Redaksiyamıza çoxsaylı müraciətləri nəzərə alaraq Bakı şəhəri Xətai rayonu F. Bayramov küçəsi 1156-cı məhəllə ünvanında yerləşən 1, 2, 3 və 4 saylı binaların mənzil sahibləri ilə görüş keçirdik. Əsas problemin nədə olmasını araşdırdıq və nəticədə mənzil sahiblərinin uzun illərdir necə böyük problemlərlə üzləşdiyinin şahidi olduq. Müsahibələrimizi diqqətinizə çatdırırıq:

- Hərvaxtınız xeyir olsun! Zəhmət olmasa binalar və problemləri haqqında ümumi məlumat verərdiniz.

- Hərvaxtınız xeyir! Azərbaycan Respublikası Bakı şəhəri Xətai rayonu F. Bayramov küçəsi 1156-cı məhəllə ünvanında yerləşən 1, 2, 3 və 4 saylı binaların tikilməsi “Sahil-D Kompani” MMC tərəfindən hələ 2006-2007-ci illərdən başlamışdır, lakin 10 ildən çox keçməsinə baxmayaraq bugünədək binalardan heç biri tam olaraq istismara təhvil verilməmişdir. Şirkət rəhbərliyi müraciət edən insanlara ya müxtəlif uydurma yalanlar deyərək sanki vaxt udmağa çalışır və ya da müxtəlif mənzil sakinlərinə halal mənzilləri ilə bağlı problemlər yaradaraq onların mənzillərini saxta sənədlərlə ikinci və ya üçüncü satışa çıxarır və nəticədə vətəndaşlarımız arasında konfliktlər yaradaraq özü kənara çəkilməkdədir. Biz sakinlərin bilmədiyi səbəblərdən şirkət rəhbərliyi nədənsə maddi vəziyyəti kifayət qədər yüksək olmasına baxmayaraq binalara investisiya yatırmaq istəmir və bunu da sakinlərlə görüşündə açıq-açığına söyləyir. Əslində buna bir görüş də demək olmaz, çünki biz sakinlər hər dəfəsində onun qəbuluna düşmək üçün dəridən və qabıqdan çıxırıq və nəticədə isə onun növbəti yalanlarını və nalayiq sözlərini eşidirik. Buna görə də bizlər daha “Sahil-D Kompani” MMC-nin rəhbərliyi və ya əməkdaşları ilə görüşmək istəmir və heç bir daha da üzbəüz gəlmək istəmirik. Amma bəs biz sakinlərin haqları və şirkət rəhbərliyinin öz üzərinə götürdüyü öhdəliklər, hansı ki uzun illərdir yerinə yetirilməməkdədir?! Biz bu məsələdən çox narazıyıq və cənab Prezidentin diqqətinin bu məsələyə yönəlməsinə məmnun olardıq. Bəllidir ki, şirkət rəhbərliyi bəzi mənfur və korrupsiyaya bulaşmış məmurlarla işbirliyi etməkdədir və nəticədə də onlar belə dələduzluqlara göz yummaqdadırlar. Amma biz sakinlər axıra qədər mübarizə aparacaq və haqqımızı tələb edəcəyik.

- Binada ümumilikdə neçə mənzil olduğunu bilirsinizmi və mənzil sahiblərinin hamısı Azərbaycan vətəndaşlarıdır? Bəs mənzil sahiblərinin öz mənzillərinə köçə bilməməsinin əsas səbəbləri nədir?

