Məhkəmə vasitəsilə pozulan hüquqlarını bərpa edə bilməyən bir qrup Ağdaş sakini ölkə başçısı İlham Əliyevə şikayətlə müraciət ediblər. Məmur özbaşınalığı və məhkəmə qərarlarının qanunsuzluğundan bəhs edən müraciətdə deyilir:

Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevə

Cənab Prezident!

Aşağıda imza edən ailələr  2-ci dəfə  şikayət ərizəsi ilə müraciət  edərək sizə bildiririk ki,  biz Ağdaş rayon Qumlax kəndində yaşayırıq.  2012-ci ildən  Bakının Qobustan qəsəbəsində  Mir Qasım 8 ev 12-də  yaşayan  Kərimov Kamil bizim  istifadə etdiyimiz gediş-gəliş  yolunun üstündə  saxta sənədlərlə  yarımtikili ev inşa etdirmişdir.  Onun qanunsuz əməlləri sayəsində  üç ailənin evinə  10-dan  çox ailənin isə  pay torpaqlarına   gediş-gəliş yolu tamamilə  tutulmuşdur. Bu barədə  müvafiq orqanalara müraciət etsək də,  bizə  məhkəməyə müraciət etməyimizi bildirmişlər.

Ağdaş Rayon Məhkəməsinə  müraciət etsək də, sonradan hakimin qərardatı ilə bu işə Şəki iqtisad məhkəməsində  baxıldığı üçün dayandırılmışdır.

Cənab prezident!

Bildiririk ki, Şəki İqtisad Məhkəməsi  cavabdeh qismində Əmlak Məsələləri Dövlət Komitəsini, Ağdaş rayon torpaq şöbəsini və Ağdaş rayon  Şıxlı bələdiyyəsini  məhkəməyə  dəvət etmişdir.  Şıxlı bələdiyyəsinin sədri  T.Cəbrayılov məhkəmədə  hakimə bildirmişdir ki, iddiaçı K.Kərimovun iddia etdiyi 0,8 ha qanuni zəbt  etdiyi  0,11 ha  torpaq sahəsi İslahat Komissiyası tərəfindən ona verilmişdir və hal-hazırda həmin sahədən istifadə edir,  ancaq iddia etdiyi  torpaq sahəsini isə  K.Kərimov  “Sosializm” kolxozu tərəfindən ona ayrılmış  həyətyanı torpaq sahəsinin  “tanıtım aktı” hissəsini  saxtalaşdırılmış və ona  həyətyanı torpaq sahəsini mövcud olmayan “Qızıl əsgər” kolxozu  tərəfindən verildiyini  bildirmişdir. Şəki İqtisad  Məhkməsi  20.12.2012-ci ildə  Qumlax kəndində  tərəflərin  iştirakı ilə  baxış keçirmiş və iddiaçının məhkəməyə təqdim etdiyi  sənədlərlə göstərilən yerin uyğunluq  təşkil etmədiyini  və sənədlərin  saxta olduğuna  əmin olmuş və iddiaçının təmin olunmayacağını  bildirmişdir. Buna baxmayaraq,  hakim Səadət Zeynalova 09 yanvar  2013-cü ildə iddiaçının xeyrinə  rüşvət alaraq qərar  çıxartmışdır.  Hakim  Səadət Zeynalova üçüncü  şəxsin  Şıxlı  bələdiyyənin hüquqi  varisk Telman  Cəbrayılovu və  Şıxlı bələdiyyəsinin üzvü X.Cəbrayılovu fiziki şəxslər kimi qələmə vermişdir. İddiaçının iddiasını təmin edərkən  həmin torpaq sahəsini Şıxlı bələdiyyəsinin  müəlkiyyətində olduğu ilə  hesablaşmamış  və qərarın  surətini Şıxlı bələdiyyəsinə  göndərilməsini təmin etməmişdir.

Cənab Prezident!

