Türkiyə mətbuatında Rusiya tərəfindən raket zərbəsi ilə vurulan Çeçenistanın mərhum prezidenti Cövhər Dudayevin ölümü ətrafında yaranan müəmma ilə bağlı geniş yazı dərc olunub. 

Avropa.info xəbər verir ki, yazıda Cövhər Dudayevin koordinatlarının ruslara necə ötürülməsi ilə incələnib.

Son illər Türkiyədə sosial mediada bir çox tarixi hekayə uydurulub, yayılıb. Bunlardan biri də Çeçenistanın ruslar tərəfindən öldürülən prezidenti Cövhər Dudayevə göndərilən peyk telefonu hekayəsidir. İddialara görə, Cövhər Dudayavin yeri Türkiyədən göndərilən peyk telefonu ilə tapılıb və bu informasiyanı alan Rusiya Dudayevi raketlə vurub.

Bəs bu hekayə günümüzəcən necə gəldi?

İnternetdə axtaranda bu iddianın necə yayıldığını müəyyən etmək çətin deyil. İddiaya görə, Dudayevə göndərilən telefona Türkiyədən izlənmə apara biləcək çip yerləşdirilib. Birinci Çeçen müharibəsində MİT üzvü, ikinci Çeçen müharibəsində müavin olan Şenkal Atasaqunun, Necməddin Ərbakanın, İnsani Yardım Vəqfinin sədri Bülent Yıldırımın da adları bu hadisədə keçir. Mətbuatda əsas hədəf kimi isə Bülent Yıldırımın adı göstərilir. İddiaya görə, MİT-in ötürdüyü telefonu Cövhər Dudayevə o verib. 

Bu iddiada adı çəkilən hər kəs iddiaları rədd edib. Bu günədək iddiaları təsdiq edəcək bircə sənəd belə təqdim olunmayıb, amma dedi-qodu yalanı gerçəyə çevirib. 

Bəs Dudayevə peyk telefonu kim verib?

Birinci Çeçen müharibəsinin başlaması ilə Rusiya Çeçenistanın dünya ilə rabitəsini kəsdi. Münaqişə zonasına humanitar yardımlarla yanaşı, peyk telefonlar da göndərildi. Çeçenlərə və Dudayevə telefonlar göndərildikdən sonra informasiya blokadası yarıldı. Dudayev Türkiyədən göndərilən telefonlar sayəsində dünyanın bir çox ölkəsi ilə canlı bağlantı yarada bildi. Hətta Harvard Universitetində keçirilən bir konfransa canlı bağlanaraq çıxış etdi. 

Çeçenistana ilk dəfə Qafqaz Çeçen Həmrəyliyi Komitəsi tərəfindən gəmilərin xəbərləşməsində istifadə edilən peyk sisteminə bağlı telefon göndərildi. Ancaq Rusiya Dudayevin işlətdiyi telefonları müəyyən edib peyk sahibi ölkəyə təzyiq edərək xətləri kəsməyi bacardı.

Rusiya hər dəfə xətləri bağlayanda Dudayevə başqa ölkələrdən peyk telefonlar göndərilirdi. Hər telefon müəyyən vaxt sonra rabitədən kəsilirdi. Dudayev vurulmamışdan bir qədər əvvəl Çeçenistan xaric işlər naziri Şəmsəddin Yusuf peyk telefonu alınması təlimatını verib. Şəmsəddin Yusuf Türkiyədə fəaliyyət göstərən Qafqaz Çeçen Həmrəyliyi Komitəsi ilə əlaqə saxlayıb. Təşkilat “İmmersat” peyk telefonu yerinə istifadəsi daha asan olan və “Sateilite” peykinə bağlanaraq işləyən “Sperry Marine – Satellite SP 4100” markalı telefon alıb. Peyk telefon Baltik ölkələrinin birindən alınaraq Türkiyəyə gətirilmişdi. Peyk xətti isə Dubaydan alınıb. Telefon və xəttin harada istifadə olunacağını nə malı satan firma, nə də gətirən şəxs bilirdi. 

Rusiya bir xətdə rabitəni kəsəndə başqa xətt fəaliyyətə keçsin deyə fərqli ölkələrdən xətlər alınırdı. Telefon Hindistan peykinə istiqamətləndirilir, onun vasitəsilə rabitə qurulurdu. O dövrün telefonları indikilər qədər kiçik həcmli deyildi. Çanta içinə yerləşdirilirdi. Telefon və xətlər gətirildikdən sonra müəyyən müddət Qafqaz Çeçen Həmrəyliyi Komitəsi (QÇHK)  üzvü olan bir şəxsin evində qaldı. Telefonun sınağı keçirildi. Daha sonra Dudayev tərəfindən xüsusi olaraq göndərilən bir kuryerə verildi və Dudayevə çatdırıldı. Dudayevin işlətdiyi son telefon bu idi. 

