|
ABŞ-la İraq Kürdüstan Muxtariyyəti arasında hərbi əməkdaşlıq barədə razılaşdırılmış müqavilənin detalları ortaya çıxıb.
Hafta.az “İhlashaber”ə istinadən xəbər verir ki, bu barədə ilkin açıqlama ilə İraq Kürdistanının Peşmərgə naziri Cabbar Yavər çıxış edib. O deyib ki, Birləşmiş Ştatlar Mosulun azad olunması əməliyyatlarına qatılan kürd döyüşçülərin maaşını verəcək, həm də onları hər cür silah-sursatla təmin edəcək. Eyni zamanda, müqaviləyə əsasən, kürdlər əməliyyat başa çatandan sonra Mosulu tərk edəcəklərinə dair öhdəlik götürüblər.
Xatırladaq ki, Mosula üç tərəfdən hücum edən Peşmərgə qüvvələrinin sayı təxminən 50 min nəfərdir.