|
"Twitter" mikrobloqlar xidmətinin rəhbərliyi mesajlarda 140 simvol məhdudiyyətinin aradan qaldırılacağı ilə bağlı xəbəri təsdiq edib.
“Qafqazinfo” ictnews.az-a istinadən xəbər verir ki, "yaxın aylar ərzində insanlar sözügedən xidmətdə mesajlarda 140-dan çox simvol yazmaq imkanı əldə edəcək. Bizim məqsədimiz ondan ibarətdir ki, 140 simvol məhdudiyyətinin aradan qaldırılması ilə tərtibatçı və partnyorlara öz məhsullarını lazımi qaydada hazırlamaq imkanı yaratmaqdır" – şirkətin nümayəndəsi deyib.
Həmçinin rəhbərlik xatırladıb ki, indi istifadəçilər "Retweet" düyməsinin köməyi ilə zərurət olduqda öz mesajlarını dərc edə bilərlər.