- Biz sakinlərə fərqli illərdə (böyük əksəriyyəti 2011-2012-ci illərdə) satılmış olan bizim mənzillərin (460 mənzil, yəni ki 2000-dən çox ölkə vətəndaşı, Rusiya, Türkiyə, İran, Ukrayna və başqa ölkələrin vətəndaşları) yerləşdiyi binalar hələ də alqı-satqı müqavilələrində göstərildiyindən çox fərqli vəziyyətdədir və bu mənzilləri tikən şirkət rəhbərliyi öz işinə məsuliyyətlə yanaşmır, tikinti işlərinin vaxtında başa çatdırılması olmayıb və bina hələ də tam istismara verilməmişdir. Baxmayaraq ki, bir sıra sakinlərimiz bu binalarda mənzil aldıqdan sonra maddi vəziyyətləri çətin olduğundan və daimi yaşadıqları digər yerdə öz mənzillərini artıq satmış olduğundan dolayı ya başqa bir yerdə icarəyə mənzil tutmuş və bu binalarımızda təmirin bitməsini gözləmiş, ya da bu natamam 4 binaya köçməyə məcbur qalmışdır. Bu binalarda hələ də şirkət sahibi tərəfindən birbaşa edilmiş heç bir irəliləyiş yoxdur və əksinə autsours edilmiş bir çox işlərin sahibləri (plastik qapı və pəncərələrin düzəldilib quraşdırılması, şüşələrin vurulması, liftlərin istismara təhvili və s. işlər) bu şirkət sahibinin onlara qarşı maddi dələduzluq etməsindən şikayət etməkdədir. Mənzil sahiblərinin öz mənzilinə köçə bilməməsinə şirkət rəhbərliyi bir sıra baryerlər qoymuşdur və əngəllər törətmişdir. Bəzi mənzil sahiblərinin mənzilləri şirkət rəhbəri İlham Qasımov tərəfindən ikinci və ya üçüncü, bəzən də dördüncü şəxslərə satılmışdır. Bir sıra mənzillərin sahibləri isə mənzillərində heç bir problem olmasına baxmayaraq İlham Qasımov tərəfindən şantaj edilmiş və əlavə vəsait müqabilində onlara mənzillərinin “geri verilməsi” bildirilmişdir. Müxtəlif mənzil sahiblərinə müxtəlif versiyalar, yalanlar, uydurmalar deyən İlham Qasımov bu binaların tikintisini başa çatdırmayacağını sakinlərin bəziləriylə təkbətək görüşdə bildirmiş və şikayət etmək istədikləri halda isə heç kimi saymadığını qeyd etmişdir. İlham Qasımov ona xüsusi xahiş zəngləri gəlsin deyə bir sıra mənzil sahiblərinə bəzi yalanları uydurmuş və nəticədə istədiyinə nail olmuşdur ki, vəzifəli bir sıra məmurlar bu dələduza zəng edib ondan öz qohumları, dostları və ya tanışlarını xahiş etmişlər ki, bu xahişləri də gələcəkdə İlham Qasımov öz mənafeyi naminə istifadə edəcəkdir.

- Məsələlərin həllinə varmaq üçün şirkət sahibi ilə danışıqlar edilibmi?

Bəli. Bu danışıqlar həm ikitərəfli fərdi mənzil sahibləriylə şirkət arasında və həm də çoxtərəfli şəkildə sakinlərin bir neçəsinin birgə şirkətin ofisini ziyarət etməsiylə dəfələrlə olmuşdur. Biz mənzil sahibləri artıq şirkət sahibi İlham Qasımov və onun işçilərinin yalanlarından və bizləri hər dəfəsində nalayiq sözlərlə təhqir etməsindən cana gəlmişik. İlham Qasımovun qabiliyyətsiz və etik normalara sığmayan davranışlarına baxmayaraq biz sakinlər hətta bəlkə maddi problemləri vardır deyə bu şəxsə öz maddi dəstəyimizi göstərmək üçün demək olar ki, hər mənzil sahibindən 3000 AZN (ölkəmizdə baş vermiş son iki devalvasiyadan öncə) vəsait toplamış və binalarımızın təmir və istismara təhvil işlərinin yekunlaşdırılması üçün sərf etmişik. Amma biz bu vəsaitləri topladıqda və binalarımızın işlərinin yekunlaşdırılması üçün sərf etdikdə belə bu insan və onun quldurları bizə dəfələrlə əngəllər yaratmış və hətta topladığımız maddi vəsaitimizi belə mənimsəməyə can atmışlar. Toplamış olduğumuz vəsait hesabına bizlər binalarımıza 1 lift qoydurmuş, şaxtaların tikintisini başa çatdırmış, su nasoslarının təmiri, müvəqqəti elektrik xəttinin çəkilməsi və s. işlər görmüşük. Hal-hazirda isə bu 3000 AZN bir sıra mənzil sahiblərindən şirkət rəhbərliyi tərəfindən hədə-qorxu gəlinərək qeyri-qanuni alınmaqdadır ki, bu külli miqdarda vəsaitdən də binalarımıza heç nə sərf edilməməkdədir.

