Dələduzluğun qurbanı olduğunu bildirən Masallı rayon sakini, 1992-ci il təvəllüdlü Ağayev Elnur Azər oğlu Masallı rayon Məhkəməsinin çıxardığı qərardadın iki ildir icra olunmamasından şikayətçidir.

Onun sözlərinə görə, Moskva Univermağında satıcı işləyərkən həmyerlisi, 1977-ci il təvəllüdlü Məmmədov Zaur Qalabəy oğlu onun etibarından sui-istifadə edərək 3700 dollar məbləğində qızıl-zinət əşyalarını götürərək geri qaytarmayıb.  


E.Ağayevin iddia ərizəsi əsasında Masallı rayon Məhkəməsi qərardad çıxardıb. Qərardada görə, Z.Məmmədov şikayətçiyə 3700 dollar vəsaiti  ödəməlidir. 


E.Ağayev qərardadın icrası üçün Masallı rayon İcra Şöbəsinə müraciət edib: “Şöbənin rəisi İsmayıl Abazəliyev mənə rəsmi cavab verib. Cavabda bildirilir ki, borclu Məmmədov Zaur Qalabəy oğlu Salyan rayonun 5 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkir. Ona görə də, icra sənədi “İcra haqqında” qanunun 10 və 24-cü maddələrinə əsasən həmin cəzaçəkmə müəssisəsinə göndərilib”.


Şikayətçi bildirir ki, icra sənədinin icra olunması üçün 5 saylı Cəzaçəkmə Müəssisəsinə müraciət edib: “Burdan mənə bildirildi ki, borclu hazırda işləmədiyi üçün borcunu qaytarması qeyri-mümkündür. Mən media vasitəsi ilə əlaqədar qurumlara müraciət edirəm ki, borclunu müvafiq işlə təmin etsinlər. Məcburiyyət qarşısında son zamanlar mən də borc götürmüşəm, Z.Məmmədov borcumu qaytarsın, mən də borcumu ödəyim”.

Bölməyə aid digər xəbərlər

25 Okt 2017 Gələn il Milli Məclisə 24 milyon manat ayrılacaq

24 May 2017 Tərtərə palçıqlı yağış yağdı

03 Noy 2016 İlham Əliyevdən Qəlyana, elektron siqaretə, alışqana -QADAĞA

01 Noy 2016 Yeni doğulan uşağa 90, buzova isə 100 manat verilir...

25 Okt 2016 Müəllimlərin maaşı artacaq - 26 rayonda

24 Okt 2016 Deputat: "Sənədsiz evlərin problemi həll olunur"

19 Okt 2016 Xərçəngə yol açan bu içkilərdən uzaq durun

18 Okt 2016 Qazax rayon sakinləri işıq üzünə həsrət qalıblar

18 Okt 2016 Lerikə də qar yağdı

17 Okt 2016 Yağış Bakıda nəqliyyatın hərəkətini iflic etdi

15 Okt 2016 İmişlidəki dəhşətli qətlin təfərrüatı: 17 yaşlı sevgilisini öldürüb rahatca yatdı

12 Okt 2016 Ağsu məsçidlərində Aşura- bütün şəhidlər yad edildi

12 Okt 2016 İcbari tibbi sığortanın tətbiqinə əngəl olan amillər...

11 Okt 2016 Xaçmaz polisi dünyasını dəyişmiş musavatçının dəfninə müdaxilə edib

10 Okt 2016 Masazırda ər yenicə ana olan arvadını öldürdü, sonra özünü vurdu

10 Okt 2016 "Akkord"un tikdiyi keyfiyyətsiz binalar aksiyaya səbəb oldu

09 Okt 2016 Ərəb şeyxi arvadı necə döymək lazım olduğundan danışdı

07 Okt 2016 DİN: Özünü yandıran sürücünün 43 min manat cəriməsi var

04 Okt 2016 Kommersiya sirri hesab olunan məlumatları əldə edə bilən vəzifəli şəxslərin — SİYAHISI

01 Okt 2016 Krediti gecikdirən daha kredit ala bilməyəcək

01 Okt 2016 Yolları bağlanan Ağdaş sakinləri prezidentə şikayət etdilər

29 Sent 2016 2017-ci ildə dotasiya almayacaq şəhər və rayonlar

22 Sent 2016 Ağsuda gəlin toyuna bir gün qalmış sevgilisi ilə qaçdı

21 Sent 2016 Dəfn üçün torpaq pulsuz veriləcək - Yeni təklif

21 Sent 2016 Yaşlı kişi özünü yandırmağa cəhd etdi

18 Sent 2016 Nişanlı qızı ölümə sürükləyən dəhşətli səbəb

16 Sent 2016 Azərbaycan əhalisinin sayı açıqlanıb

12 Sent 2016 "GÜLSAM" Əlillərin Reabilitasiya İctimai birliyi Ağsuda tədbir keçirdi

12 Sent 2016 Barın qarşısından Azərbaycan bayrağının asılması etiraza səbəb oldu

12 Sent 2016 Birinci qrup əlillərə güzəşt edilə bilər

Xəbər lenti