Turizm sivlizasiyasıyanın inkişaf göstəricisi olmaqla, cəmiyyətin sağlamlığına, onun mədəni səviyyəsinin və dünyagörüşünün yüksəlməsinə xidmət edir.

“Uşaq və Yeniyetmələrə Dəstək” İctimai Birliyi olaraq məktəbli və abituriyentlərin aktual məsələsi olan peşə və ixtisas seçiminə dəstək göstərməyi özümüzə borc bildik.

Hər kəs peşə və ixtisas seçimi edərkən təhsilini bitirdikdən sonra həmin sahə üzrə işlə təmin olunma məqamlarına diqqət edir. Burada seçilən sahənin inkişafının prioritetliyi və sahə üzrə kadr potensialına ehtiyac əsas məqamlardan biridir.  Bu vacib məqamlara diqqət edərək apardığımız araşdırmalar nəticəsində onlar üçün ölkənin prioritet və kadr tələbatı duyulan sektorlardan olan turizm haqqında dolğun məlumat toplamağa çalışdıq. Belə ki, turizm dünyada perspektivinə görə qeyri-neft sektorunda aparıcı mövqedə dayanan və dünya miqyasında sürətlə inkişaf edən biznes sahəsidir. Dünya Turizm Təşkilatı (DTT) cari ilin təkcə may –avqust aylarında xarici ölkələrinə 460 milyondan çox turist gedəcəyini nəzərə alaraq 2014-cü il tursitlərin sayı 4-4,5 faiz artaraq 2010-2020-ci illərə dair verilən uzunmüddətli proqnozdan 0,2-0,7 faiz çox olduğunu qeyd edir. Turizm dünyanın bir sıra ölkələrində iqtisadiyyatın inkişafını müəyyənləşdirən sahə olaraq inkişaf edir, büdcənin formalaşmasında müstəsna rol oynayır, bu da əhalinin məşğulluğunu təmin etməklə yanaşı ölkələrarası münasibətlərin genişlənməsinə gətirib çıxarır. Dünya ölkələri üzrə ümumi milli məhsulun 10 faizi, ixracın isə 8 faizi beynəlxalq turizmin payına düşür. Dünyada əməkqabiliyyətli əhalinin 8,1 faizi turizm sektorunda və onunla bağlı iqtisadiyyat sahələrində məşğuldur.

Müstəqilliyini 23 ildir əldə etdiyinə baxmayaraq dünya miqyasında özünü müasir, güclü ölkə kimi, eyni zamanda çox etibarlı tərəfdaş və etibarlı dost kimi tanıdan, son illər iqtisadi inkişaf templərinə görə dünyada ön sırada olan Azərbaycanda qeyri-neft sektorunun inkişafına xüsusi diqqət göstərilir. Prezident İlham Əliyev bir neçə mühüm sahə ilə yanaşı, Azərbaycanda turizmin inkişafını da qeyri-neft sektorunun əsas sahələrindən biri elan etmişdir.