İddia olunan telefona bir çip yerləşdirilmədiyi kimi, telefonun Nəcməddin Ərbakanla da uzaqdan-yaxından bir əlaqəsi yoxdur. Bu hadisəyə şahid olan QÇHK üzvləridir. Zatən özləri də bunu inkar etmir, telefonu özlərinin göndərdiklərini deyirlər. Dudayevin yerini bu telefonla tapmaq texniki olaraq mümkün idi. Çünki uzunmüddətli danışıqlar peyk telefonların yerini müəyyən etməyə imkan verir. Dudayev raketlə vurulmazdan əvvəl müharibə əleyhdarı rus deputatı ilə konfliktin necə yekunlaşması barədə telefon rabitəsi yaratmışdı. Söhbət əsnasında Hindistan peyki vasitəsilə məkan müəyyən edilmişdi. Başqa bir iddiaya görə telefonun yeri amerikanlar tərəfindən ruslara ötürülmüşdü. Dudayev məxfi qalmağa elə də üstünlük verməyən biri olduğundan işlətdiyi aparatın tezliyini müəyyən edərək zərbə endirmək mümkün idi. Dudayevin ətrafından çıxan bir xainin də yeri ruslara bildirməsi ehtimalı var. 

İddialardan əlavə olaraq Dudayevin arvadı Alla Dudayeva yazdığı xatirələrdə başqa bir telefondan da bəhs edir. Ancaq QÇHK tərəfindən 1995-ci ilin yanvarında Dudayevə verilən bu telefon həmin ilin aprel ayında sıradan çıxmışdı. Dudayevin ölümü isə 1996-cı ilin aprel ayında baş vermişdi.

Çeçenistan prezidenti Cövhər Dudayevə göndərilən son telefon hekayəsi budur...

Bölməyə aid digər xəbərlər

05 Fev 2018 Türkiyənin yeni xarici siyasəti: müdafiədən hücuma –Davutoğlunun "sıfır problem" doktrinasından niyə imtina olundu? - TƏHLİL

30 Okt 2016 Türkiyənin Mosul və Kərkük üzərində haqqı və “Misak-ı Milli” (“Milli And”)

18 Okt 2016 Modelyer Leyla Əhmədovaya təzyiq olunur

18 Okt 2016 Ankaranın Mosul planı - Türkiyə əməliyyat və danışıqlarda yer almaqda qərarlıdır

21 Sent 2016 Qafqazda müharibə riski artıb - Ərdoğan

07 Sent 2016 Sabah Özbəkistan prezidentinin səlahiyyətlərini icra edən şəxs bəlli olacaq

31 İyul 2016 Türkiyə ordusu əvvəlki güc və müstəqilliyini itir

19 İyul 2016 Rusiyaya icazə verməməliyik - Müharibə anonsu

16 İyun 2016 Dollar niyə bahalaşır? - Ekspert

05 İyun 2016 Əliyevlə Sərkisyanın iyun görüşü: Danışıqlar başlayacaq, yoxsa müharibə?!

13 May 2016 Qarabağda savaş hər an başlaya bilər - Rus politoloq

10 Apr 2016 ”Rusiya qondarma rejimi danışıqlar prosesinə cəlb etmək istəyir”

03 Apr 2016 “Müharibə Qarabağın hüdudlarından kənara çıxmasa, Rusiya qarışmayacaq...”

30 Mart 2016 MSK müəmması: Məzahir Pənahovun yerinə o gəlir...

25 Mart 2016 Rza Zərrab kimdir: iş adamı, agent, yoxsa ailənin əsiri?

22 Mart 2016 Novruz, yoxsa Ergenekondan çıxış bayramı?

14 Mart 2016 "Neft ölkəsində yaranan iqtisadi böhran xarici borcların artmasına təkan verdi"

03 Mart 2016 PUTİN HÖKUMƏTİNDƏ ÇATLAR DƏRİNLƏŞİR! – Kreml klanları prezidentə qarşı?

26 Fev 2016 “Putin üçün sığorta vasitəsi” – ABŞ-a qarşı “səssiz hücum” PLANI

18 Yan 2016 “Hazırkı durum bir koordinasiya mərkəzinin yaradılmasını tələb edir”

06 Yan 2016 Rusiya Türkmənistanla əlaqəni niyə kəsib? – Şərh

15 Dek 2015 Neft 20 dollara da düşə bilər – Təhlil

10 Dek 2015 PUTİN ÜÇÜN “TÜRK MARŞI” SONATASI – “Bu dəfə bleflə məşğul olmayan biri ilə qarşılaşdı…”

09 Dek 2015 Sirlər çözüldü: İraq-Türkiyə qarşıdurmasının arxasındakı qüvvə... – ŞOK İDDİA

09 Dek 2015 “Aralıq dənizində balans Türkiyə və NATO-nun xeyrinədir”

08 Dek 2015 İŞİD ÜÇÜNCÜ ÖLKƏNİ ƏLƏ KEÇİRİR! – Yenidən təşkilatlanır və beynəlxalq şəbəkə qurur

08 Dek 2015 Faciənin qarşısını almaq niyə mümkün olmadı?

03 Dek 2015 TÜRK-RUS QARŞIDURMASI AVRASİYANI PARÇALAYA BİLƏR! – Azərbaycan kimin tərəfini tutacaq?

02 Dek 2015 Yürüş Mehrəlibəyli Güney Azərbaycan milli hərəkatına ciddi təkliflər verib

29 Noy 2015 Nardaran normal həyata qayıtmaq istəyir? - Son durum

Xəbər lenti