Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Fətullah Gülən terror təşkilatının Türkiyədən sonra ikinci ölkə olaraq Azərbaycanda daha çox yayılmasından danışıb.

Teleqraf.az-ın məlumatına görə, Komitə sədri "Qafqazinfo”ya açıqlamasında qeyd edib ki, Fətullah Gülən adlanan qrup əslində din adı altında bir terror təşkilatıdır: "Onların məqsədi maarifçilik, din pərdəsi adı altında təşkilatı genişləndirmək, müxtəlif ölkələrdə öz təsir dairələrini yaratmaqdan ibarət idi. Bu istiqamətdə çox işlər aparıblar. Azərbaycana da müstəqilliyimizin ilk illərində bu cür qruplar gəliblər. Maarifçilik, təhsil adı altında burada istinad nöqtələri yaratmışdılar. Hazırda bunların istinad nöqtələri Azərbaycanda aradan qaldırılıb və proses davam edir. Müxtəlif siyasi qrupların da onlarla işbirliyində olduğu barədə məlumatlar vardır.

Gülənçi adlanan terror təşkilatının Azərbaycanda uzantılarının olması haqqında məlumatlar həm türk mediasında, həm də yerli mediada var. Bununla bağlı Azərbaycan hüquq-mühafizə orqanları ciddi profilaktik tədbirlər həyata keçirtməkdədir. Respublika Prokurorluğu Gülənçi qrupa qarşı cinayət işi qaldırıb. Komitə bütövlükdə bütün dini qruplarla bağlı məlumatlar əldə edərək vaxtında müvafiq orqanlara çatdırır. O cümlədən Gülənçilərlə yaxın olan qruplar barədə bizdə olan məlumatları lazımi qurumlara çatdırmışıq və birgə fəaliyyətimiz davam etməkdədir.

Azərbaycanda hər hansı bir təşkilatın dövləti yıxmaq, ictimai-siyasi sabitliyi pozmaq cəhdi yox dərəcəsindədir. Çünki bu gün Azərbaycan xalqı prezident İlham Əliyevin siyasətini birmənalı olaraq dəstəkləyir. Belə olan şəraitdə hansısa örgütlərin fəaliyyəti nəticə verməyəcək”.

Bölməyə aid digər xəbərlər

18 Sent 2020 Azərbaycanda referendum təklif olunur – Deputatlardan REAKSİYA

02 Sent 2020 “Ramiz Mehdiyev də dəyişiklik istəyir” – Qubad İbadoğlu

13 Avq 2020 Prezident Hulusi Akarı qəbul etdi - Fotolar

01 Avq 2020 Ağdamda İran minaatanları tapıldı: Tehran Ermənistana silah ötürüb? - (FOTO)

06 İyun 2020 Qonşu otaqda nə baş verdiyindən xəbərsiz “kəşfiyyatçı”

07 Mart 2020 Elşən Əlisoy Baş Prokurorluğa çağırıldı

19 May 2018 Milli Məclisin növbədənkənar iclası çağrıla bilər

10 Fev 2018 iranda bir neçə nəfər casusluqda ittiham olunaraq həbs edilib

05 Fev 2018 Milli Şura və AXCP prezident seçkisini boykot etdi –Mart ayına etiraz aksiyaları təyin olundu QƏRAR

05 Fev 2018 Türkiyə Suriyadan çıxmalıdır - İran

25 Okt 2017 "Ermənilərin türk parlamentinə seçilməsi razılaşdırılmış məsələyə bənzəyir" -XƏZƏR TEYYUBLU

18 Okt 2017 Lavrovun Bakıya mesajının pərdəarxası – Ekspert

03 Noy 2016 Merkel Türkiyəni tənqid etdi

31 Okt 2016 Gürcüstandakı seçkilərin son nəticələri açıqlandı

28 Okt 2016 Putin Fətullah Güləndən danışdı

25 Okt 2016 Vaşinqton Post: Rusiya ABŞ-a qalib gəlir…

24 Okt 2016 Azərbaycan Xəzər hövzəsində təklənə bilər

24 Okt 2016 KXCP - Ölkə Başçısını Konstitusiyaya əməl etməyə çağırır

18 Okt 2016 QAT sədri Eldar Mahmudovun qurbanlarına ədalət istədi

17 Okt 2016 Mosul əməliyyatı – 7 kənd İŞİD-dən azad edildi

16 Okt 2016 Şotlandiyada müstəqilliklə bağlı təkrar referendum keçiriləcək

13 Okt 2016 BMT-nin baş katibi Portuqaliyalı oldu

10 Okt 2016 Sonuncu variant- Referendumla bağlı STP-nin mövqe sənədi

10 Okt 2016 KXCP Müstəqillik günü ilə bağlı tədbir keçirəcək

09 Okt 2016 İlham Əliyev Türkiyəyə gedib

08 Okt 2016 Rusiya BMT TŞ-də Fransanın Suriyaya ilə bağlı qətnaməsini bloklayıb

07 Okt 2016 “Azadlıq” Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzi aktiv fəaliyyətə başlamaq haqda qərar verdi

07 Okt 2016 N. Məmmədov: 'Azərbaycan Con Kerrinin bəyanatını qəbul etmir'

07 Okt 2016 Rusiya-Ermənistan hərbi sasişi təsdiqə gedir

04 Okt 2016 İlham Əliyev təhsil işçilərini təltif edib – SİYAHI

Xəbər lenti