Sədrəddin Soltan

Qonşu dövlətlərdə baş verənlər İran hakimiyyətini də müəyyən mənada silkələyib. Yaxın 1 ildə ölkə rəhbərliyi Qərbə qarşı bəyanatlarını yumşaldıb.
Hələ ötən ilin sonlarında İranı ali rəhbəri ayətullah Seyid Əli Xamneyi İnqilab Keşikçiləri Qvardiyasının komandirləri ilə görüşündə ölkənin xarici siyasətindən, nüvə fəaliyyətindən, Qərblə münasibətlərdən danışanda demişdi ki, xarici siyasət məsələsi çox mürəkkəb sahədir: “Siyasət - təbəssüm, müzakirə və yenə müzakirə üçün təşəbbüsü ələ almaq sahəsidir. Mən xarici siyasətdə bir neçə il əvvəl “qəhrəmancasına yumşalma taktikası” adlandırdığım prinsipin tərəfdarıyam və buna inanıram. Hesab edirəm ki, bu cür davranmaq bir çox halda vacibdir. Lakin belə bir hərəkət əsas şərtə söykənərək aparılmalıdır. Misal üçün, bir güləşçi lazım olan vaxtda fənd işlədib yumşaldığını göstərir. Lakin o, rəqibinin kim olduğunu və hansı hədəfi izlədiyini unutmur”.
Ötən bir il ərzində İran rəhbərliyinin “qəhrəmancasına yumşalması” özünü Tehran-London yaxınlaşmasında göstərməkdədir.

Bu ilin yayında Britaniyanın xarici işlər naziri Uilyam Heyq parlamentdəki çıxışında ölkəsinin İranla münasibətlərin bərpasından danışaraq, demişdi: “Hesab edirəm ki, hazırda Britaniyanın Tehrandakı səfirliyinin fəaliyyətini bərpa etmək üçün münasib şərait yaranıb. İndi əlaqələrin bərpası üçün yaxşı zamandır. Britaniya ilkin mərhələdə Tehranda yığcam bir diplomatik nümayəndə heyəti saxlamağı qərara alıb”.

Tehran-London münasibətinin son 35 il üçün zirvəsi İran prezidenti Həsən Ruhani ilə Britaniyanın baş naziri Devid Kemeronun görüşü olub.
Onların görüşü sentyabrın 25-də Nyu-Yorkda gerçəkləşib.
Bu, 1979-cu ilin fevralında İranda baş vermiş islam inqilabından sonra İran və Britaniya hökumət başçılarının ilk görüşü idi.

Tərəflər arasında münasibət o dərəcədə səmimi olub ki, Devid Kemeron sentyabrın 25-də BMT Baş Məclisinin 69-cu sessiyasında çıxışında krallıqla İran münasibətlərindən və İslam Respublikasının İŞİD terrorçularına qarşı mübarizədə oynaya biləcəyi roldan da danışıb :“İran bölgədə yaranmış problemin yox, İŞİD-ə qarşı aparılan mübarizənin bir hissəsi ola bilər. Mən İran prezidenti Həsən Ruhani ilə görüşmüşəm. Bizim İranla ciddi ixtilafımız var. İranın terrorçu qruplara dəstək verməsi, onun apardığı nüvə proqramı və öz xalqı ilə davranış tərzi tamamilə dəyişməlidir. Bütün bunlara baxmayaraq, hesab edirəm ki, İran və onun rəhbərləri İŞİD təhdidini aradan qaldırmaqda və bu qruplaşmanı məğlubiyyətə uğratmaqda, İraqda sabitliyin və təhlükəsizliyin yaranmasında yardımçı ola bilər. İranlılar buna razı olsalar, biz onların bu addımını müsbət qiymətləndirməliyik”.

Xatırladaq ki, 2011-ci il noyabrın 29-da Britaniyanın İrandakı səfirliyi qarşısında etiraz aksiyası keçirən hakimiyyətyönlü  tələbələr və “Bəsic” (İnqilab Keşikçiləri Qvardiyasının əsas kadr bazası) üzvləri səfirlik binasını tutmuşdu.

İran Mərkəzi Bankına Britaniyanın sanksiya qoymasına etiraz edən həmin tələbələr səfirlikdəki krallığın bayrağını yandırıb, yerinə İslam Respublikasını bayrağı sancmış, bir avtomobili və bəzi sənədləri yandırmış, bəzilərini özləri ilə aparmışdılar.

Həmin vaxtdan Britaniya öz diplomatlarını İrandan çıxarıb və bu ölkə ilə bütün əlaqələri dayandırdığını elan edib. 

Qeyd edək ki, dünyanın, eləcə də Britaniyanın siyasətinə təsir göstərən BP neft şirkəti də İrandan çıxıb. Ancaq bu ilin əvvəlində İran neft nazirinin müşaviri Məhəmməd Suri  tədbirlərdən birində xarici neft şirkətlərinin, o cümlədən British Petroleum-un ölkəsinə qayıdacağını bildirmişdi.