Turizm sivlizasiyasıyanın inkişaf göstəricisi olmaqla, cəmiyyətin sağlamlığına, onun mədəni səviyyəsinin və dünyagörüşünün yüksəlməsinə xidmət edir. Məhz bu səbəbdən dünyanın əksər ölkələrində turizm sahəsi dövlət tərəfindən dəstəklənir. Bununla bərabər gündən-günə sürətlə inkişaf edən turizm sənayesi yüksək ixtisaslı kadrların və ciddi peşə hazırlığının olmasını tələb edir. Ölkəmizdə də iqtisadiyyatımızın neft amilindən asılılığının azaldılmasına xidmət edən qeyri-neft sektorunun inkişafı turizm sahəsinin tərəqqisi ilə də müşayiət olunur. Ümumdünya Turizm Təşkilatının hesablamalarına görə, Azərbaycana gələn hər turist orta hesabla 600-700 dollar xərclədiyini nəzəra alsaq turist axınından ölkəyə böyük gəlir gətirdiyini görmək mümkündür.Sovet dövründə  Azərbaycanda turizmin olmadığını nəzərə alsaq turizmin inkişafına dair iki dövlət proqramının təsdiq olunması, 2011-ci ilin ölkəmizdə “Turizm ili” elan edilməsi müasir dövlət siyasətinin turizmə verdiyi böyük töhfəsi kimi qeyd etməliyik. Bundan əlavə  mütəmadi olaraq dünyanın CNN, National Geographic, NBC, Discovery və digər bu kimi aparıcı televiziya efirindən tamaşaçıları Azərbaycanı ziyarət etməyə dəvət edən video-roliklərlə ölkəmizin turizm potensialının xaricdə təbliği, müxtəlif ölkələrdən olan media-struktur nümayəndələri üçün Azərbaycan üzrə məlumatlandırma turlarının təşkilini də milli turizmimizin inkişafı üçün atılan addım kimi göstərmək olar. 2001-ci ildən ölkəmiz dünyanın 20 ölkəsində keçirilən müxtəlif turizm sərgilərində iştirak edir ki, buradakı stendlərdə də Azərbaycan barədə müxtəlif dillərdə 25 növdən çox məlumatlandırma bukletləri yayılır.

Britaniyanın Euromonitor International strateji bazar araşdırmaları şirkətinin analitikləri son illərdə paytaxt Bakıya turist axının artdığını bildirir. Bakı dünyanın ən çox ziyarət edilən 100  şəhərləri sırasında 96-cı olaraq Vaşinqton, Melburn, Rio-de-Janeyro, Frankfurt və San-Paulo ilə qonşuluqda qərarlaşıb. Paytaxda iri miqyaslı turizm layihələrinin nəticəsində bu gün Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Paytaxt ilə yanaşı, indi bu prosesə regionlar da cəlb olunmuşdur. Turizm inkişaf etməklə bərabər regionların da siması dəyişir. Bölgələrdə yeni aeroportlar, beynəlxalq hava limanları tikilmişdir. Yeni magistral avtomobil yolları tikilir, dəmir yolları müasirləşdirilir. Son bir neçə ildə dünyanın ən məşhur otel brendləri Azərbaycana gəlmiş, ölkədə çoxsaylı beşulduzlu otellər istifadəyə verilmişdir. Təməli 2009-cu ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə qoyulmuş və Azərbaycan tarixində ilk dağ-xizək kurortu olan həm Qusar rayonundakı avropada ən iri  “Şahdağ” Qış-Yay Turizm İstirahət Kompleksi, həm də Qəbələdəki “Tufan” Dağ-Xizək Qış-Yay İstirahət kompleksi  Azərbaycanın turizmin inkişafı sahəsində əldə olunan uğurların miqyasını göstərir. Dünya Turizm Təşkilatının Baş direktoru Taleb Rifai Azərbaycana üç dəfə səfər edib,  hər gəlişi zamanı ölkəmizdə çox böyük inkişaf proseslərinin şahidi olduğunu xüsusi məmnunnuqla qeyd edir. Dünya Turizm Təşkilatının prezident və ölkə başçılarının nitqindən götürülmüş sitatların dərc etdiyi qızıl kitabda  Azərbaycanın “Qızıl Kitab” hərəkatına ilk qoşulan 26 ölkədən biri olduğu bildirilir, ölkəmizdə turizmin inkişaf etdirilməsi ilə bağlı bütün şəraitin mövcud olduğu qeyd edilir, Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət xüsusi vurğulanır.

