|
Masazır qəsəbə Poliklinikasının zirzəmisindən oğurluq etmiş şəxslər tutulub.
Teleqraf.az xəbər verir ki, Abşeron RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 21-nə keçən gecə Masazır qəsəbə Poliklinikasının zirzəmisindən Abşeron Rayon Bələdiyyəsinə məxsus 300 manat dəyərində 30 ədəd lampa gücləndiricilərini oğurlamış Sumqayıt şəhər sakini Məhəbbət Bayramov və Masazır qəsəbə sakini Rafiq Əhmədov tutulublar.