- Siz sakinlərin belə addımından sonra, şirkət sahibi hansısa addımlar atdımı, sizin binaların təmiri prosesini tezləşdiribmi binalari istifadəyə vermək üçün və ya insanları incitməyərək onları təmirə başlamağa icazə vermək üçün?

- Təəssüflər olsun ki, bu arada şirkət sahibi İlham Qasımov tərəfindən onun vəsaiti hesabına binaların istismara verilməsini yekunlaşdırmaq üçün demək olar ki, heç bir iş görülməmiş, əksinə mənzil sahibləri onun və ya onun əməkdaşları/qohumları incidilmiş, təhqir edilmiş, get-gələ salınmış, sakinlərə İlham Qasımovun qohumları və cangüdənləri tərəfindən ölümlə hədə-qorxu gəlinmiş, bir sıra mənzil sahiblərinin mənzilləri ikinci və ya üçüncü kənar şəxslərə satılmış və ya bəzən də satılmamış olsa da əsl mənzil sahiblərinə İlham Qasımov tərəfindən bu şəkildə yalan uydurulmuş və aldadılaraq onlardan əlavə vəsait tələb edilmişdir. Baxmayaraq ki, müqavilədə “payçı tərəfindən tam ödənilmişdir və Sahil-D Kompani MMC-yə borcu yoxdur” sözləri qeyd edilmişdir, amma müqavilədə göstərilmiş AZN-lə ödənişdən (əsas ödənişləri isə şirkət hamıdan zamanında dollarla tələb etmiş və əldə etmişdi) əlavə olaraq insanlardan hər dəfə bu qeyd edilmiş şirkət sahibi əlavə olaraq külli miqdarda vəsait tələb etmiş, alqı-satqı müqaviləsində göstərilməmiş “təmir müqaviləsi” anlayışı ortaya atılaraq bunun üçün də 1200 AZN ödəniş tələb edilmiş və əks halda insanlar öz halal mənzillərinə buraxılmamaqdadır. Amma realıq göstərir ki, bu uydurma ödəniş və onun müqabilində verilən sənəd əslində süni yaradılmış bir şeydir ki, binaların istismara təhvili gecikdirilsin, insanlar öz mənzillərindən uzaq düşsün və nəticədə onların mənzilləri saxta sənədlər düzəldilərək başqa şəxslərə satılsın.

 - Sizin qeyd etdiyiniz bu 1200 AZN pul vəsaitinin yiğılmasında bir səbəb göstərilirmi?

- Şirkət bu ödənişi sayğacların quraşdırılması adıyla əsaslandırmış, lakin bununla da əhalinin cənab Prezident və ali dövlət orqanları tərəfindən verilmiş fərman, sərəncam, əmr və bildirişləri bilməməsindən ki, bu sayğacları vətəndaşlara pulsuz olaraq şirkət quraşdırmalıdır, sui-istifadə etməkdədir.

- 1200 manatı ödəyən sakinlər var? Və əgər varsa, o zaman onların sayğacları quraşdırılıbmı?

Maraqlı bir məsələ burasındadır ki, hətta bu ödənişi belə etmiş sakinlərin sayğacları ya heç quraşdırılmamış və ya əksinə binalarda yaşayan insanlardan İlham Qasımovun binalar üzərində nəzarətçi direktor kimi qoyduğu qohumu Kənan adında şəxs tərəfindən qeyri-qanuni olaraq hər ay külli miqdarda pul tələb edilməkdədir ki, bu vəsait də təbii ki, bu çətin gündə dövlət büdcəsinə yönəldilmək əvəzinə həmin şəxsin cibinə axmaqdadır. Bunlar azmış kimi, İlham Qasımovun digər bir qohumu və işçisi Ülviyyə adlı şəxs mənzil sahiblərindən qeyri-qanuni olaraq müxtəlif məbləğdə pul tələb etməkdədir.

- Belə bir nəticəyə gəldik ki, binalarda heç bir iş görülməyib. İlham Qasımov bu məsələyə aydınlıq gətirməyə çalışıbmı?