Şıxlı bələdiyyəsi həmin qərarın surətini Şəki İqtisad Məhkəməsinin sədri  Usaməddin Osmanova  ünvanladığı  müraciətlə  dəfələrlə  tələb etsə də, qərarın surəti Şıxlı bələdiyyəsinə göndərilməmiş və göndərilməsini təsdiq edən heç bir sənəd  Şıxlı bələdiyyəsinə təqdim etməmişdir.

Buradan da belə qənaətə gəlmək olar ki, Şəki İqtisad Məhkəməsi Şıxlı  bələdiyyəsinin mülkiyyətində  olan  torpaqları, gediş-gəliş  yolunu Ağdaş rajyon Torpaq şöbəsi (keçmiş), Əmlak Məsələləri Dövlət Komitəsi Yevlax şöbəsi ilə əlbir olaraq, öz şəxsi malları kimi satmışlar.

Cənab Prezident!

Şəki İqtisad Məhkəməsi 03 yanvar 2013-cü ildə qərardat çıxararaq işi iki hissəyə ayırmış və mülki hissə ilə bağlı  Telman Cəbrayılovu  Ağdaş rajyon Şıxlı  bələdiyyəsini  hüquqi varisi  kimi  Şəki Apellyasiya Məhkəməsinə  yox, cavabdeh  fiziki şəxs kimi  göstərərək  Ağdaş Rayon Məhkəməsinə müraciət etməsi haqqında  qərardad çıxarmışdır.  Qərardan şikayət verilsə də,  Şəki Apellyasiya Məhkəməsinin  hakimi İnşallalh Quliyev 27 sentyyabr  2013-cü ildə işə baxaraq bildirmişdir ki, Şəki İnzibati İqtisad  Məhkəməsinin  09 yanvar  2013-cü ilb tarixli qərarı ilə baxılmış iddia tələbində Telman Cəbrayılov, X.Cəbrayılov  və R.Məmmədov  cavabdeh olmadıqlarından, qeyd olunan  qərarla onların  üzərinə heç bir vəzifə qoyulmadığından  və hüquqlarının  pozulmadığına görə, həmin qərardan şikayət verə bilməzlər  və buna görə də  apellyasiya şikayətinə baxılması mümüknü hesab edilməsin və qərardan verilmiş  apellyasiya şikayətinin qəbul edilməsinsən imtina edilsin.

Bir daha  bildirir ki, Telman Cəbrayılov 2011-2015-ci illərdə üçüncü şəxsin  hüquqi varisi Ağdaş rayon  Şıxlı bələdiyyəsinin  sədri olmuşdur və  həmin əsaslara Ali Məhkəmədə  işə baxmağı  rədd etmiş və iddiaçı  K.Kərimovun  iddia tələbi  qanunsuz olaraq qüvvəyə minmişdir.

Başqa çıxış yolunuz qalmadığı üçün Şıxlı bələdiyyəsi İnzibati İqtisadi məhkəməyə  yeni açılmış  hallarla  bağlı yenidən   müraciət   etmiş  Şəki İqtisad Məhkəməsi,  Apellyasiya Məhkəməsi, Ali Məhkəmə iddiaçı  Kamil Kərimovun  sənədlərinin saxta olduğunu qəbul etmiş,  bu barədə ancaq Şıxlı bələdiyyəsinin vaxtında  məlumat vermədiyini  və qərarın qüvvəyə mindiyini  bildirirək, işə yenidən  baxılmasını rədd etmişdir.

(Bildiririk ki,  Şəki İqtisad Məhkəməsinin   03 yanvar 2013-cü ildə mçıxardığı qərardan verdiyimiz apellyasiya  şikayətində qanun pozuntularını və saxtakarlıqları göstərmişdik, ancaq şikalyətə baxmaqdan imtina etmişdilər.)

Cənab Prezident!

