Çinin ərazi iddiaları üzündən Asiyadakı dartılmış gərginlik ”sancıları” aşağı düşməyə başlayıb. İndi yalnız Rusiya Avropaya döğru masştablı genişlənmək cəhdləri ilə Ukraynaya müdaxilə etməklə gərginlik dərəcəsini artırır. Bu cür hərəkətlər müxtəlif xarakterləri və müxtəlif taktiki-strateji resursları olan iki ambisiyalı lideri – Çinin başçısı Si Çzinpini və Rusiya Federasiyasının prezidenti Vladimir Putini diqqət mərkəzində saxlayır.

 Si Çzinpini və Vladimir Putini ümümi olaraq çox şey birləşdirir. Onların hər ikisini milli qürurun alçaldılmasının dərin hissləri və Qərbə qarşı olan acıqlı münasibət hərəkətə gətirir. Rusiyanı indiyədək Sovet İttifaqının dağılması kabusu təqib edir, çinliləri isə imperializm dövründəki “yüz illik aşağılanmanın” xatirələri “zəhərləyir”. İstənilən münasib şəraitdə onlar diplomatik sferada ABŞ-a qarşı birləşirlər. Si Çzinpin və Vladimir Putin özlərini milli dirçəlişin memarları sayırlar və bu ruh onları öz dövlətlərinin periferiya vəziyyətini dəyişməyə məcbur edir. İki il əvvəl Si Çzinpin hakimiyyətə gələn zaman regiona aid olan məsələlərdə Çinin sərt siyasi xətt həyata keçirməsini təklif etdi və bu da onların siyasi kurslarına yeni impuls verdi.

Nəticədə ilk əsas zərbə ABŞ-ın iki müttəfiqi olan Yaponiya və Filippinin üzərinə düşdü. Çinin hərbi gəmiləri Şərqi–Çin dənizindəki Yaponiyaya məxsus adalara tərəf yığıldılar. Çinlilər həmçinin öz əsas bazalarından uzaqlaşan Filippinli dəniz piyadalarına da təzyiq göstərdilər. Çin ordusunun əsgərləri Hindistanın nəzarətində olan quru sərhəddindəki mübahisəli sahəyə də soxuldular. Bunlardan başqa Çinin dövət enerji şirkəti Vyetnama məxsus olan dəniz sahillərinə nəhəng neft platforması gətirərək həmin ərazilərə iddialı olduğunu göstərdi. Belə bir addım hər ik ölkə arasında dərin böhranın yaranmasına səbəb olmuşdu.

Yaponiyanın baş naziri Sinze Abe bu hadisələr fonunda xəbərdarlıqla bildirmişdi ki,“indi Asiya İkinci Dünya Müharibəsinin astanasındakı Avropanı xatırladır”.

Ancaq bütün bunlara baxmayaraq, hal-hazırda həmin gərginlikər tədricən səngiyib. Cənab Si Çzinpin bu yaxınlarda Hindistana səfər etmişdi. Çin öz neft platformasını Vyetnamdakı mübahisəli sulardan da uzaqlaşdırıb. Yaponiya isə Senkaku adası ətrafındakı Çin hərbi gəmilərinin azaldığı barəsində məlumat yayıb. Həmçinin yapon və çinli diplomatlar artıq bir neçə görüş də keçiriblər. İndi hətta bu ilin axırında Pekində keçiriləcək Asiya-Sakit Okean forumu çərçivəsində Sinze Abe ilə Si Çzinpin arasında sammittin təşkil ediməsi təkilifi də səslənir. Bu cür gərgin hadisələrin yaşanmasına baxmayaraq, ABŞ-ın nəzərlərinin Asiyaya tərəf çevrilməsi ikinci plana keçib. Ona görə ki, Barak Obama Rusiyanın Ukraynaya təcəvüzü problemini həll etmək və “İslam Dövləti” ilə mübarizə aparmaq məcburiyyətindədir. Şübhə yoxdur ki, Çin tərəfindən olan təhlükə qətiyyən yoxa çıxmayıb. Amma Si Çzinpin müvəqqəti olsa da, öz yanaşmalarına və hərəkətlərinə ara verib. Çinlilərdən fərqli olaraq, məhz belə bir vaxtda Vladimir Putin Qərbin sərt sanksiyaları altında açıq qarşıdurmaya gedir. Bu isə aydın şəkildə Rusiya və Çin liderləri arasında müxtəlif xarakterlərin olmasını göstərir. Onların ixtiyarındakı resurslar da müxtəlifdir.

Putin özünün avantürist olmasını nümayış etdirdi. O, çox da dərindən düşünmədən NATO və Avropa Birliyinin qarşısını almaq məqsədi ilə Ukraynaya güc tətbiqinə başladı. Krımın ilhaqından sonra rus qoşunları separatçıları müdafiə etmək üçün Ukraynanın şərq vilayətlərinə soxuldu. Kreml bütün bu ittihamları rədd edir. NATO güclərinin Avropadakı baş komandanı Filip Bridlav bəyan edib ki, hazırkı atəşkəs və sakitçilik “yalnız sözdə” mövcuddur. Putinin “böyük Rusiyanı” dirçəltmək məqsədi ilə Pribaltika macəralarına baş vurması təhlükəsi Avropanı bərk narahat edir.

