Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev Milli Məclisin 30 sentyabr 2016-cı il tarixli Plenar iclasında bir neçə mühim təklif irəli sürüb. Deputat əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində iqtisadi təkliflər paketlərinin və xüsusən problemli kreditlərin Parlamentdə müzakirə edilməsini, qeyri-neft sektorunun inkişafı ilə bağlı verilmiş qərarların icrasına nəzarətin artırılması, Milli Məclisdə Dağlıq Qarabağ komitəsinin yaradılması və qapalı Dağlıq Qarabağ dinləmələrinin keçirilməsi təkliflərini verib.
Fərəc Quliyevin həmin çıxışının tam mətnini təqdim edirik:

Cənab sədr,hörmətli kolleqalar!
Mən yeni iş mövsümi ilə bağlı olaraq hər kəsi təbrik edirəm. Bilirəm ki, hamınızın hər gün rastlaşdığımız mühüm məsələlərdən biri də sosial-iqtisadi problemlərlə bağlı müraciətlərdir. Cənab Prezidentin qeyri-neft sektorunun inkişafı hesabına iqtisadi artımın stimullaşdırılması ilə bağlı atdığı çox mühim addımlar, verdiyi sərəncamlar, ayırdığı vəsaitlər və görülən işlər vardır. Amma razılaşın ki, bir çox nazirliklər, bir çox yerli icra strukturlarının bunu yüksək səviyyədə həyata keçirməyinə baxmayaraq ,bəzi nazirliklərdə və yerli icra strukturlarında bu məsələlərə çox biganə yanaşma vardır. Hesab edirəm ki, adını çəkdiyim sahə ilə bağlı yəni, qeyri neft sektorunun inkişafına bağlı olan iqtisadi artımın stimullaşdırılması ilə əlaqədar prezidentin islahatlar paketinin həyata keçirilməsinin nə vəziyyətdə olduğunu müəyyən etmək üçün müvafiq strukturlarla, nazirliklərlə birlikdə bir dinləmələr eləməyimiz lazımdır. Bütün deputatların da yerlərdə aldığı şikayətlər vardır, rastlaşdığı neqativ hallar vardır. Onları birbaşa səsləndirmək lazımdır. Sosial-iqtisadi məsələlərlə bağlı xeyli təkliflər paketi vardır. Mən izləyirdim, deputatlar yay dönəmində də mətbuatda çox gözəl təkliflərlə çıxış edirdilər.Ona görə münasibdir ki, İqtisadi paketin həyata keçirilməsi üçün təkliflər dinlənilsin. Bu təkcə prezidentin işi deyil . Milli Məclis də qəbul elədiyi qanunlar ilə ,bu məsələlərə nəzarətlə çox ciddi dəstək verməlidir və həmin bu blokda bu müzakirələr zamanı xüsusən problemli kreditlərlə bağlı müzakirələr aparmaq vacibdir. Hesab edirəm , hər kəs razılaşar ki, bu məsələ camaatı narahat edir. Ümumiyyətlə, iqtisadi sektorla bağlı məsələlər müzakirə olunsun və yaxşı olar ki, dövlət borclanmasının qarşısının alınması və büdcə kəsirinin həcminin azaldılması məqsədilə fiskal sahədə iqtisadi siyasətlə bağlı maliyyə nazirliyi və başqa strukturlar məlumatlar versin. Çünki həm manatın məzənnəsi ilə bağlı olaraq, həm də neft gəlirləri və neftin qiyməti ilə bağlı təlatümlər təbii ki, beynəlxalq səviyyədə gözlənilir. Bununla bağlı bütün məsələlərin müzakirələri məncə vacibdir.
İkinci məsələ- mən həmişə bu məsələni səsləndirirəm amma çox təəssüf olsun hələlik ki, buna xüsusi olaraq bir reaksiya yoxdur. Mən Dağlıq Qarabağ məsələsi ilə bağlı olaraq Milli Məclisdə müzakirələr aparılmasını,dinləmənin olmasını bir daha təklif edirəm. Bir çox dövlətlərin parlamentində bu məsələlərlə bağlı müzakirələr aparılır, bir çox dinləmələrdə xarici deputatların iştirakı ilə dinləmələr keçirilir, amma bizdə bu dinləmə keçirilməyib. Milli Məclisdə Xarici İşlər Nazirliyinin və Müdafiə Nazirliyinin iştirakı ilə qapalı şəkildə bir dinləmənin aparılmasını vacib hesab edirəm və həm də bir xüsusi komitənin -parlamentin özünün Dağlıq Qarabağ komitəsinin yaradılmasını bir daha təklif edirəm.Dağlıq Qarabağla bağlı fəaliyyətin müəyyən strukturlarla əlaqələndirilməsi, müəyyən danışıqlarda bu komitənin nümayəndələrinn iştirakını təmin eləmək baxımından da məncə bu komitənin formalaşdırılması da yerinə düşər. Əgər bu təkliflər həyata keçərsə hesab edirəm ki, faydalı olar. Bu iki təklifin payız sessiyasında nəzərə alınmasını xahiş edirəm.

