Leyla Yunusun həbsinin gerçək səbəbləri.

Hakimiyyət hüquq müdafiəçisi, Sülh və Demokratiya İnstitutunun (SDİ) rəhbəri Leyla Yunusun susdurulması üçün ən sərt tədbirə əl atdı. Belə ki, iyulun 30-da onu həbs etdilər. Bir az da dəqiq desək, Sülh və Demokratiya İnstitutunun(SDİ) rəhbəri barəsində Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 3 aylıq həbs qətimkan tədbiri seçildi. O, 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılır.

Leyla Yunusa qarşı irəli sürülən ittihamların sırası da ağır və fərqlidir. Belə ki, o, 4 maddə ilə - CM-nin  274 (dövlətə xəyanət), 178 (dələduzluq), 192-ci (qanunsuz sahibkarlıq) və 213-cü (vergidən yayınma)  maddələri ilə ittiham olunur.

Daha bir diqqət çəkən məqam isə ondan ibarətdir ki, Leyla Yunusun həyat yoldaşı, politoloq Arif Yunus da həbs olunub. Öncə iyulun 30-da hüquq müdafiəçisinin həyat yoldaşı Arif Yunusdan ölkədən çıxmamaqla bağlı iltizam alınıb. Avqustun 5-də isə onun barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilib.

Avqustun 5-də həbs olunan Arif Yunusa qarşı da ağır ittihamlar irəli sürülüb. Belə ki, o da  Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) və 178-ci (dələduzluq) maddələri ilə təqsirləndirilir. 

Güründüyü  kimi, hüquq müdafiəçisi Leyla Yunus və həyat yoldaşı Arif Yunus müxtəlif cinayətlərdə ittiham olunurlar. Bu ittihamların nə qədər həqiqət olduğunu gələcək göstərəcək. Hələlik istintaq prosesi davam edir. İstintaqın sonunda hansı dəlil-sübutların ortaya qoyulacağı və onların nə dərəcədə həqiqət olduğu bəlli olacaq.

Ancaq Azərbaycan ictimai rəyində adı çəkilən şəxslərin, xüsusən də Leyla Yunusun həbsinin siyasi motivlərlə bağlı olduğu barədə mülahizələr geniş yayılıb. Çoxları Yunusovlar ailəsinə qarşı bu cür sərt ittihamların irəli sürülməsinə səbəb kimi son zamanlarda Leyla Yunusun ölkə prezidentinin ünvanına tənqidi fikirlər söyləməsi, 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Yay oyunlarını boykot etməsi amilinin olduğunu iddia edirlər.

Ümumiyyətlə, Leyla Yunus 20 ildən artıqdır ki, hüquq müdafiəçisi kimi fəaliyyət göstərir və daim ölkədə insan haqlarının pozulmasına qarşı barışmaz mövqe tutub. Buna görə də o, zaman-zaman Azərabycan hakimiyyəti tərəfindən müxtəlif təzyiqlərə məruz qalıb.

Hakimiyyəti Leyla Yunusun daha çox hansı fəaliyyəti narazı salıb? Ona qarşı təzyiqlərin əsas səbəbi nədir?

Çoxları üçün sirr deyil ki, bu, ilk növbədə Azərbaycandakı siyasi məhbuslar məsələsi iləbağlıdır. Bu məsələdə Leyla Yunus  qədər prinsipial mövqe tutan ikinci şəxs yoxdur. Belə ki, son illər  hakimiyyət  təzyiqlər və şirnikləndirmə yolu ilə demək olar ki, əksər hüquq müdafiəçilərini  zərərsizləşdirə bilib.  Onların bir çoxu təzyiqlərdən bezərək, siyasi məhbuslar məsələsində əvvəlki kimi prinsipiallıq göstərmirlər.  Hökumətin ayırdığı qrantlarla layihələr həyata keçirənlər, hakimiyyətlə separat danışıqlara gedənlər isə susmağa üstünlük verir. Çoxlarından fərqli olaraq, Leyla Yunus bu məsələdə daim ardıcıl və prinsipial mövqe ortaya qoyub, siyasi məhbusların hüquqlarını müdafiə edib, beynəlxalq təşkilatlar qarşısında daim Azərabycanda siyasi məhbuslar probleminin olduğunu qaldırıb.

Hələ aprel ayında hava limanında polis tərəfindən saxlanılarkən, Leyla Yunus özü də bu məsələyə aydınlıq gətirmiş, ona qarşı təzyiqlərin səbəblərini açıqlamışdı. Leyla Yunus bütün bunların onun insan hüquqları ilə məşğul olması ilə bağlı olduğunu deyir:-“İlham Əliyev Brüsseldə dedi ki, Azərbaycanda siyasi məhbus yoxdur. Leyla Yunus isə siyasi məhbusların adlarını adbaad açıqladı, onların həbsinin səbəblərini ictimaiyyətə göstərdi və sayta yerləşdirdi. Hər bir siyasi məhbusun adının yanında həbsinin motivləri ilə bağlı sübutlar var. Azərbaycanda 130 siyasi məhbus var, onlardan 42-si vicdan məhbusudur. İndi imkan var. Hamı Ukrayna ilə məşğuldur. İlham Əliyev də bundan istifadə edərək istəyir ki, Azərbaycanda axırıncı səsləri kəssin”.