Si Çzinpin isə xeyli dərəcədə ehtiyyatlı davranır. Bu yaxınlarda nəzarətdən çıxa biləcək çox təhlükəli vəziyyət yaranmışdı. Çin Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarənin ABŞ-ın ”P-8” kəşfiyyat təyyarəsinin tam yanında öz oxu ətrafında 360 dərəcəlik fırlanma hərəkətlərini nümayiş etdirməsi böyük gərginlik yaratmışdı. Cənab Si Çzinpin həqiqətən də iki böyük dövlət arasında münaqişə və qarşıdurmaya səbəb ola biləcək hadisələrin törənməsindən həmişə ehtiyat edib. Çin rəhbəri hər şeyə çox diqqətlə yanaşır. Hal-hazırda Çin yüksəliş istiqamətində sürətlə irəliləyir, Rusiyada isə xeyli vaxtdır ki, tənəzzül müşahidə olunur. İndi zaman Si Çzinpinin tərəfindədir və o, hesab edir ki, Asiya dövlətləri Çinin inkişaf edən iqtisadiyyatını və artan hərbi büdcə istiqamətindəki trayektoriyasını diqqətlə izləyəcək və bir güllə atmadan da onların iradəsinə tabe olacaqlar.

Ərazilərin genişləndirilməsi planına maliyyə imkanları baxımından yanaşdıqda, Çİn ilə Rusiya arasındakı xeyli böyük fərqin mövcudluğu aydın şəkildə görünər. Zəif Rusiya iqtisadiyyatı neft və qazın ixracına söykənib. Çin sənaye nəhəngidir və onun valyuta ehtiyyatının ümumi həcmi 4 trilyon dollar təşkil edir. Ona görə də, cənab Si Çzinpin regiondakı təhlükələri kifayət qədər maliyyə imkanları hesabına önləyə bilər. Çinin ABŞ üçün təhlükəli həddə çatması uzunmüddətli perespektivə aid olan məsələ hesab edilsə də, ancaq indiki fəaliyyət və davranışları ilə Rusiya pezidenti Putin daha yaxın zamanda təhlükəli ola bilər.

Bölməyə aid digər xəbərlər

05 Fev 2018 Türkiyənin yeni xarici siyasəti: müdafiədən hücuma –Davutoğlunun "sıfır problem" doktrinasından niyə imtina olundu? - TƏHLİL

30 Okt 2016 Türkiyənin Mosul və Kərkük üzərində haqqı və “Misak-ı Milli” (“Milli And”)

18 Okt 2016 Modelyer Leyla Əhmədovaya təzyiq olunur

18 Okt 2016 Ankaranın Mosul planı - Türkiyə əməliyyat və danışıqlarda yer almaqda qərarlıdır

21 Sent 2016 Qafqazda müharibə riski artıb - Ərdoğan

07 Sent 2016 Sabah Özbəkistan prezidentinin səlahiyyətlərini icra edən şəxs bəlli olacaq

31 İyul 2016 Türkiyə ordusu əvvəlki güc və müstəqilliyini itir

19 İyul 2016 Rusiyaya icazə verməməliyik - Müharibə anonsu

16 İyun 2016 Dollar niyə bahalaşır? - Ekspert

05 İyun 2016 Əliyevlə Sərkisyanın iyun görüşü: Danışıqlar başlayacaq, yoxsa müharibə?!

13 May 2016 Qarabağda savaş hər an başlaya bilər - Rus politoloq

10 Apr 2016 ”Rusiya qondarma rejimi danışıqlar prosesinə cəlb etmək istəyir”

03 Apr 2016 “Müharibə Qarabağın hüdudlarından kənara çıxmasa, Rusiya qarışmayacaq...”

30 Mart 2016 MSK müəmması: Məzahir Pənahovun yerinə o gəlir...

25 Mart 2016 Rza Zərrab kimdir: iş adamı, agent, yoxsa ailənin əsiri?

22 Mart 2016 Novruz, yoxsa Ergenekondan çıxış bayramı?

14 Mart 2016 "Neft ölkəsində yaranan iqtisadi böhran xarici borcların artmasına təkan verdi"

03 Mart 2016 PUTİN HÖKUMƏTİNDƏ ÇATLAR DƏRİNLƏŞİR! – Kreml klanları prezidentə qarşı?

26 Fev 2016 “Putin üçün sığorta vasitəsi” – ABŞ-a qarşı “səssiz hücum” PLANI

18 Yan 2016 “Hazırkı durum bir koordinasiya mərkəzinin yaradılmasını tələb edir”

06 Yan 2016 Rusiya Türkmənistanla əlaqəni niyə kəsib? – Şərh

15 Dek 2015 Neft 20 dollara da düşə bilər – Təhlil

10 Dek 2015 PUTİN ÜÇÜN “TÜRK MARŞI” SONATASI – “Bu dəfə bleflə məşğul olmayan biri ilə qarşılaşdı…”

09 Dek 2015 Sirlər çözüldü: İraq-Türkiyə qarşıdurmasının arxasındakı qüvvə... – ŞOK İDDİA

09 Dek 2015 “Aralıq dənizində balans Türkiyə və NATO-nun xeyrinədir”

08 Dek 2015 İŞİD ÜÇÜNCÜ ÖLKƏNİ ƏLƏ KEÇİRİR! – Yenidən təşkilatlanır və beynəlxalq şəbəkə qurur

08 Dek 2015 Faciənin qarşısını almaq niyə mümkün olmadı?

03 Dek 2015 TÜRK-RUS QARŞIDURMASI AVRASİYANI PARÇALAYA BİLƏR! – Azərbaycan kimin tərəfini tutacaq?

02 Dek 2015 Yürüş Mehrəlibəyli Güney Azərbaycan milli hərəkatına ciddi təkliflər verib

29 Noy 2015 Nardaran normal həyata qayıtmaq istəyir? - Son durum

Xəbər lenti