- Binalarımızn mənzilləri və blokları nə liftlər, nə pəncərə, nə qapı, nə şüşə, nə elektrik naqilləri, nə qaz, nə kanalizasiya, nə istilik sistemləri və nə də digər müqavilədə göstərilmiş vəsaitlərlə təmin edilmiş və digər qanundan kənar addımlarla insanlar incidilmiş və hal-hazırda da incidilməkdədir. Hər nə işlər görülmüşsə biz sakinlərin təşəbbüsü və birgə maddi vəsaiti nəticəsində həyata keçirilmişdir. Şirkət sahibi onun yanına gedən sakinlərə “heç kimi saymadığını” və insanlara “haraya istəyirlərsə şikayət etsinlər” və “nə istəyirlərsə etsinlər” və s. bu kimi ifadələri demişdir. Arasında əməkdar artist, dövlət qulluqçusu, milli qəhrəman, əməkdar həkim, yüksək rütbəli zabit, universitet müəllimləri, əməkdar müəllim, Prezident Administrasiyası əməkdaşı, polis, məhkəmə əməkdaşı və digər ziyalı və vətənimizə xidmət edən insanlar olan vətəndaşlarımız binalarımızın problemlərinin həllinin və şirkət rəhbərliyinin bizlərə etdiyi əxlaqsızlıq, pislik, dələduzluq və s. neqativ hərəkətlərə görə cəzalandırılmasının ancaq cənab Prezidentin şəxsi müdaxiləsindən sonra olacağına inanırıq.

- Dediyiniz sözlərdən belə çıxır ki, artıq Prezident Administrasiyasına da müraciət etmisiniz?

- Bəli. Nəinki Prezident Administrasiyası, bundan əvvəllər də bir sıra qurumlara rəsmi müraciətlər edilmişdir ki, bu müvafiq insanların məsuliyyətə cəlb edilməsi üçün çox zəif təsir göstərmişdir. Təəssüflər olsun ki, həm o zamanlar və həm də indi bütün sakinlərin koordinatları bizə “Sahil-D Kompani” MMC tərəfindən müxtəlif bəhanələr gətirilərək verilmədiyindən dolayı onların ad və familiyalarını müəyyənləşdirə bilməmiş və onlarla təmasa keçmək mümkün olmamışdır. Bir sözlə əlaqə vasitələri əlimizdə olan bütün sakinlərin imzalarını toplamış və onlara qarşı İlham Qasımov və onun dələduzları tərəfindən tətbiq edilmiş çirkin addımlar Zati-liləri cənab Prezidentə ünvanladığımız məktub və qoşmalarda da əks etdirilmişdir.

- Hal-hazırda binada satışda olan mənzillər var, bu barədə məlumatınız varmı?

- Hərçənd ki, “Sahil-D Kompani” MMC tərəfindən bizlərə artıq 4 binamızda heç bir boş mənzil qalmadığı və bütün mənzillərin satılmış olduğu bildirilsə də kənardan bir çox tanışlarımız təsadüf olaraq bu binalara müştəri qismində cəlb edilmiş və onlara bizə məxsus olan mənzillər belə təklif edilmişdir.

- Ilham Qasimov heç mənzil sahibləri olan sizlərlə görüşmək niyyətini bildiribmi?

- İlham Qasımov insanlara qarşı müxtəlif dələduzluq, hədə-qorxu, təhdid hərəkətləri etmişdir. Onun qəbuluna gedən insanları qəbul etməməsi, ağır sözlərlə təhqir etməsi və qol gücüylə öz təhlükəsizlik işçiləri və qohumlarıyla qorxutması, nalayiq sözlər, yalan uydurmalar işlətməsi daha biz sakinləri bezdirmişdir. Onu gördükdə açıq-aydın olaraq onun şiddətli şəkildə ya içki və ya da narkotik aludəçisi olması hər kəsə bəlli olur. Onun təhlükəsizlik xidmətinin işçiləri onunla görüşmək istəyən insanlara “Siz nə danışırsız?! İlham Qasımov prezident kimi birisidir, onun qəbuluna siz ancaq bir-bir girə bilərsiniz və həm də kefiniz istədiyi bir vaxtda deyil” deməsi artıq bu insan və onun ətrafının nə dərəcədə harınlamasına dəlalət edir. Görünür ki, bu insanlar ölkəmizin bir dənə başçısının, Prezidentinin və o da Zati-aliləri cənab İlham Əliyevin olduğunu ya bilmir və ya da qəbul etmir. Şirkətin digər əməkdaşları da öz rəhbərləri kimi yalan danışmağa öyrəşmiş və bir neçə ay bundan öncə təsdiq etdikləri sənədlər və təmirə başlamaq üçün məqbul gördükləri mənzil sahiblərini belə daha sonralar İlham Qasımovun sözüylə ona yönəltmiş və nəticədə mənzil sahiblərindən əlavə vəsait qoparmaq naminə onlara minlərlə yalan danışılmışdır. O, mənzil sahiblərin içindən kiçik sayda insanları müxtəlif yollarla özünə doğru çəkmiş və onlara müxtəlif uydurma vədlər verərək biz sakinlərin sakitləşdirməyə çalışmışdır. Bir sözlə desək, bəzi mənzil sahiblərindən (xüsusi ilə də hal-hazırda binalarımızda yaşayan sakinlərdən) bəzilərini öz mənafeyi naminə istifadə etmiş və etməkdədir.

