"ABŞ dövlət katibi Con Kerrinin liderlərin Dağlıq Qarabağ münaqişəsinin həllinə hazır olmadığı barədə bəyanatı bizi təəccübləndirir və məyus edir".

APA-nın xəbərinə görə, bunu Prezident Administrasiyasının rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

N. Məmmədov bildirib ki, münaqişənin tənzimlənməsində iştirak edən super ölkənin dövlət katibinin hakimiyyətdən getmə, seçki ərəfəsində belə bir bəyanat verməsi təəccüb doğurur:

"Bunun qəribə bir mənası var, sanki dünyaya bir mesajdır. Məhz Ermənistan münaqişənin tənzimlənməsi ilə bağlı danışıqlarda liderlərin münaqişənin həlinə hazır olmadığını iddia edir. Tutaq ki, tarixi Azərbaycan torpağı olan Dağlıq Qarabağla bağlı danışıqlarda fikir mübadiləsi aparılır. Azərbaycanın Dağlıq Qarabağ ərafında olan və 760 minə qədər insanın məcburi köçkün həyatı yaşamasına səbəb olan 7 rayonunun 25 ildən artıq işğal altında qalmasını nə ilə izah etmək olar? Əgər Ermənistan bu 7 rayonu azad edəcəksə, buna bir hazırlıq lazım deyilmi? Bunun üçün isə əsas missiya ABŞ da daxil olmaqla, ATƏT Minsk Qrupunun 3 üzvünə verilib. Ancaq hələ də bu sahədə çox böyük uğur görmək mümkün olmayıb".

Prezidenti Administrasiyası rəhbərinin müavini bildirib ki, Ermənistan işğalçı dövlətdir:

"Azərbaycan torpaqlarının azad edilməsi üçün ABŞ da BMT Təhlükəsizlik Şurasında 4 qətnamənin qəbuluna səs verib. Bununla bağlı bir çox beynəlxalq təşkilatlar da qətnamələr və qərarlar qəbul edilib. ATƏT-in Minsk Qrupuna üzv olan 3 dövlətin prezidentləri də "status-kvo"nun dəyişməli olduğunu bəyan edib. Bütün bunları əsas götürüb, heç olmasa, Azərbaycanın Dağlıq Qarabağın ətrafında rayonunun azad edilməsi haqqında bir cümlə deyə, bir mövqe bildirəydilər. Sonra deyəydilər ki, liderlər münaqişənin həllinə hazır deyillər. Ona görə də Azərbaycan Con Kerrinin bəyanatını qəbul etmir. İstərdik ki, ABŞ-ın hansısa dövlət qurumu ətraflı, hamının başa düşəcəyi tərzdə Con Kerrinin bəyanatına aydınlıq gətirsin".

Bir müddət öncə ABŞ-ın dövlət katibi Con Kerri Aspenİnstitutu və "Atlantic'' nəşrinin təşkil etdiyi ''2016 cı il Vaşinqton İdeyalar Forumu'' nda çıxış edərəkbeynəlxalq münasibətlər sistemində baş verənproseslər haqda fikirlər səsləndirib. İran, Suriya,Əfqanıstan, Ukrayna, Cənubi Çin dənizi və digər'' qaynar nöqtələr' 'ə dair ABŞ-ın münasibətini auditoriyaya çatdıran Kerri "dondurulmuşmünaqişə'' lərə də toxunub.

O, Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivləri ilə bağlı da mövqe bildirib. 
Verilən xəbərlərə görə, ABŞ dövlət katibi bildirib ki, liderlər bu münaqişənin həllinə hazır deyillər.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

Bölməyə aid digər xəbərlər

18 Sent 2020 Azərbaycanda referendum təklif olunur – Deputatlardan REAKSİYA

02 Sent 2020 “Ramiz Mehdiyev də dəyişiklik istəyir” – Qubad İbadoğlu

13 Avq 2020 Prezident Hulusi Akarı qəbul etdi - Fotolar

01 Avq 2020 Ağdamda İran minaatanları tapıldı: Tehran Ermənistana silah ötürüb? - (FOTO)

06 İyun 2020 Qonşu otaqda nə baş verdiyindən xəbərsiz “kəşfiyyatçı”

07 Mart 2020 Elşən Əlisoy Baş Prokurorluğa çağırıldı

19 May 2018 Milli Məclisin növbədənkənar iclası çağrıla bilər

10 Fev 2018 iranda bir neçə nəfər casusluqda ittiham olunaraq həbs edilib

05 Fev 2018 Milli Şura və AXCP prezident seçkisini boykot etdi –Mart ayına etiraz aksiyaları təyin olundu QƏRAR

05 Fev 2018 Türkiyə Suriyadan çıxmalıdır - İran

25 Okt 2017 "Ermənilərin türk parlamentinə seçilməsi razılaşdırılmış məsələyə bənzəyir" -XƏZƏR TEYYUBLU

18 Okt 2017 Lavrovun Bakıya mesajının pərdəarxası – Ekspert

03 Noy 2016 Merkel Türkiyəni tənqid etdi

31 Okt 2016 Gürcüstandakı seçkilərin son nəticələri açıqlandı

28 Okt 2016 Putin Fətullah Güləndən danışdı

25 Okt 2016 Vaşinqton Post: Rusiya ABŞ-a qalib gəlir…

24 Okt 2016 Azərbaycan Xəzər hövzəsində təklənə bilər

24 Okt 2016 KXCP - Ölkə Başçısını Konstitusiyaya əməl etməyə çağırır

18 Okt 2016 QAT sədri Eldar Mahmudovun qurbanlarına ədalət istədi

17 Okt 2016 Mosul əməliyyatı – 7 kənd İŞİD-dən azad edildi

16 Okt 2016 Şotlandiyada müstəqilliklə bağlı təkrar referendum keçiriləcək

13 Okt 2016 BMT-nin baş katibi Portuqaliyalı oldu

10 Okt 2016 Sonuncu variant- Referendumla bağlı STP-nin mövqe sənədi

10 Okt 2016 KXCP Müstəqillik günü ilə bağlı tədbir keçirəcək

09 Okt 2016 İlham Əliyev Türkiyəyə gedib

08 Okt 2016 Rusiya BMT TŞ-də Fransanın Suriyaya ilə bağlı qətnaməsini bloklayıb

07 Okt 2016 “Azadlıq” Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzi aktiv fəaliyyətə başlamaq haqda qərar verdi

07 Okt 2016 Rusiya-Ermənistan hərbi sasişi təsdiqə gedir

04 Okt 2016 İlham Əliyev təhsil işçilərini təltif edib – SİYAHI

03 Okt 2016 KXCP Ali Məclisinin sessiyası keçiriləcək

Xəbər lenti