Musanın 40 il səhrada qövmü ilə gəzərkən yediyi qüdrət halvasından bir kasa, Harun Peyğəmbər və Musa Peyğəmbərin möcüzələr yaratdığı sehirli əsa, Sina dağında Musaya Allah tərəfindən verilən, yəhudi inancına görə, bilavasitə elə Tanrı tərəfindən qələmə alınan 10 qanunun yer aldığı 2 daş lövhə qoyulub. Yəhudi inancına görə, Peyğəmbər bu sandıq vasitəsilə Allahla ünsiyyət qururmuş və sandıq xüsusi bir çadırda, xüsusi bir yerdə qorunurmuş (burada söhbət Musanın qövmü ilə 40 il səhrada gəzməyindən gedir). Sandığa ancaq seçilmiş insan yaxınlaşa bilər. Bu zaman o, təmiz və xüsusi geyimdə olmalı idi. İddiaya görə, sandığa toxunan insan dünyasını dəyişir. Hətta Davud Peyğəmbər Qüdsü ələ keçirdikdən sonra sandığı oraya apartdırır. Bu əşya heyvanların dartdığı arabada olur və ona nəzarət edən şəxsin ayağı səndələyir və yıxılır. Bu zaman əli sandığa toxunan nəzarətçi dünyasını dəyişir.

Başqa bir alim Ahmet Tanın fikrinə görə isə, sandıq barədə Quranın Bəqərə surəsində məlumat verilir. Sandıq bir güc mənbəyidir. İsrail oğulları ona sahib olduğu müddətcə çox güclüdürlər və bütün qövmlərə qalib gəlirlər. Musa peyğəmbərin ölümündən sonra yəhudilərə Yeşu peyğəmbər başçılıq etdi. Yeşudan sonra hakim adlanan idarəçilər qövmü idarə etdi. İsrail oğulları bir müddət sonra Samuel adlı peyğəmbərlərinə deyirlər ki, bizə bir kral ver. Çünki savaşdığımız qövmlərin hamısının kralı var. Bizim də krala ehtiyacımız var. Bu isə Tanrı ilə olan əhdi pozmaqdır. Çünki yəhudi inancına görə, onların kralı Tanrıdır. Tanrı isə Samuelə “onlara bir kral seç” əmrini verdi. Samuel isə, Quranda adı Talut kimi qeyd edilən Saulü kral seçdi. Amma xalq Talutu qəbul etmək istəmədi. Bu zaman Samuel Talutun kral ola biləcəyini, bunu sübut üçün isə düşmən əlinə keçən Sandığı geri qaytaracağını bildirdi.

İlk məbəd eradan əvvəl 587-ci ildə dağıdıldı. Bu məbəd Süleyman Peyğəmbər tərəfindən inşa edilib və Süleyman məbədi adlanır. Babillilər Qüdsə hücum edəndə bu məbədi dağıtdılar. Sandıq da bu hadisədən sonra yoxa çıxdı. İsrail oğulları Babilistana aparıldı. 50 il orada qaldıqdan sonra, farslar Babilistanı dağıdanda azadlıqlarına qovuşdular. Yenidən Qüdsə qayıdan yəhudilər eradan əvvəl 515-ci ildə ikinci məbədi inşa etdilər. Bu məbəd də dağıdılmış məbədin yerində tikildi. Eradan əvvəl 200-ci ildə bu regiona yunanlar hakim oldu. Onların kralı IV Antiyakus Epifanus yunan tanrılarının heykəllərini Süleyman məbədinə toplayır və yəhudilərə bu tanrılara sitayiş etməyi əmr edir. Bu səbəbdən, eramızdan əvvəl 167-ci ildə yəhudilər üsyana qalxırlar. Üsyanlar 142-ci ildə yəhudilərin müstəqillik əldə etməsi ilə nəticələnir. Amma bu müstəqillik də uzun sürmür. Eramızdan əvvəl 62-ci ildə Roma imperiyası bu bölgənin tək hakiminə çevrilir. Miladdan öncə 20-ci ildə kral Hirotes Süleyman məbədini genişləndirir. Sonra isə məbədin ətrafına müdafiə qalası inşa etdirir. Bu gün bu qalanın qərb hissəsi yəhudilərin “Ağlama divarı” dediyi qala divarıdır. Divarın Süleyman peyğəmbərə heç bir aidiyyatı yoxdur.