Bundan daha da iştahlanan  Şəki İtisad Məhkəməsinin hakimi Kənan Vəliyev Şıxlı bələdiyyəsinin xəbəri  olmadan  Şıxlı bələdiyyəsinin  mülkiyyətinfə olan 27 yanvar 2014-cü il tarixli 2-1 (84)-279/2014 saylı qərarı ilə  yenidən  Kamil Kərimovun  03 yanvar  2013-cü ildə  həmin  məhkəmənin hakimi Sədət Zeynalovanın  saxta sənədlərlə  verdiyi 0,8 ha  həyətyanı torpaq  sahəsinə  bitişik 0,11 ha  olduğunu bildirmiş və iddiaçının iddia tələbini təmin etmiş və gediş -gəliş yolunun daha 0,11 ha-nı K.Kərimova  vermişdir. Həmin qərarın surətini də Şıxlı bələdiyyəsinə  göndərilməmişdir.  2016-cı ildə Şıxlı  bələdiyyəsi  Mürsəl bələdiyyəsi ilə birləşdikdən sonra  Mürsəl bələdiyyəsinin  sədri  bir neçə dəfə  27 yanvar 2014-cü il  tarixli qərarın surətini  Şəki İqtisad Məhkəməsindən tələb etsə də, həmin qərarın surətini  Mürsəl bələdiyyəsinə verməmişlər. Sonradan Mürsəl bələdiyyəsinin  sədri  nədənsə birdən birə  məhkəməyə 27 yanvar  2014-cü il tarixli  qərarın surətinin artıq bələdiyyəyə  lazım olmadığını bildirmişdir. Bu da Mürsəl  bələdiyyəsinin sədri Əhməd Məmmədovun da rüşvət alaraq susduğunu göstərir.

Cənab Prezident!

Məsələ ilə bağlı 03 mart 2015-ci ildə  nümayəndəmiz X.Cəbrayılov Ağdaş rayonunda vətəndaşların qəbulu zamanı Ədliyyə Naziri Fikrət Məmmədovun  qəbulunda olmuş, ona hakimlərin  özbaşınalığı haqqında  adımızdan  etirazını bildirmişdir. Cənab nazirə bütün  məhkəmə qərarları  məruzə olunduqdan  sonra bildirmişdir ki, o, özü birbaşa  məhkəmə qərarlarını ləğv etmək  səlahiyyətinə malik deyil. Ancaq  o, bizim adımızdan ona ünvanlanmış ərizənin üstünü yazaraq, Ali Məhkəməyə göndərəcəyini,  bizə isə  sonuncu  27 fevral 2015-ci ildə  çıxarılmış  Şəki Apellyasiya Məhkəməsinin qərarından kassasiya  şikayəti  verməyimizi və bu dəfə qərarın burada gediş-gəliş yolu bağlanmış ailələrin xeyrinə çıxarılacağını bildirmişdir. Ancaq çox təəssüflər olsun ki,  bu baş vermədi.

Cənab nazirdən başqa iki dəfə  Ağdaş rayon İcra  başçısının qəbulunda olmuşuq. Ali Məhkəmənin  sədrinə,  Məhkəmə Hüquq Şurasına,  Milli Məclisə müraciət etsək də, şikayətimizə baxan olmayıb.  Elə sizin  aparatdan da sizə ünvanladığımız şikayəti  bizim hüquqlarımızı pozanlara yəni Şəki Apellyasiya Məhkəməsinə  göndəriblər. Şikayətimizə baxan olmayıb. Bir ildən çoxdur ki,  gediş gəliş yolunun bağlanması ilə əlaqədar  Ağdaş Rayon  Məhkəməsində   işə baxılır.  Ancaq Əmlak Məsələləri  Dövlət Komitəsi  Yevlax şöbəsi  cavabdeh olduqları  halda, onların  özlərinin saxta  xəritə ilə işləyərək  rəy verməsi hakimin ədalətli qərar çıxarmasına imkan vermir.

Cənab prezident!

Gördüyünüz kimi sadə insanların hüquqları bütün məhkəmə  instansiyalarında pozulur.  Hakimlər ədalətin yox,  pulluların yanındadırlar. Biz, kasıb insanların hakimlərə vermək üçün pulumuz yoxdur. Biz sizə  səs vermişik, ümidimiz  ancaq sizədir.  Hüquqlarımızın qorunmasının qarantısınız. Ona görə sizdən çox xahiş edirik ki, bizə kömək edin. Burada qan tökülməsinə yol verməyin.