- Sakinlər və şirkət arasında imzalanan müqavilənin şərtləri ilə bizi qısaca məlumatlandıra bilərsinizmi?

- “Sahil-D Kompani” MMC ilə biz sakinlər arasında mənzillərin alışı ilə əlaqəli bağlanmış müqaviləyə nəzər salsaq görərik ki, bu şirkət müqavilədə əks edilən maddələrdə üzərinə götürmüş olduğu öhdəlikləri yerinə yetirməmişdir. Müqavilədə əks edilmişdir ki, bizim mənzillər bizlərə qüsursuz və Dövlət Tikinti komitəsi tərəfindən təsdiq olunmuş tikinti norma və qaydalarına, qəbul edilmiş standartlara uyğun yüksək keyfiyyətlə bizlərə təhvil verilməlidir, lakin bu heç bir binanın heç bir blokunda həyata keçirilməmişdir. Eyni zamanda, binaların karkası və bütün iç və çöl hörgü işləri tam yerinə yetirilməmiş, binaların daxili elektrik xətləri çəkilməsi şirkət tərəfindən edilməmiş və hər bir mənzil sahibi öz təmirinə başladıqda sıfırdan onun tərəfindən tam şəkildə məcbur olaraq edilməkdədir. Həmçinin, binaların fasadındakı plastik pəncərə və eyvan qapılarının özlərinin və onların şüşələrinin qoyulması tam şəkildə baş tutmamışdır və bu sahədə artıq edilmiş işlər də çox natamam və bərbad bir vəziyyətdə edilmişdir. Bundan əlavə, mənzillərin heç birisi şirkət tərəfindən müqavilədə götürülmüş öhdəlik qismində metal qapılar və qıfıllarla təmin edilməmişdir. Əksinə, bir çox sakinlərin şəxsən özləri tərəfindən qoyulmuş mənzil qapıları sındırılmış və ya eybəcər hala gətirilmişdir. Bu sındırma nəticəsində də mənzil qapıları bu hala düşmüş sakinlərə nəticə etibarı ilə guya ki, onların mənzillərinin ikinci sahibi varmış deyilmiş ki, qapının sındırılmasının da digər saxta və uydurulmuş sahib tərəfindən həyata keçirildiyi bildirilmişdir ki, əsl mənzil sahiblərindən onların problemlərinin həlli naminə külli miqdarda əlavə vəsait tələb edilsin. Hətta bəzən də yalandan insanların qarşısına saxta sənədlər qoyulmuş və onların halal mənzillərinin daha öncədən guya başqa bir müştəriyə satılmış olması bildirilmişdir ki, nəticədə də ya halal mənzil sahiblərini öz mənzillərindən uzaqlaşdırmaq və ya da onlardan bu məsələni yoluna qoyacaqlarını deyərək əlavə maddi vəsait tələb etməkdir.

- Bəs su, qaz və bu tip məsələlərin həllinə dair nəsə deyilibmi sakinlərə?

