|
Klassik Xalq Cəbhəsi Partiyasının 11 iyul 2016-cı ildə İdarə Heyətinin yığıncağı keçirilmişdir. Yığıncaqda qərarların icra vəziyyəti, ictimai – siyasi vəziyyət, qarşıda duran vəzifələr və cari məsələlər müzakirə olunmuş, müvafiq qərarlar qəbul edilmişdir.
Teleqraf.az xəbər verir ki, İdarə heyətinin toplantısında 13 iyul 2016-cı il saat 17:30-da Bakı şəhər, Sumqayıt və Ərazisi işğal olunmuş rayon şöbələrinin müşavirəsinin keçirilməsi qərara alınmışdır. Müşavirədə 16 iyul 2016-cı ildə AXC-nin yaranmasının 27-ci il dönümü ilə bağlı tədbirlərə hazırlıq və 24 iyul 2016-cı il KXCP sədrinin gənclərlə görüşünə hazırlıq məsələlərinin müzakirəsi nəzərdə tutulmuşdur.