Eramızın 68-ci ilində yəhudilər Romaya qarşı üsyana qalxır. Amma 70-ci ildə üsyan çox qanlı formada yatırılır. Bu zaman Qüds yenə də dağıntıya məruz qalır və Süleyman məbədi məhv edilir. Yəhudilər ərazidən qovulurlar.

Süleyman məbədi ilə sandığın nə əlaqəsi var? Sandıq uzun müddət bu məbəddə qorunub. O, məbəddə “Müqəddəslər müqəddəsi” adlı xüsusi yerdə saxlanılıb və rəvayətə görə burada da açılıb. Xüsusi ayinlər və dualardan sonra açılan sandığın içindən yalnız iki ədəd gil lövhə çıxıb. Yuxarıda sadalanan əşyaların heç biri sandıqda olmayıb.

Bir versiyaya görə, Əhd Sandığı İstanbuldadır. Tarixçilərin, xüsusən də Ahme Tanın  fikrinə görə, İstanbul şəhərinin qurulması əsnasında kral Konstantin Qüdsdən Yuşa Peyğəmbərin sümüklərini və Əhd sandığını gətirdirir və müasir İstanbulda bu gün Yuşa təpəsi kimi tanınan yerdə gizlədir.

Müqəddəs kitablara görə, Əhd Sandığı birinci məbədin dağıdılmasından sonra yoxa çıxıb və bu günə qədər də tapılmayıb.

Maraqlı faktlardan biri də Osmanlı imperiyası dövründə, Sultan Süleyman Qanuninin zamanında yaşanıb. Bilindiyi kimi, Sultan Süleymanın Yəhya Əfəndi adlı süd qardaşı olub. Yuşa Peyğəmbər üç dəfə Yəhyanın yuxusuna girir və “mənim qəbrimi tap” deyir və məkanı da ona bildirir. Yəhya iki dəfə yuxunu ciddi qəbul etmir. Amma eyni yuxu üçüncü dəfə təkrar olanda dərvişlərini də götürərək o zaman Div Dağı adlanan təpəyə yollanır. Təpədə onları qoyun otaran bir çoban qarşılayır. Söhbətdən sonra çoban təpənin bir hissəsində yaxşı ot olsa da, qoyunların ora yaxın getmədiyini, ancaq ətrafdakı otları yediyini bildirir. Yəhya yerə diqqətlə baxır və buranın yuxuda ona bildirilən məkan olduğunu anlayır. Həmin ərazi qazılır və bu zaman üzərində Davud Peyğəmbərin möhürü olan bir mərmər lövhə tapılır. Lövhənin altından tapılan əşyalar haqqında isə heç bir tarixi məlumat yoxdur. Amma yuxu və qazıntı işləri barədə tarixi sənədlər Osmanlı sarayında mövcuddur. Sonra isə buraya 17 metr uzunluğu, 2.5 metr eni olan bir qəbir düzəldilir, yanında isə məscid inşa edilir. Məscidin kitabəsində də maraqlı məqamlar var. Bu kitabədə İsrailin quruluşu, yüksəlişi və sonu haqqında məlumatlar yazılıb.

Başqa bir versiyaya görə, Səlib yürüşləri zamanı “məbəd cəngavərləri” adı verilən döyüşçülər Qüdsdə bu sandığı axtarıblar. Uzun müddət qazıntı aparan cəngavərlərin sandığı tapıb-tapmadığı barədə dəqiq məlumat yoxdur. Amma Süleyman məbədinin altında uzun müddət qazıntı aparıldığı barədə bu gün də faktlar mövcuddur.