Müqavilədə əks edilmiş yuxarıdakı məsələlərdən başqa, su, kanalizasiya və isitmə sistemlərində uyğun stoykaların qoyulması və axıtmaya qarşı meylliyin yaradılması, arakəsmələrin hörülməsi şirkət tərəfindən təmin edilməmişdir. Bundan başqa, texniki və su anbarlarının tikilməsi, nasos stansiyalarının quraşdırılması, ərazinin tikinti tullantılarından təmizlənməsi və abadlıq işləri ilə bağlı məsələlər ancaq İlham Qasımovun özünə sərf etdiyi istiqamətdə aparılır. Yəni ki, binada su təchizatında problem yarananda belə 3 saylı binanın aşağısında İlham Qasımovun öz qohumu İlkin adlı şəxsə işlətməyə vermiş olduğu maşın yuma məntəqəsində daima su təminatı vardır ki, onun da ödənişi sakinlərdən alınır. 24 mərtəbəli 4 binanın yerləşdiyi bir yerdə zirzəmilərə xeyli miqdarda axan bu çirkli su mənbəyinin olması nə dərəcədə doğrudur?! Buna görə də biz sakinlər bu maşın yuma məntəqəsinin də bınalarımızın altından yığışdırılmasını tələb edirik. Çünki bu çirkli su binalarımızın fundamentinin çökməsinə, yayda isə ağcaqanad və digər zərərverici həşərat və heyvanların yaranmasına səbəb olacaqdır.

- Binanın hündürmərtəbəli olmasını nəzərə alaraq qaçınılmazdır ki, binalarda bir neçə lift olsun. Bu şərt yerinə yetirilib mi?

- Müqavilədə öhdəlik kimi götürülmüş, amma yerinə yetirilməmiş 2 ədəd sərnişin və 1 ədəd yük liftinin alınması və quraşdırılması şirkət tərəfindən həyata keçirilməmiş və sakinlərin öz vəsaiti hesabına 1 sərnişin lifti, hansı ki vəsait az olmuş olduğuna görə çox bərbad vəziyyətdədir, təmin edilmiş və yük liftinin isə bir neçə hissəsi satın alınmışdır. Nəzərə alsaq ki, son zamanlar ölkəmizdə yeni tikilmış binalarda liftdə qəza hallarının sayı çox artmışdır, bu qətiyyən yol verilməz haldır ki, biz və övladlarımız da belə təhlükə ilə üzləşək. Şirkət yük liftini quraşdırmaqda və istifadəyə verməkdə niyyətli deyildir, çünki binanın fasadı üzərindən quraşdırılmış sınıq-salxaq qaldırıcı qurğu (hansı ki, istənilən halda blok qarşısından keçən insanların başına düşə bilər və böyük təhlükə mənbəyidir) qeyri-qanuni ödəniş tələb edilməklə hərəkətə gətirilməkdə və halal mənzil sahiblərinə öz təmir materiallarını və ev əşyalarını yuxarı qaldırmaqda icarəyə verilməkdədir. Buradan əldə edilmiş vəsait isə qətiyyən binaya, onun təmirinin davam etdirilməsinə və ya şirkətin dövlətə olan vergi borcunun ödənilməsinə deyil, əksinə İlham Qasımovun bacısı oğlu Kənan və digər qohumlarının cibinə axmaqdadır. Eyni zamanda, binada hal-hazırda yaşayan sakinlər axşamlar binaların idarəedilməsi həyata keçirilən ofisdə əxlaqsızlıq yuvasının qurulduğunun da şahidi olurlar ki, bu da İlham Qasımovun qohumları tərəfindən edilməkdədir. Şirkətin/satıcının müqaviləyə əsasən öz üzərinə götürmüş olduğu bu və ya digər öhdəliklər müqavilə imzalandığı müddətdən (əksər satış müqavilələri 2011-2012-ci ildə imzalanıb) 24 ay ərzində tamamlayıb alıcıya təhvil verməli idi, amma bu vaxtdan ortalama hesabla 2 il civarında keçmiş olmasına baxmayaraq şirkət öz öhdəliyini yerinə yetirməmişdir.

- Başqa hansı məsələlər şirkət və onun rəhbərliyi tərəfindən mənzil sahiblərinə problem kimi yaradılıb?