Dünyada Azərbaycan kimi neft və qaz hesabına varlanan ölkələrin daha sonra maliyyə və turizm mərkəzləri kimi inkişaf etdiyi məlumdur. Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycan həm gözəlliyi, həm tarixi siması, həm də müasirliyi ilə fərqlənir. Azərbaycanın 7000-dək mühafizə olunan yerli, ölkə və dünya əhəmiyyətli tarixi abidə, mədəniyyət və cəlbedici təbiəti var. 11 iqlim qurşağından 8-i Azərbaycandadır, demək ki, ölkədə turizmi inkişaf etdirmək olar. Ümumi səylər nəticəsində bu sektor ölkə iqtisadiyyatında aparıcı sahələrdən birinə çevrilə bilər. Avropa və dünya çempionatları, “Eurovision-2012” kimi müsabiqə və turnirlər bizə ölkəmizi qonaqlara, turistlərə və dünya ictimaiyyətinə hərtərəfli şəkildə təqdim etməyə imkan yaradır.

Ölkədə turizm sektorundakı kadr ehtiyacını, eyni zamanda bu sektoru aparıcı sahəyə çevirmək üçün 2006-cı ildən  Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində yaradılmış ilk ikili diplom ilə təltif edən Azərbaycan Turizm İnstitutu fəaliyyət göstərir. İnstitutda hazırda  yeddi kafedra – “Turizm biznesinin təşkili və texnologiyası”, “Turizmdə menecment və marketinq”, “Turizmdə informasiya texnologiyaları”, “İctimai fənlər”, “Turizmin linqvistik təminatı”, “İqtisadiyyat” və “İngils dili”, kafedraları mövcuddur. ATİ-də 11 ixtisas üzrə təhsil tədris olunur. Yarandığı gündən tədrisin təşkilini Boloniya prosesi standartları əsasında quran ATİ TQDK-nın 2007-ci il üçün Azərbaycanın ali məktəblərinin reytinq sıralamasında respublika üzrə üçüncü yerə, 2008-ci ilin göstəricilərinə əsasən 7-ci yerə, 2009-cu ilin göstərivilərinə əsasən isə 5-ci yerə layiq görülmüşdür. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və ATİ ilə Avstriyanın Krems Tətbiqi Elmlər Universiteti arasında “Turizm təhsili sahəsində beynəlxalq əməkdaşlıq müqaviləsi” və Akademik Müqavilə şərtlərinə əsasən I kursun sonunda IELTS proqramı üzrə 6 baldan yuxarı nəticə göstərən tələbələr 4 illik bakalavr təhsili müddətinin sonunda həm ATİ-nin, həm də Krems Tətbiqi Elmlər Universitetinin diplomlarını əldə edəcəklər. İki diplom almış tələbələr IMC Universitetinin magistrantı olmaq şansı ilə bərabər dünyanın istənilən ölkəsində işlə təmin olunmaq imkanı əldə edirlər. Elmi və ictimai fəaliyyətində gənc olduğu qədər də aktiv olan ATİ istər ölkə, istərsə də beynəlxalq səviyyədə bir çox konfransların iştirakçısı və təşkilatçısı, Avropa İttifaqının “Erasmus Mundus Xarici Əməkdaşlıq Pəncərəsi” proqramının qalibi olmuşdur. Proqram çərcivəsində ATİ Yunanıstan, Fransa, Latviya, Bolqarıstan, İtaliya, Portuqaliya və Niderlandın on altı ali təhsil müəssisəsi ilə mübadilə proqramı həyata keçirir. ATİ tələbələrə təhsil aldıqları dövrdə qazandıqları nəzəri bilik və bacarıqları praktikada tətbiq etmək  üçün xarici ölkələrin ali təhsil müəssisələri, səfirliklər və beynəlxalq təşkilatlarla, həmçinin turizm sektorunda fəaliyyət göstərən dövlət və  qeyri-dövlət təşkilatları ilə əməkdaşlıq çərçivəsində Azərbaycan Respublikası hüdudlarından kənarda təcrübə imkanı yaradır.  ERASMUS MUNDUS proqramı çərçivəsində 5 tələbə müxtəlif xarici ölkələrdə təhsilini davam etdirir. Bundan əlavə ATİ-nin nəzdində yaradılan Bakı Turizm Peşə məktəbinə  9-cu və 11 – ci sinifləri bitirmiş, yaşından asılı olmayan şəxslər qəbul edilir. Azərbaycan və rus dillərində keçirilən təhsil müddəti bir il olan  Turizm agenti , Mehmanxanada qeydiyyatçı, Bələdçi (turizm növü üzrə), Milli park bələdçisi, Dağ – xizək turizm növü üzrə bələdçi, Kompyuter operatoru, Aşpaz , Qənnadçı, şirniyyatçı, Barmen – ofisiant, Mühasib , Xəzinədar (Bank işi), Bərbər  ixtisasları üzrə kadrlar hazırlanır. Həmçinin Qəbələdə yerləşən Azərbaycan Respublikası Təhsil Nazirliyi  sistemində, Respublikada    fəaliyyət     göstərən Turizm və Otelçilik üzrə ilk Peşə Tədris Mərkəzində 14 yaşından yuxarı hər kəsə güzəştli şərtlərlə təhsil almaq imkanı yaradır.Turizm və otelçilik üzrə peşə ixtisaslı kadrların hazırlanması və regionda bu sahənin inkişafına yardım etmək məqsədilə  Qəbələ    Turizm   və   Otelçilik    üzrə  Peşə   Tədris   Mərkəzi müxtəlif kurslar və Barmen-bufetçi, ofisiant, aşpaz, qənnadçı, otel nəzarətçisi, ekskursavod, qid-bələdçi, turist səfərlərinin təşkili üzrə sifarişlərin qəbulu agenti, otel xidməti, kastelyanşa, qapıçı,                                                                       otel administratoru, mühasib, fərdi kompyuter operatoru ixtisaslarını tədris edir.

