|
Türkiyədə qiyam törətməkdə şübhəli bilinən Fəthullah Gülən hadisə ilə bağlı açıqlama verib.
Axar.az xəbər verir ki, “Frans-Press” agentliyinə danışan Gülən hərbi çevrilişi şiddətlə qınadığını dilə gətirib.
Xatırladaq ki, bu gün gecə radələrində bir qrup hərbçi ölkədə hərbi çevrilişə cəhd edib. Yaranan qarşıdurmada azı 60 nəfər həlak olub.