“Dələduzluq edərək məcburi köçkünlərə saxta ev sənədləri verən şəxslərin sayı artıb. Məcburi köçkünlər bu məsələdə çox diqqətli olmalıdırlar”. 

Teleqraf.az AzərTAc-a istinadən xəbər verir ki, bu sözləri Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov oktyabrın 24-də Mingəçevir şəhərində məcburi köçkünlər üçün salınan yeni məhəllədə tikinti işlərinin gedişi ilə tanışlıq zamanı jurnalistlərə müsahibəsində deyib. Əli Həsənov qeyd edib ki, komitə tərəfindən bir neçə ay əvvəl məcburi köçkünlər Bakıda, eləcə də digər şəhər və rayonlarda saxta ev sənədləri hazırlayan dələduzların olması barədə xəbərdar ediliblər. Onlara belə şəxslərdən özlərini qorumaları tövsiyə olunub. Bundan sonra Ağdam sakinləri aldanmaları ilə bağlı bizə müraciət etdilər. Mən bu məsələnin həllinə kömək göstərilməsi ilə bağlı daxili işlər naziri Ramil Usubov ilə danışdım və dərhal işin araşdırılmasına başlanıldı. Hazırda dələduzluq edərək məcburi köçkünlərin pulunu mənimsəyən həmin köçkün qadın saxlanılıb və istintaq davam edir.

Baş nazirin müavini Əli Həsənov bəzi məcburi köçkünlərin hələ də belə xoşagəlməz hadisələrdən nəticə çıxarmamalarını təəssüf hissi ilə qeyd edib. Bildirib ki, mən dəfələrlə məcburi köçkünlərə müraciət edərək dələduzluq yolu ilə mənzil əldə etməyin mümkünsüz olduğunu demişəm. Onları xəbərdar etmişəm ki, özünüzü belə hallardan qoruyun. Bu yaxınlarda Füzuli və Cəbrayıl rayonlarının sakinləri də başqa bir qadının onları aldatması ilə bağlı bizə müraciət etmişdilər. Əməkdaşlarımız bu müraciətləri rəsmiləşdirərək hüquq mühafizə orqanlarına göndərmək istəyəndə aldanan şəxslər tələsik ərizələrini geri götürdülər.

Əli Həsənovun sözlərinə görə, 3 gün əvvəl Qaradağ rayonunda daha bir nəfərin məcburi köçkünlərdən və yerli sakinlərdən külli miqdarda pul toplayaraq onlara saxta yolla hazırladığı mənzil orderləri, qapı açarları və müqavilələr verməsi faktı aşkarlanıb. Məlum olub ki, komitəyə aidiyyəti olmayan müxtəlif şəxslər saxta yollarla order və xüsusi yaşayış sahəsinin kirayə müqaviləsini hazırlayaraq bir qrup məcburi köçkünü mənzil verəcəyi ilə aldadaraq onlardan külli miqdarda vəsait alıb mənimsəyiblər. Həmin dələduzlar tərəfindən aldandıqlarını bilən məcburi köçkünlər pullarının geri qaytarılması və həmin cinayətkar qrupun cəzalandırılması xahişi ilə komitəyə müraciət ediblər.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri deyib: “Məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi prosesi şəffaf şəkildə həyata keçirilir. Bütün məcburi köçkünləri ciddi xəbərdar edirik ki, mənzillə təminatla bağlı belə dələduzluq hallarının iştirakçısı olan hər kəs cinayət məsuliyyətinə cəlb olunacaq. Biz məcburi köçkünlərdən xahiş edirik ki, belə hallarla rastlaşdıqda bu barədə dərhal məskunlaşdıqları ərazilərin polis orqanlarına məlumat versinlər”.

Bölməyə aid digər xəbərlər

05 Yan 2022 Müdafiə Nazirliyinin qəribə tender işi - Faktlar

11 Noy 2021 Uşaq bağçalarında korrupsiya piramidası - Eldar Yunusov baş dirijor rolunda....

15 Sent 2020 “Kapital Bank” vəfat edən qazinin ailəsini kredit borcuna görə incidir – ŞİKAYƏT

01 Avq 2020 “Sarı qızdırma” üçün dərman yaradıldı

06 İyun 2020 İcra başçısı hara baxır? - Ağsuda kimssiz qadının köməyə ehtiyacı var

07 Fev 2020 Xəyalə Əhmədovanın təbliğatına mane olmağa çalışdılar - Video

05 Fev 2020 Parlament seçkiləri ilə əlaqədar sosial sorğunun qalibi bəlli oldu - Bərdə rayonu

09 Okt 2018 Şəhid hərbi qulluqçuların ailə üzvlərinə birdəfəlik ödəmələrin verilməsi üçün müraciət qaydaları açıqlanıb

21 May 2018 Eyni sinifdə oxuyurlar: biri 700, 7 nəfər isə 600-dən çox bal topladı

19 May 2018 DSMF-nin 5 rayon şöbəsinin müdiri vəzifəsinə müvəqqəti təyinatlar olub (SİYAHI)

28 Apr 2018 Kürdəmirdə şəhid Aqil Alışovun xatirə tədbiri keçirilib -FOTOLAR

05 Fev 2018 Bu şəhərlərdə də I sinfə qəbul elektron formada aparılacaq

25 Okt 2017 Gələn il Milli Məclisə 24 milyon manat ayrılacaq

07 Okt 2017 "Hakimiyyət ya islahatlara getməli, ya da getməlidir!" - Elxan Mehdiyev

14 Avq 2017 Neft sektorundan aslılığın yaratdığı problemlər

24 May 2017 Tərtərə palçıqlı yağış yağdı

03 Noy 2016 İlham Əliyevdən Qəlyana, elektron siqaretə, alışqana -QADAĞA

01 Noy 2016 Yeni doğulan uşağa 90, buzova isə 100 manat verilir...

25 Okt 2016 Müəllimlərin maaşı artacaq - 26 rayonda

24 Okt 2016 Deputat: "Sənədsiz evlərin problemi həll olunur"

19 Okt 2016 Xərçəngə yol açan bu içkilərdən uzaq durun

18 Okt 2016 Qazax rayon sakinləri işıq üzünə həsrət qalıblar

18 Okt 2016 Lerikə də qar yağdı

17 Okt 2016 Yağış Bakıda nəqliyyatın hərəkətini iflic etdi

15 Okt 2016 İmişlidəki dəhşətli qətlin təfərrüatı: 17 yaşlı sevgilisini öldürüb rahatca yatdı

12 Okt 2016 Ağsu məsçidlərində Aşura- bütün şəhidlər yad edildi

12 Okt 2016 İcbari tibbi sığortanın tətbiqinə əngəl olan amillər...

11 Okt 2016 Xaçmaz polisi dünyasını dəyişmiş musavatçının dəfninə müdaxilə edib

10 Okt 2016 Masazırda ər yenicə ana olan arvadını öldürdü, sonra özünü vurdu

10 Okt 2016 "Akkord"un tikdiyi keyfiyyətsiz binalar aksiyaya səbəb oldu

Xəbər lenti