Bəli, Leyla Yunusun həbsi məhz Azərabycanda insan haqları, siyasi məhbus məsələsi ilə bağlı mübarizə aparan tək-tük şəxslərin səsinin kəsilməsinə hesablanıb. Hakimiyyət bundan öncə Bakıda minlərlə vətəndaşın evlərinin sökülməsinə və kompensasiya ala bilməməsinə qarşı mübarizə aparanda da Leyla Yunusa ciddi təzyiqlər etdi. Hətta hüquq müdafiəçisinin evini belə sökdülər. Bundan başqa, Daxili İşlər nazirinin iddiası əsasında Leyla Yunus barəsində məhkəmə iddiası qaldırıldı və onun barəsində həbs qətimkan tədbiri seçildi. Sonradan bu cəza ləğv edildi. Ancaq bu təzyiqlər də insan haqlarının bərpaası, siyasi məhbusların hüquqlarının müdafiəsi işində fədəkarcasına mübarizə aparan Leyla Yunusu yolundan döndərə bilmədi. İndi isə hakimiyyət onu susdurmaq üçün həbs variantına əl atıb. Ancaq illər boyu təzyiqlərə sinə gərən Leyla Yunusu həbslə də susdurmaq mümkün deyil və mümkün olmayacaq…/Teleqraf.az/

İqbal Eyvazov.

Bölməyə aid digər xəbərlər

05 Fev 2018 Türkiyənin yeni xarici siyasəti: müdafiədən hücuma –Davutoğlunun "sıfır problem" doktrinasından niyə imtina olundu? - TƏHLİL

30 Okt 2016 Türkiyənin Mosul və Kərkük üzərində haqqı və “Misak-ı Milli” (“Milli And”)

18 Okt 2016 Modelyer Leyla Əhmədovaya təzyiq olunur

18 Okt 2016 Ankaranın Mosul planı - Türkiyə əməliyyat və danışıqlarda yer almaqda qərarlıdır

21 Sent 2016 Qafqazda müharibə riski artıb - Ərdoğan

07 Sent 2016 Sabah Özbəkistan prezidentinin səlahiyyətlərini icra edən şəxs bəlli olacaq

31 İyul 2016 Türkiyə ordusu əvvəlki güc və müstəqilliyini itir

19 İyul 2016 Rusiyaya icazə verməməliyik - Müharibə anonsu

16 İyun 2016 Dollar niyə bahalaşır? - Ekspert

05 İyun 2016 Əliyevlə Sərkisyanın iyun görüşü: Danışıqlar başlayacaq, yoxsa müharibə?!

13 May 2016 Qarabağda savaş hər an başlaya bilər - Rus politoloq

10 Apr 2016 ”Rusiya qondarma rejimi danışıqlar prosesinə cəlb etmək istəyir”

03 Apr 2016 “Müharibə Qarabağın hüdudlarından kənara çıxmasa, Rusiya qarışmayacaq...”

30 Mart 2016 MSK müəmması: Məzahir Pənahovun yerinə o gəlir...

25 Mart 2016 Rza Zərrab kimdir: iş adamı, agent, yoxsa ailənin əsiri?

22 Mart 2016 Novruz, yoxsa Ergenekondan çıxış bayramı?

14 Mart 2016 "Neft ölkəsində yaranan iqtisadi böhran xarici borcların artmasına təkan verdi"

03 Mart 2016 PUTİN HÖKUMƏTİNDƏ ÇATLAR DƏRİNLƏŞİR! – Kreml klanları prezidentə qarşı?

26 Fev 2016 “Putin üçün sığorta vasitəsi” – ABŞ-a qarşı “səssiz hücum” PLANI

18 Yan 2016 “Hazırkı durum bir koordinasiya mərkəzinin yaradılmasını tələb edir”

06 Yan 2016 Rusiya Türkmənistanla əlaqəni niyə kəsib? – Şərh

15 Dek 2015 Neft 20 dollara da düşə bilər – Təhlil

10 Dek 2015 PUTİN ÜÇÜN “TÜRK MARŞI” SONATASI – “Bu dəfə bleflə məşğul olmayan biri ilə qarşılaşdı…”

09 Dek 2015 Sirlər çözüldü: İraq-Türkiyə qarşıdurmasının arxasındakı qüvvə... – ŞOK İDDİA

09 Dek 2015 “Aralıq dənizində balans Türkiyə və NATO-nun xeyrinədir”

08 Dek 2015 İŞİD ÜÇÜNCÜ ÖLKƏNİ ƏLƏ KEÇİRİR! – Yenidən təşkilatlanır və beynəlxalq şəbəkə qurur

08 Dek 2015 Faciənin qarşısını almaq niyə mümkün olmadı?

03 Dek 2015 TÜRK-RUS QARŞIDURMASI AVRASİYANI PARÇALAYA BİLƏR! – Azərbaycan kimin tərəfini tutacaq?

02 Dek 2015 Yürüş Mehrəlibəyli Güney Azərbaycan milli hərəkatına ciddi təkliflər verib

29 Noy 2015 Nardaran normal həyata qayıtmaq istəyir? - Son durum

Xəbər lenti