Bütün bunları nəzərə alaraq qeyd etmək olar ki, ölkəmizdə turzim sahəsində köklü islahatlar gedir. Hal hazırda bütün Avropa 2015-ci ildə keçiriləcək ilk Avropa Yay Oyunlarına cəlb edilir, oyunlara həvəsləndirilir, yayım şirkətləri və KİV üçün xüsusi təqdimat keçirilir. Turizm sahəsinin əsas göstəriclərindən biri kimi də  yüksək tolerantlıq və qonaqpərvərlik mədəniyyətini qeyd etsək yanılmarıq. Çünki turizm elə bir sahədir ki, onu cəlbedici etmək üçün həm yüksək səviyyəli infrastruktur , həm də xidmət göstərən adamlarda xüsusi turizm mədəniyyəti tələb edir. Turizm sektorunun prioritet sahə olduğunu və bu sektorun inkişafının bütün sahələrə təsir göstərdiyini nəzərə alsaq, hər bir kəs turizm sektorunun inkişafında maraqlı olmalıdır. Eyni zamanda biz buna bir vətəndaş kimi diqqət etməliyik, çünki, ölkəmizə gələn turistlərə yüksək mədəniyyət, tolerant və qonaqpərvər münasibət onlarda ölkəmiz, mədəniyyət və tariximiz haqqında yüksək fikir formalaşdırmaqla Azərbaycanı təbliğ etmiş oluruq. Cəmiyyətdə turizm mədəniyyətini formalaşdırmaq təkcə mənim sənin deyil, hamımızın birgə səyi nəticə göstərə  bilər.Qarşıda gələn Bakı 2015 Avropa oyunlarını zamanı ölkəmizə təşrif buyuran turistlərə yüksək xidmət və mədəniyyət nümayiş etdirməklə turizmin inkişafına çox böyük təkan vermiş olarıq. Media və kütləvi informasiya vasitələrinin nümayəndələri ölkənin turizm potensialının təbliği, daxili turizm mədəniyyətinin populyarlaşdırılması səhənin inkişafına xidmət edə biləcək ekspert rəylərinin toplanması və ölkə ictimaiyyətinin maariflənməsinə kiçik bir dəstək vermiş olarsa gələcək nəslimiz olan uşaqların bu gəlirli və geniş sektordan faydalanmaları üçün Azərbaycan turizminə və eyni zamanda dövlətin inkişafına tövhə vermiş olar. Çünki,turizm mədəniyyətdir, turizm tarixdir, turizm təbliğatdır, turizm iqtisadiyyatdır.

