Azərbaycanda Ərzaq məhsullarının tədarükü və təchizatı Açıq Səhmdar Cəmiyyətinin yaradılması nəticəsində dövlət öz ərzaq ehtiyaclarını tam ödəyə biləcək.

Bunu Report-a Kənd Təsərrüfatı Nazirliyinin statistik təhlil şöbəsinin müdiri Firdovsi Fikrətov bildirib.


“Məlum olduğu kimi, dövlət büdcəsi hesabına ərzaq və kənd təsərrüfatı məhsullarını alan müxtəlif dövlət təşkilatları (hüquq mühafizə orqanları, ordu, penitensiar sistem, sosial yönlü müəssisələr) var. Bu dövlət təşkilatlarının ərzaq və kənd təsərrüfatı məhsulları ilə təmin edilməsi üçün dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılır. Qurumun mərkəzləşdirilmiş qaydada yaradılması iki fundamental məsələnin həllinə səbəb olacaq. Birinci növbədə bu vəsaitlər mərkəzləşdirilmiş şəkildə birbaşa kənd yerlərində fəaliyyət göstərən yerli sahibkarlara yönəldiləcək. Bunun nəticəsində artıq bizim öz fermerlər təbəqəmiz formalaşacaq. Onlar dövlət büdcəsindən ayrılan vəsait hesabına sifariş əsasında zəmanətli şəkildə istehsallarını quracaqlar. Qurumun ən böyük üstünlüyü bu olacaq. Əvvəllər büdcədən ayrılan vəsait hesabına bu işləri ayrı-ayrı təşkilatlar həyata keçirirdi”, - F.Fikrətov bildirib.

Qeyd edək ki, bu ilin aprelin 11-də Prezident İlham Əliyev Ərzaq məhsullarının tədarükü və təchizatı Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında sərəncam imzalayıb.

Firdovsi Fikrətov deyib ki, dövlətin dəstəyi ilə ASC-nin yaradılması birbaşa kəndlərdə fermerlərin vəziyyətinin yaxşılaşdırılması, gəlirlərinin artırılması, onların məhsullarının satış imkanlarının genişləndirilməsinə şərait yaradacaq:

"Bu səbəbdən də bu sistemdən daha çox yerli fermerlər bəhrələnəcək. Bütün bu fəaliyyətlər çox şəffaf bir formada həyata keçiriləcək. Çünki həm satınalanlar, həm də məhsulunu təklif edənlər öz məlumatlarını “Elektron məlumat bazası”na yerləşdirəcəklər”.

Onun dediklərinə əsasən, qurumun satınalma vərdişləri sistemi formalaşdırıldıqdan sonra gələcəkdə bazara çıxış etmək imkanı yarana bilər:

“ASC-nin satınalma vərdişləri sistemini formalaşdırıldıqdan sonra artıq gələcəkdə fermerlərin məhsulları üçün qiymət şərtləri əlverişsiz olanda, yaxud ehtiyac yarandığı halda tədarük intervesiyası ilə bazara çıxış etmək imkanları yarana bilər. Bu sistem sayəsində həm kənd təsərrüfatı məhsulları itkiyə getməyəcək, həm də bazarda qiymətlərin tənzimlənməsinə şərait yaranacaq. Təbii ki, bu proseslər gələcək planlar üçün nəzərdə tutulan işlərdir”.

Şöbə müdirinin sözlərinə görə, ilkin mərhələ olaraq Kənd Təsərrüfatı Nazirliyinin nəzdində ASC-nin hüquqi təşkilati məsələlərini həll edən İşçi Qrupu yaradılıb:

“Hazırda İşçi Qrupu ASC-nin bir qurum kimi formaşalması üçün fəaliyyət prosedurunun yaradılması ilə məşğuldurlar. Sərəncam əsasında ikinci İşçi Qrupu Rabitə və Yüksək Texnologiyalar Nazirliyininin əməkdaşları ilə birgə yaradılıb. Məlum olduğu kimi, Kənd Təsərrüfatı Nazirliyi ASC-nin fəaliyyəti üzrə bütün proseslər “Elektron məlumat bazası” üzərindən idarə edilməlidir. Hazırda həmin İşçi Qrupu “Elektron məlumat bazası”nın yaradılması işlərinin həayata keçirilməsi ilə məşğuldur. Bazanın yaradılması Azərbaycanda tətbiq olunan ilk alətdir. Burada dövlətin başlıca məqsədi yeni qurumun fəaliyyətindən yerli sahibkarların, fermerlərin məlumatlandırılması, onlar üçün yaradılan şəraitdən bəhrələnmələrini təşkil etməkdir”.