Başqa tarixi mənbələrə müraciət etdikdə sandıq barədə maraqlı məqamlara rast gəlmək mümkündür. Eramızdan əvvəl 587-ci ildə Babil İmperatoru Buhtunnesar (Babilistanda Asma bağları inşa etdirən kral) Qüdsü işğal etdi. 500 il boyunca sandıqdan bir xəbər çıxmadı. Məlumata görə, Əhd sandığı levililər qəbiləsi tərəfindən qorundu və məbədin altındakı gizli bir bölmədə gizlədildi. Eramızın 70-ci ilində Roma valisi Titus Qüdsü işğal etdikdən sonra yeraltı otağı tapdı və məbədin müqəddəs əşyaları ilə birlikdə sandığı da Romaya apardı.

 Sandığın gizlədildiyi məkanlardan biri də Antakya ola bilər. Roma basqınlarından qaçan yəhudi qəbilələrinin bir qismi İordaniya yaxınlığında və Lut gölü sahilində yerləşən Kumran şəhərinə sığındılar. Bir qismi isə Antakya ətrafına yerləşdi. Bir versiyaya görə, Antakya ətrafına yerləşən Essenilər yanlarında Əhd sandığını da gətirmişdilər. Bu qəbilə sandığı gizlətmək üçün ən uyğun məkanın Antakya olduğunu düşünürdü. Onlar bütün həyatlarını sandığın mühafizəsinə həsr etmişlər.

Bəzi ərəb tarixçiləri isə sandığın Ərəbistana aparıldığını, orada gizlədildiyini yazırlar.

Bəzi tarixçilər isə sandığın Misir Fironu Şişakın Kənan ölkəsinə daxil olanda ələ keçirdiyini düşünürlər. Yaxın zamanlarda ortaya atılan iddialardan birinə görə, Romalıların 70-ci ildə ikinci məbədi dağıtdıqları zaman sandığın yeraltı tunellər vasitəsilə 30 kilometr kənarda yerləşən Kumran şəhərinə aparıldığı və orada gizlədildiyi bildirilir.
Başqa bir əfsanəyə görə isə, sandıq məbədə yerləşdirildikdən sonra oğurlanıb, Kral Süleyman və Seba Kraliçasının oğlu Menelek tərəfindən Həbəşistana aparılıb.

 İslam alimlərinin bir çoxunun fikrinə görə, bu sandıq Axirət zamanında, Həzrəti Mehdi tərəfindən tapılacaq. Bu səbəbdən də, sandığın tapılması Mehdinin zühur əlamətlərindən biri sayılır.

 1090-cı ildə Sion Məbədi qurulur. Onun məqsədi İsa Peyğəmbərin soyunu qorumaq və Tanrının Dünyadakı güc simvolu olan Müqəddəs Qədəhi mühafizə etməkdir. Amma əslində, bu məbədin məqsədi Əhd Sandığını ələ keçirməkdir. Amma bu məqsəd dövründə heç kəs tərəfindən bilinməyib. Sion Məbədi qurulduqdan 9 il sonra Birinci Səlib Yürüşü başladı və məbəd cəngavərləri məhşurladılar. 1099-cu ildə ilk Xaç Yürüşü zamanı səfərə qatılan xristianlar və cəngavərlər Qüdsü ələ keçirirlər. Savaşa qatılan əsgərlərin bir çoxu geri qayıtdı. Amma məbəd cəngavərləri Qüdsdə qalmağı üstün tutdular. Onlar Süleyman Məbədində qazıntılara başladılar. Onların sandığı tapmadığı dəqiqdir. Çünki axtarışlar XIX əsrə qədər davam edib və bu barədə bir çox faktlar var.

