|
10-16 avqust 2016-cı il tarixlərində Azərbaycanın Qax, Ismayıllı, Şəki, Qəbələ rayonlarının 10 çox kəndində turizm sahəsində təhsil almış təcrübəli turizm ekspertləri tərəfindən gənc kənd sakinləri üçün “Kənd turizminin inkişafında gənclərin rolunun artırılması” adlı layihəsi baş tutmuşdur.
Teleqraf.az xəbər verir ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Gənclər Turizmi” İctimai Birliyi tərəfindən həyata keçirilmişdir. Layihənin koordinatoru Renat Məcidov təlimlərdə çıxış edərək layihə haqqında fikirlərini və gənclərə tövsiyyələrini bildirmişdir.
Layihənin məqsədi kənd turizminin inkişaf potensialı olan ərazilərdə gənclərin fəallığını artırmaqla bu sahəyə dəstək olmaq, kəndlərdə yaşayan gəncləri və gənc ailələri kənd turizmin inkişafına cəlb etməklə onların inkişafına yardım göstərmək, həm də kənd turizmi sahəsində maarifləndirmə işlərini həyata keçirməkdir.
Layihə çərçivəsində gənclər üçün təlimlər təşkil olunmuş, turizm sahəsində təhsil alan tələbələrin köməyi ilə gənclərə kənd turizmi sahəsi üzrə yeni praktiki biliklər və bacarıqlar verilmişdir. Layihə, eyni zamanda, gənclərə kənd turizminin inkişafı ilə bağlı yeni planların və strategiyaların qurmalarına kömək göstərilmişdir. Layihəyə kəndlərdə yaşayan gənclərdən əlavə, gənc ailələr və gənc sahibkarlar, gənc fermerlər də iştirak üçün cəlb olunmmuşdur.