“İsrailə ölüm!”, “Amerikaya ölüm!” və “Şurəviyə ölüm!” şüarları inqilabdan sonra hakimiyyətə gələn qüvvələrin ideologiyasının təmələ prinsiplərindən olsa, “Britaniyaya ölüm!” şüarı səslənmədi. Bu isə ötən 35 ildə iki ölkə arasında münasibətin davam etdiyinin göstəricisi sayıla bilər. Atom-nüvə proqramına görə İrana Qərb sanksiya tətbiq etsə də BP İslam Respublikasında uzun müddət fəaliyyətini davam etdirdi.

Ümumiyyətlə, son yüz ildə, Qacar sülaləsi devrildikdən sonra Britaniya indiki İranın siyasətində aparıcı, üstün mövqedə olub. İranda biri-birini əvəz edən hakimiyyətlər yaranmış bütün problemlərdə bir qayda olaraq, “ingilis barmağı” axtarsalar da, onsuz da keçinməyiblər. Bir neçə il öncə iranlı deputat parlamentdəki çıxışında açıq-aşkar bildirmişdi ki, Rusiya tarixən İrana “xəyanət edib”: “Biz ABŞ və İngiltərə ilə birbaşa danışıqlar aparmalıyıq”.

Bu baxımdan, İrandan incimiş ingilislərin yenidən bu əsrarəngiz cənub ölkəsinə qayıdacaqlarını gözləməyə dəyər...

Bölməyə aid digər xəbərlər

05 Fev 2018 Türkiyənin yeni xarici siyasəti: müdafiədən hücuma –Davutoğlunun "sıfır problem" doktrinasından niyə imtina olundu? - TƏHLİL

30 Okt 2016 Türkiyənin Mosul və Kərkük üzərində haqqı və “Misak-ı Milli” (“Milli And”)

18 Okt 2016 Modelyer Leyla Əhmədovaya təzyiq olunur

18 Okt 2016 Ankaranın Mosul planı - Türkiyə əməliyyat və danışıqlarda yer almaqda qərarlıdır

21 Sent 2016 Qafqazda müharibə riski artıb - Ərdoğan

07 Sent 2016 Sabah Özbəkistan prezidentinin səlahiyyətlərini icra edən şəxs bəlli olacaq

31 İyul 2016 Türkiyə ordusu əvvəlki güc və müstəqilliyini itir

19 İyul 2016 Rusiyaya icazə verməməliyik - Müharibə anonsu

16 İyun 2016 Dollar niyə bahalaşır? - Ekspert

05 İyun 2016 Əliyevlə Sərkisyanın iyun görüşü: Danışıqlar başlayacaq, yoxsa müharibə?!

13 May 2016 Qarabağda savaş hər an başlaya bilər - Rus politoloq

10 Apr 2016 ”Rusiya qondarma rejimi danışıqlar prosesinə cəlb etmək istəyir”

03 Apr 2016 “Müharibə Qarabağın hüdudlarından kənara çıxmasa, Rusiya qarışmayacaq...”

30 Mart 2016 MSK müəmması: Məzahir Pənahovun yerinə o gəlir...

25 Mart 2016 Rza Zərrab kimdir: iş adamı, agent, yoxsa ailənin əsiri?

22 Mart 2016 Novruz, yoxsa Ergenekondan çıxış bayramı?

14 Mart 2016 "Neft ölkəsində yaranan iqtisadi böhran xarici borcların artmasına təkan verdi"

03 Mart 2016 PUTİN HÖKUMƏTİNDƏ ÇATLAR DƏRİNLƏŞİR! – Kreml klanları prezidentə qarşı?

26 Fev 2016 “Putin üçün sığorta vasitəsi” – ABŞ-a qarşı “səssiz hücum” PLANI

18 Yan 2016 “Hazırkı durum bir koordinasiya mərkəzinin yaradılmasını tələb edir”

06 Yan 2016 Rusiya Türkmənistanla əlaqəni niyə kəsib? – Şərh

15 Dek 2015 Neft 20 dollara da düşə bilər – Təhlil

10 Dek 2015 PUTİN ÜÇÜN “TÜRK MARŞI” SONATASI – “Bu dəfə bleflə məşğul olmayan biri ilə qarşılaşdı…”

09 Dek 2015 Sirlər çözüldü: İraq-Türkiyə qarşıdurmasının arxasındakı qüvvə... – ŞOK İDDİA

09 Dek 2015 “Aralıq dənizində balans Türkiyə və NATO-nun xeyrinədir”

08 Dek 2015 İŞİD ÜÇÜNCÜ ÖLKƏNİ ƏLƏ KEÇİRİR! – Yenidən təşkilatlanır və beynəlxalq şəbəkə qurur

08 Dek 2015 Faciənin qarşısını almaq niyə mümkün olmadı?

03 Dek 2015 TÜRK-RUS QARŞIDURMASI AVRASİYANI PARÇALAYA BİLƏR! – Azərbaycan kimin tərəfini tutacaq?

02 Dek 2015 Yürüş Mehrəlibəyli Güney Azərbaycan milli hərəkatına ciddi təkliflər verib

29 Noy 2015 Nardaran normal həyata qayıtmaq istəyir? - Son durum

Xəbər lenti