Biz sakinlər, yani ki “Sahil-D Kompani” MMC tərəfindən bizlərə satılmış mənzillərin sahibləri isə müqavilədə göstərilmiş öhdəliklərimizi tam şəkildə yerinə yetirmiş və mənzilimizin hər kvadrat metrinə görə ödənişimizi tam şəkildə etmişik. Bununla bağlı da “Sahil-D Kompani” MMC bizlərə maliyyə arayışı təqdim etmişdir ki, orada göstərildiyi kimi ödənişimiz tam şəkildə həyata keçirilmişdir və bizlərin şirkətə heç bir borcumuz yoxdur. Amma buna baxmayaraq, İlham Qasımov sakinləri təmir müqaviləsini almaq adıyla öz ofisinə cəlb etdikdən sonra onlara müxtəlif uydurucu versiyalar irəli sürmüş və sürməkdədir ki, sakinlər guya ödənişi tam etməmişlər və müxtəlif insanlardan bu adla külli miqdarda əlavə vəsait tələb etməkdədir. Baxmayaraq ki, müqavilədə də bir maddə keçir ki, “müqavilə bağlandığı andan müqavilədə göstərilən qiymət dəyişmir”, yenə də bu şəxs mənzil sahiblərinin sonradan onun şirkətinə əlavə vəsait ödəməli olduğunu uydurmuş və bununla da vətəndaşları incitməkdədir. Eyni zamanda, ödənişlərlə bağlı daha bir mühüm məsələni də nəzərə almaq lazımdır ki, “Sahil-D Kompani” MMC Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin 3-cü bəndinə də riayət etmir ki, bu da alıcılar/mənzil sahibləri mənzilləri almaq məqsədi ilə şirkətə gəldikdə onlardan bütün ödənişləri ABŞ dolları ilə tələb etməsidir, hansı ki müqavilədə isə tam əksinə AZN ekvivalenti əks edilmişdir. Yəni ki, 2012-ci ildə əldə edilmiş bir mənzil üçün sakin əgər əslində 80 min AZN ekvivalentli ABŞ dolları ilə (yani ki o zaman təqribən 102 min ABŞ dolları) ödəniş etmişdisə, indi şirkət rəhbərliyi ona qarşı başqa dələduzluqları etdikdən və sakini narazı hala gətirdikdən sonra ona bügünkü AZN-ABŞ dolları məzənnəsiylə 50 min AZN ilə geri ödəniş təklif edir ki, bu da İlham Qasımovun növbəti maxinasiyasıdır. Qeyd edək ki, mənzillərin bir çoxunun əldə edildiyi dövrdə AZN-ABŞ dolları məzənnəsi ortalama 0,78 olmuşdur, yəni 1 ABŞ dolları bərabərdir 0,78 AZN. Amma hal-hazırda isə 1 ABŞ dolları bərabərdir 1,55 AZN-ə. Təbii ki, bu kimi qeyri-qanuni hərəkətlərin sayının çoxalması və belə dələduzların sayının artması da nəticə etibarı ilə ölkəmizdə ötən il ərzində 2 dəfə şahidi olmuş olduğumuz milli valyutamızın devalvasiyasına gətirib çıxarır və nəticədə vətəndaşlarımızın dövlətimizin bir atributu olan milli valyutamıza etimadının azalmasına səbəb olur ki, bu da digər fəsadlar törədir. Buna görə də bu əməllərin içində üzən “Sahil-D Kompani” MMC və onun təsisçisi İlham Qasımov ölkəmizin və insanlarımızın mənafeyinə yox, əksinə olaraq düşməni rolunda çıxış edir.

Sizcə bu məsələnin həlli kimin ohdəsinə buraxılmalıdır?

Düşünürük ki, bizim məsələyə ölkə başçısı Zati-Aliləri cənab Prezident İlham Əliyev özü nəzər salmalıdır. Çünki əks halda belə dələduz insanların müxtəlif yollarla biz mənzil sahiblərini incitməsi davam edəcəkdir. Nəticə etibarı ilə də, belə neqativ amillər vətəndaşlarımızın narazılığının artmasına gətirib çıxaracaqdır. Bizim binalar kimi şəhərimizin strateji bir yerində yerləşən və bu vəziyyətdə olan ikinci bir nümunə yoxdur, Eyni zamanda binalarımızın ulu öndərin adını daşıyan prospekt kənarında, Heydər Əliyev Mərkəzinin əks tərəfində, həmçinin əks tərəfdən baxdıqda Ali Məhkəmənin arxa fonunda yer alması bu binalara diqqətin artırılması və onların bugünədək bu halda saxlanılmasında günahkar olan şəxslərin cəzalandırılması uçub bir əsasdır. Vətəndaşlarımıza dəymiş maddi və mənəvi zərərin şirkət rəhbərliyi tərəfindən ödənməsi ancaq ölkə başçısının ali gücü sayəsində mümkündür. Belə dələduzların etdiyi əməllər ölkə başçısının apardığı siyasətə tam ziddir. Ölkə Prezidentinin korrupsiya, rüşvətxorluq, dələduzluq və s. bu kimi addımlar atan şəxslərlə mübarizə apardığı bir vaxtda belə dələduzların insanlarımızı aldatması ölkə başçısına qarşı olması deməkdir.

