Klassik Xalq Cəbhəsi Partiyası İdarə Heyətinin növbəti toplantısı keçirilib.

Teleqraf.az xəbər verir ki, iclasda qərarların icra vəziyyəti dəyərləndirilib, ictimai siyasi vəziyyət və qarşıda duran vəzifələr müzakirə edilərək uyğun qərarlar qəbul edilib. Yığıncaqda partiya orqanlarının gördüyü işlər haqqında məlumat verilib.

Yığıncaqda avqust ayında Elçibəylə bağlı tədbirlərin keçirilməsi, mediada informasiyaların yayılması, gənclərin Elçibəy irsinə daha böyük maraq göstərməsi müsbət qiymətləndirlmiş, bu istiqmətdə fədakarlıq göstərən gənclərin, KXCP üzvlərinin fəaliyyətləri yüksək qiymətləndirilib.

Klassik Xalq Cəbhəsi Partiyası İdarə Heyətinin qərarlarına uyğun olaraq 22 avqust 2016-cı il Savalan Ziyarəti Günü münasibəti ilə partiyanın ali orqanları üzvlərinin Savalan dağını ziyarət etməsu, Fəxri Xiyabanda və KXCP qərargahında Əbülfəz Elçibəyin vəfatının 16-cı ildönümünə həsr oilunmuş anım tədbirinin keçirilməsi müsbət qiymətləndirilmişdir. Yığıncaq KXCP Nümayəndə heyyətinin (B.Əbil, A.Mikayıllı) Savalan Dağının zirvəsindən gətirdiyi daşlardan Elçibəyin ana yurdundakı (Ordubad rayonun Kələki kəndi) ev muzeyinə göndərilməsi qərarlaşdırılmışdır.

Yığıncaq 22 avqustda Fəxri Xiyabanda Elçibəyin məzarına qoyulan əklillərlə bağlı naməlum adamların Elçibəyin qohumları adından etdikləri milli dəyərlərə zidd hərəkətləri pisləmiş və Fəxri Xiyabandakı məzarların mühavizəsi ilə məşğul olan əlaqədar təşkilatlara mühavizənin daha ciddi şəkildə həyata keçirilməsi və belə yaramaz hərəkətlərin qarşısının vaxtında alınması ilə bağlı müraciət edilməsi məqsədəuyğun hesab etmişdir.

Yığıncaqda ictimai-siyasi vəziyyət müzakirə edilmişdir. İqtidarın Əliyevlərin ailə hakimiyyətini uzatmaq məqsədi keçirtmək istədikləri üçüncü referendumla bağlı siyasi partiyalara, vətəndaş cəmiyyəti üzvlərinə qarşı apardıqları kütləvi qanunsuzluqlar, represiyalar, həbslər pislənilmiş və bununla bağlı bəyanat qəbul edilmişdir.

Yığıncaqda Bakının erməni-bolşevik işğalından azad edilməsinin 98-ci ildönümü münasibəti ilə partiyanın keçirəcəyi tədbirlər planı qəbul edilmişdir.

 

Bölməyə aid digər xəbərlər

18 Sent 2020 Azərbaycanda referendum təklif olunur – Deputatlardan REAKSİYA

02 Sent 2020 “Ramiz Mehdiyev də dəyişiklik istəyir” – Qubad İbadoğlu

13 Avq 2020 Prezident Hulusi Akarı qəbul etdi - Fotolar

01 Avq 2020 Ağdamda İran minaatanları tapıldı: Tehran Ermənistana silah ötürüb? - (FOTO)

06 İyun 2020 Qonşu otaqda nə baş verdiyindən xəbərsiz “kəşfiyyatçı”

07 Mart 2020 Elşən Əlisoy Baş Prokurorluğa çağırıldı

19 May 2018 Milli Məclisin növbədənkənar iclası çağrıla bilər

10 Fev 2018 iranda bir neçə nəfər casusluqda ittiham olunaraq həbs edilib

05 Fev 2018 Milli Şura və AXCP prezident seçkisini boykot etdi –Mart ayına etiraz aksiyaları təyin olundu QƏRAR

05 Fev 2018 Türkiyə Suriyadan çıxmalıdır - İran

25 Okt 2017 "Ermənilərin türk parlamentinə seçilməsi razılaşdırılmış məsələyə bənzəyir" -XƏZƏR TEYYUBLU

18 Okt 2017 Lavrovun Bakıya mesajının pərdəarxası – Ekspert

03 Noy 2016 Merkel Türkiyəni tənqid etdi

31 Okt 2016 Gürcüstandakı seçkilərin son nəticələri açıqlandı

28 Okt 2016 Putin Fətullah Güləndən danışdı

25 Okt 2016 Vaşinqton Post: Rusiya ABŞ-a qalib gəlir…

24 Okt 2016 Azərbaycan Xəzər hövzəsində təklənə bilər

24 Okt 2016 KXCP - Ölkə Başçısını Konstitusiyaya əməl etməyə çağırır

18 Okt 2016 QAT sədri Eldar Mahmudovun qurbanlarına ədalət istədi

17 Okt 2016 Mosul əməliyyatı – 7 kənd İŞİD-dən azad edildi

16 Okt 2016 Şotlandiyada müstəqilliklə bağlı təkrar referendum keçiriləcək

13 Okt 2016 BMT-nin baş katibi Portuqaliyalı oldu

10 Okt 2016 Sonuncu variant- Referendumla bağlı STP-nin mövqe sənədi

10 Okt 2016 KXCP Müstəqillik günü ilə bağlı tədbir keçirəcək

09 Okt 2016 İlham Əliyev Türkiyəyə gedib

08 Okt 2016 Rusiya BMT TŞ-də Fransanın Suriyaya ilə bağlı qətnaməsini bloklayıb

07 Okt 2016 “Azadlıq” Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzi aktiv fəaliyyətə başlamaq haqda qərar verdi

07 Okt 2016 N. Məmmədov: 'Azərbaycan Con Kerrinin bəyanatını qəbul etmir'

07 Okt 2016 Rusiya-Ermənistan hərbi sasişi təsdiqə gedir

04 Okt 2016 İlham Əliyev təhsil işçilərini təltif edib – SİYAHI

Xəbər lenti