İmzalar:

 

Məmmədov Rövşən  (Ş/V AZE № 14680404),

Məmmədov Ceyhun (Ş/V AZE № 09777338),

CəbrayılovXətair (Ş/V AZE № 13482687),

Abbasova Esmira (Ş/V AZE № 01615102),

CəbrayılovPərvanə (Ş/V AZE № 15994680),

Əliyeva Məhbubə (Ş/V AZE № 03059703),

CəbrayılovaSəidə (Ş/V AZE № 02773357),

Cəbrayılov Nurlan (Ş/V AZE № 15995206),

Əliyev Məzahir (Ş/V AZE № 15680423),

CəbrayılovaZöhrə (Ş/V, AZE № 04290408),

MəmmədovaMəxbər (Ş/V, AZE № 13070134),

CəbraçyılovaAzadə (Ş/V, AZE № 15907469),

CəbrayılovTelman (Ş/VAZE № 02773352).

Bastainfo.com 

Bölməyə aid digər xəbərlər

25 Okt 2017 Gələn il Milli Məclisə 24 milyon manat ayrılacaq

24 May 2017 Tərtərə palçıqlı yağış yağdı

03 Noy 2016 İlham Əliyevdən Qəlyana, elektron siqaretə, alışqana -QADAĞA

01 Noy 2016 Yeni doğulan uşağa 90, buzova isə 100 manat verilir...

25 Okt 2016 Müəllimlərin maaşı artacaq - 26 rayonda

24 Okt 2016 Deputat: "Sənədsiz evlərin problemi həll olunur"

19 Okt 2016 Xərçəngə yol açan bu içkilərdən uzaq durun

18 Okt 2016 Qazax rayon sakinləri işıq üzünə həsrət qalıblar

18 Okt 2016 Lerikə də qar yağdı

17 Okt 2016 Yağış Bakıda nəqliyyatın hərəkətini iflic etdi

15 Okt 2016 İmişlidəki dəhşətli qətlin təfərrüatı: 17 yaşlı sevgilisini öldürüb rahatca yatdı

12 Okt 2016 Ağsu məsçidlərində Aşura- bütün şəhidlər yad edildi

12 Okt 2016 İcbari tibbi sığortanın tətbiqinə əngəl olan amillər...

11 Okt 2016 Xaçmaz polisi dünyasını dəyişmiş musavatçının dəfninə müdaxilə edib

10 Okt 2016 Masazırda ər yenicə ana olan arvadını öldürdü, sonra özünü vurdu

10 Okt 2016 "Akkord"un tikdiyi keyfiyyətsiz binalar aksiyaya səbəb oldu

09 Okt 2016 Ərəb şeyxi arvadı necə döymək lazım olduğundan danışdı

07 Okt 2016 DİN: Özünü yandıran sürücünün 43 min manat cəriməsi var

04 Okt 2016 Kommersiya sirri hesab olunan məlumatları əldə edə bilən vəzifəli şəxslərin — SİYAHISI

01 Okt 2016 Krediti gecikdirən daha kredit ala bilməyəcək

29 Sent 2016 2017-ci ildə dotasiya almayacaq şəhər və rayonlar

22 Sent 2016 Ağsuda gəlin toyuna bir gün qalmış sevgilisi ilə qaçdı

21 Sent 2016 Dəfn üçün torpaq pulsuz veriləcək - Yeni təklif

21 Sent 2016 Yaşlı kişi özünü yandırmağa cəhd etdi

18 Sent 2016 Nişanlı qızı ölümə sürükləyən dəhşətli səbəb

16 Sent 2016 Azərbaycan əhalisinin sayı açıqlanıb

12 Sent 2016 "GÜLSAM" Əlillərin Reabilitasiya İctimai birliyi Ağsuda tədbir keçirdi

12 Sent 2016 Barın qarşısından Azərbaycan bayrağının asılması etiraza səbəb oldu

12 Sent 2016 Birinci qrup əlillərə güzəşt edilə bilər

10 Sent 2016 "Məhkuma iş verin, borcumu qaytarsın!" – Türmə rəisinə müraciət

Xəbər lenti