Səbinə Əlizadə
Fotolar müəllifindir.



Bölməyə aid digər xəbərlər

05 Yan 2022 Müdafiə Nazirliyinin qəribə tender işi - Faktlar

11 Noy 2021 Uşaq bağçalarında korrupsiya piramidası - Eldar Yunusov baş dirijor rolunda....

15 Sent 2020 “Kapital Bank” vəfat edən qazinin ailəsini kredit borcuna görə incidir – ŞİKAYƏT

01 Avq 2020 “Sarı qızdırma” üçün dərman yaradıldı

06 İyun 2020 İcra başçısı hara baxır? - Ağsuda kimssiz qadının köməyə ehtiyacı var

07 Fev 2020 Xəyalə Əhmədovanın təbliğatına mane olmağa çalışdılar - Video

05 Fev 2020 Parlament seçkiləri ilə əlaqədar sosial sorğunun qalibi bəlli oldu - Bərdə rayonu

09 Okt 2018 Şəhid hərbi qulluqçuların ailə üzvlərinə birdəfəlik ödəmələrin verilməsi üçün müraciət qaydaları açıqlanıb

21 May 2018 Eyni sinifdə oxuyurlar: biri 700, 7 nəfər isə 600-dən çox bal topladı

19 May 2018 DSMF-nin 5 rayon şöbəsinin müdiri vəzifəsinə müvəqqəti təyinatlar olub (SİYAHI)

28 Apr 2018 Kürdəmirdə şəhid Aqil Alışovun xatirə tədbiri keçirilib -FOTOLAR

05 Fev 2018 Bu şəhərlərdə də I sinfə qəbul elektron formada aparılacaq

25 Okt 2017 Gələn il Milli Məclisə 24 milyon manat ayrılacaq

07 Okt 2017 "Hakimiyyət ya islahatlara getməli, ya da getməlidir!" - Elxan Mehdiyev

14 Avq 2017 Neft sektorundan aslılığın yaratdığı problemlər

24 May 2017 Tərtərə palçıqlı yağış yağdı

03 Noy 2016 İlham Əliyevdən Qəlyana, elektron siqaretə, alışqana -QADAĞA

01 Noy 2016 Yeni doğulan uşağa 90, buzova isə 100 manat verilir...

25 Okt 2016 Müəllimlərin maaşı artacaq - 26 rayonda

24 Okt 2016 Deputat: "Sənədsiz evlərin problemi həll olunur"

19 Okt 2016 Xərçəngə yol açan bu içkilərdən uzaq durun

18 Okt 2016 Qazax rayon sakinləri işıq üzünə həsrət qalıblar

18 Okt 2016 Lerikə də qar yağdı

17 Okt 2016 Yağış Bakıda nəqliyyatın hərəkətini iflic etdi

15 Okt 2016 İmişlidəki dəhşətli qətlin təfərrüatı: 17 yaşlı sevgilisini öldürüb rahatca yatdı

12 Okt 2016 Ağsu məsçidlərində Aşura- bütün şəhidlər yad edildi

12 Okt 2016 İcbari tibbi sığortanın tətbiqinə əngəl olan amillər...

11 Okt 2016 Xaçmaz polisi dünyasını dəyişmiş musavatçının dəfninə müdaxilə edib

10 Okt 2016 Masazırda ər yenicə ana olan arvadını öldürdü, sonra özünü vurdu

10 Okt 2016 "Akkord"un tikdiyi keyfiyyətsiz binalar aksiyaya səbəb oldu

Xəbər lenti