Teleqraf.az

Bölməyə aid digər xəbərlər

18 Sent 2020 Azərbaycanda referendum təklif olunur – Deputatlardan REAKSİYA

02 Sent 2020 “Ramiz Mehdiyev də dəyişiklik istəyir” – Qubad İbadoğlu

13 Avq 2020 Prezident Hulusi Akarı qəbul etdi - Fotolar

01 Avq 2020 Ağdamda İran minaatanları tapıldı: Tehran Ermənistana silah ötürüb? - (FOTO)

06 İyun 2020 Qonşu otaqda nə baş verdiyindən xəbərsiz “kəşfiyyatçı”

07 Mart 2020 Elşən Əlisoy Baş Prokurorluğa çağırıldı

19 May 2018 Milli Məclisin növbədənkənar iclası çağrıla bilər

10 Fev 2018 iranda bir neçə nəfər casusluqda ittiham olunaraq həbs edilib

05 Fev 2018 Milli Şura və AXCP prezident seçkisini boykot etdi –Mart ayına etiraz aksiyaları təyin olundu QƏRAR

05 Fev 2018 Türkiyə Suriyadan çıxmalıdır - İran

25 Okt 2017 "Ermənilərin türk parlamentinə seçilməsi razılaşdırılmış məsələyə bənzəyir" -XƏZƏR TEYYUBLU

18 Okt 2017 Lavrovun Bakıya mesajının pərdəarxası – Ekspert

03 Noy 2016 Merkel Türkiyəni tənqid etdi

31 Okt 2016 Gürcüstandakı seçkilərin son nəticələri açıqlandı

28 Okt 2016 Putin Fətullah Güləndən danışdı

25 Okt 2016 Vaşinqton Post: Rusiya ABŞ-a qalib gəlir…

24 Okt 2016 Azərbaycan Xəzər hövzəsində təklənə bilər

24 Okt 2016 KXCP - Ölkə Başçısını Konstitusiyaya əməl etməyə çağırır

18 Okt 2016 QAT sədri Eldar Mahmudovun qurbanlarına ədalət istədi

17 Okt 2016 Mosul əməliyyatı – 7 kənd İŞİD-dən azad edildi

16 Okt 2016 Şotlandiyada müstəqilliklə bağlı təkrar referendum keçiriləcək

13 Okt 2016 BMT-nin baş katibi Portuqaliyalı oldu

10 Okt 2016 Sonuncu variant- Referendumla bağlı STP-nin mövqe sənədi

10 Okt 2016 KXCP Müstəqillik günü ilə bağlı tədbir keçirəcək

09 Okt 2016 İlham Əliyev Türkiyəyə gedib

08 Okt 2016 Rusiya BMT TŞ-də Fransanın Suriyaya ilə bağlı qətnaməsini bloklayıb

07 Okt 2016 “Azadlıq” Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzi aktiv fəaliyyətə başlamaq haqda qərar verdi

07 Okt 2016 N. Məmmədov: 'Azərbaycan Con Kerrinin bəyanatını qəbul etmir'

07 Okt 2016 Rusiya-Ermənistan hərbi sasişi təsdiqə gedir

04 Okt 2016 İlham Əliyev təhsil işçilərini təltif edib – SİYAHI

Xəbər lenti