 Məqalədən görüldüyü kimi, sandığın yeri barədə çox müxtəlif iddialar, rəvayətlər dolaşır. Amma bilinən bir gerçək var ki, Əhd Sandığı bu gün də axtarılır və hələ tapılmayıb. (publika.az)

 

Bölməyə aid digər xəbərlər

05 Fev 2018 Türkiyənin yeni xarici siyasəti: müdafiədən hücuma –Davutoğlunun "sıfır problem" doktrinasından niyə imtina olundu? - TƏHLİL

30 Okt 2016 Türkiyənin Mosul və Kərkük üzərində haqqı və “Misak-ı Milli” (“Milli And”)

18 Okt 2016 Modelyer Leyla Əhmədovaya təzyiq olunur

18 Okt 2016 Ankaranın Mosul planı - Türkiyə əməliyyat və danışıqlarda yer almaqda qərarlıdır

21 Sent 2016 Qafqazda müharibə riski artıb - Ərdoğan

07 Sent 2016 Sabah Özbəkistan prezidentinin səlahiyyətlərini icra edən şəxs bəlli olacaq

31 İyul 2016 Türkiyə ordusu əvvəlki güc və müstəqilliyini itir

19 İyul 2016 Rusiyaya icazə verməməliyik - Müharibə anonsu

16 İyun 2016 Dollar niyə bahalaşır? - Ekspert

05 İyun 2016 Əliyevlə Sərkisyanın iyun görüşü: Danışıqlar başlayacaq, yoxsa müharibə?!

13 May 2016 Qarabağda savaş hər an başlaya bilər - Rus politoloq

10 Apr 2016 ”Rusiya qondarma rejimi danışıqlar prosesinə cəlb etmək istəyir”

03 Apr 2016 “Müharibə Qarabağın hüdudlarından kənara çıxmasa, Rusiya qarışmayacaq...”

30 Mart 2016 MSK müəmması: Məzahir Pənahovun yerinə o gəlir...

25 Mart 2016 Rza Zərrab kimdir: iş adamı, agent, yoxsa ailənin əsiri?

22 Mart 2016 Novruz, yoxsa Ergenekondan çıxış bayramı?

14 Mart 2016 "Neft ölkəsində yaranan iqtisadi böhran xarici borcların artmasına təkan verdi"

03 Mart 2016 PUTİN HÖKUMƏTİNDƏ ÇATLAR DƏRİNLƏŞİR! – Kreml klanları prezidentə qarşı?

26 Fev 2016 “Putin üçün sığorta vasitəsi” – ABŞ-a qarşı “səssiz hücum” PLANI

18 Yan 2016 “Hazırkı durum bir koordinasiya mərkəzinin yaradılmasını tələb edir”

06 Yan 2016 Rusiya Türkmənistanla əlaqəni niyə kəsib? – Şərh

15 Dek 2015 Neft 20 dollara da düşə bilər – Təhlil

10 Dek 2015 PUTİN ÜÇÜN “TÜRK MARŞI” SONATASI – “Bu dəfə bleflə məşğul olmayan biri ilə qarşılaşdı…”

09 Dek 2015 Sirlər çözüldü: İraq-Türkiyə qarşıdurmasının arxasındakı qüvvə... – ŞOK İDDİA

09 Dek 2015 “Aralıq dənizində balans Türkiyə və NATO-nun xeyrinədir”

08 Dek 2015 İŞİD ÜÇÜNCÜ ÖLKƏNİ ƏLƏ KEÇİRİR! – Yenidən təşkilatlanır və beynəlxalq şəbəkə qurur

08 Dek 2015 Faciənin qarşısını almaq niyə mümkün olmadı?

03 Dek 2015 TÜRK-RUS QARŞIDURMASI AVRASİYANI PARÇALAYA BİLƏR! – Azərbaycan kimin tərəfini tutacaq?

02 Dek 2015 Yürüş Mehrəlibəyli Güney Azərbaycan milli hərəkatına ciddi təkliflər verib

29 Noy 2015 Nardaran normal həyata qayıtmaq istəyir? - Son durum

Xəbər lenti