Fərhad Abdulov

Bölməyə aid digər xəbərlər

05 Yan 2022 Müdafiə Nazirliyinin qəribə tender işi - Faktlar

11 Noy 2021 Uşaq bağçalarında korrupsiya piramidası - Eldar Yunusov baş dirijor rolunda....

15 Sent 2020 “Kapital Bank” vəfat edən qazinin ailəsini kredit borcuna görə incidir – ŞİKAYƏT

01 Avq 2020 “Sarı qızdırma” üçün dərman yaradıldı

06 İyun 2020 İcra başçısı hara baxır? - Ağsuda kimssiz qadının köməyə ehtiyacı var

07 Fev 2020 Xəyalə Əhmədovanın təbliğatına mane olmağa çalışdılar - Video

05 Fev 2020 Parlament seçkiləri ilə əlaqədar sosial sorğunun qalibi bəlli oldu - Bərdə rayonu

09 Okt 2018 Şəhid hərbi qulluqçuların ailə üzvlərinə birdəfəlik ödəmələrin verilməsi üçün müraciət qaydaları açıqlanıb

21 May 2018 Eyni sinifdə oxuyurlar: biri 700, 7 nəfər isə 600-dən çox bal topladı

19 May 2018 DSMF-nin 5 rayon şöbəsinin müdiri vəzifəsinə müvəqqəti təyinatlar olub (SİYAHI)

28 Apr 2018 Kürdəmirdə şəhid Aqil Alışovun xatirə tədbiri keçirilib -FOTOLAR

05 Fev 2018 Bu şəhərlərdə də I sinfə qəbul elektron formada aparılacaq

25 Okt 2017 Gələn il Milli Məclisə 24 milyon manat ayrılacaq

07 Okt 2017 "Hakimiyyət ya islahatlara getməli, ya da getməlidir!" - Elxan Mehdiyev

14 Avq 2017 Neft sektorundan aslılığın yaratdığı problemlər

24 May 2017 Tərtərə palçıqlı yağış yağdı

03 Noy 2016 İlham Əliyevdən Qəlyana, elektron siqaretə, alışqana -QADAĞA

01 Noy 2016 Yeni doğulan uşağa 90, buzova isə 100 manat verilir...

25 Okt 2016 Müəllimlərin maaşı artacaq - 26 rayonda

24 Okt 2016 Deputat: "Sənədsiz evlərin problemi həll olunur"

19 Okt 2016 Xərçəngə yol açan bu içkilərdən uzaq durun

18 Okt 2016 Qazax rayon sakinləri işıq üzünə həsrət qalıblar

18 Okt 2016 Lerikə də qar yağdı

17 Okt 2016 Yağış Bakıda nəqliyyatın hərəkətini iflic etdi

15 Okt 2016 İmişlidəki dəhşətli qətlin təfərrüatı: 17 yaşlı sevgilisini öldürüb rahatca yatdı

12 Okt 2016 Ağsu məsçidlərində Aşura- bütün şəhidlər yad edildi

12 Okt 2016 İcbari tibbi sığortanın tətbiqinə əngəl olan amillər...

11 Okt 2016 Xaçmaz polisi dünyasını dəyişmiş musavatçının dəfninə müdaxilə edib

10 Okt 2016 Masazırda ər yenicə ana olan arvadını öldürdü, sonra özünü vurdu

10 Okt 2016 "Akkord"un tikdiyi keyfiyyətsiz binalar aksiyaya səbəb oldu

Xəbər lenti