|
ABŞ dövlət katibi Con Kerri Fətulalh Gülənin qaytarılması haqqında Türkiyə Cümhuriyyətindən heç bir rəsmi tələb olunmadığını bildirib.
Teleqraf.az-ın verdiyi məlumata görə, Türkiyə Cümhiriyyətinin baş naziri Binəli Yıldırım bu gün verdiyi açılamasında, “Fətullah Gülənin arxasında dayanan dövlət dostumuz deyil” deyə bildirib.
Liksemburqa etdiyi səfər əsnasında mətbuata açıqlama verən Con Kerri, Türkiyədə çevrilişə cəhd edən qüvvələrə qarşı konstitisuyaya uyğun şəkildə davranacaqlarına ümid etdiyi bildirib.
Fətullah Gülən haqqında isə heç bir rəsmi tələb olunmadığını deyən Kerri Türk dövlətinin yanında olduqlarını bəyan edib.
Anar Rəsullu