Eyni zamanda F.Fikrətov ASC-nin fəaliyyəti haqqında ictimai məlumatlılığın artırılması ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşlarından ibarət üçüncü İşçi Qrupunun da yaradıldığını vurğulayıb:

“ASC-nin yaradılması Azərbaycanda tətbiq edilən yeni bir alət olduğu üçün hazırda bu İşçi Qrupu yerli sahibkarların, fermerlərin qurumun təqdim edəcəyi xidmətlərlə bağlı məlumatlılığının artırılması istiqamətində tədbirlər görür. KİV-in dəstəyi ilə İşçi Qrupu ASC-nin fəaliyyəti haqqında ictimaiyyəti məlumatlandırma işləri ilə məşğul olur”.

 

Bölməyə aid digər xəbərlər

05 Yan 2022 Müdafiə Nazirliyinin qəribə tender işi - Faktlar

11 Noy 2021 Uşaq bağçalarında korrupsiya piramidası - Eldar Yunusov baş dirijor rolunda....

15 Sent 2020 “Kapital Bank” vəfat edən qazinin ailəsini kredit borcuna görə incidir – ŞİKAYƏT

01 Avq 2020 “Sarı qızdırma” üçün dərman yaradıldı

06 İyun 2020 İcra başçısı hara baxır? - Ağsuda kimssiz qadının köməyə ehtiyacı var

07 Fev 2020 Xəyalə Əhmədovanın təbliğatına mane olmağa çalışdılar - Video

05 Fev 2020 Parlament seçkiləri ilə əlaqədar sosial sorğunun qalibi bəlli oldu - Bərdə rayonu

09 Okt 2018 Şəhid hərbi qulluqçuların ailə üzvlərinə birdəfəlik ödəmələrin verilməsi üçün müraciət qaydaları açıqlanıb

21 May 2018 Eyni sinifdə oxuyurlar: biri 700, 7 nəfər isə 600-dən çox bal topladı

19 May 2018 DSMF-nin 5 rayon şöbəsinin müdiri vəzifəsinə müvəqqəti təyinatlar olub (SİYAHI)

28 Apr 2018 Kürdəmirdə şəhid Aqil Alışovun xatirə tədbiri keçirilib -FOTOLAR

05 Fev 2018 Bu şəhərlərdə də I sinfə qəbul elektron formada aparılacaq

25 Okt 2017 Gələn il Milli Məclisə 24 milyon manat ayrılacaq

07 Okt 2017 "Hakimiyyət ya islahatlara getməli, ya da getməlidir!" - Elxan Mehdiyev

14 Avq 2017 Neft sektorundan aslılığın yaratdığı problemlər

24 May 2017 Tərtərə palçıqlı yağış yağdı

03 Noy 2016 İlham Əliyevdən Qəlyana, elektron siqaretə, alışqana -QADAĞA

01 Noy 2016 Yeni doğulan uşağa 90, buzova isə 100 manat verilir...

25 Okt 2016 Müəllimlərin maaşı artacaq - 26 rayonda

24 Okt 2016 Deputat: "Sənədsiz evlərin problemi həll olunur"

19 Okt 2016 Xərçəngə yol açan bu içkilərdən uzaq durun

18 Okt 2016 Qazax rayon sakinləri işıq üzünə həsrət qalıblar

18 Okt 2016 Lerikə də qar yağdı

17 Okt 2016 Yağış Bakıda nəqliyyatın hərəkətini iflic etdi

15 Okt 2016 İmişlidəki dəhşətli qətlin təfərrüatı: 17 yaşlı sevgilisini öldürüb rahatca yatdı

12 Okt 2016 Ağsu məsçidlərində Aşura- bütün şəhidlər yad edildi

12 Okt 2016 İcbari tibbi sığortanın tətbiqinə əngəl olan amillər...

11 Okt 2016 Xaçmaz polisi dünyasını dəyişmiş musavatçının dəfninə müdaxilə edib

10 Okt 2016 Masazırda ər yenicə ana olan arvadını öldürdü, sonra özünü vurdu

10 Okt 2016 "Akkord"un tikdiyi keyfiyyətsiz binalar aksiyaya səbəb oldu

Xəbər lenti