Araşdırmaçı jurnalist, AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayıl 29 min 30 manatlıq kompensasiya tələbinə cavab alıb.

Jurnalist Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə bəraət aldığı CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə qanunsuz həbsdə saxlanılması ilə əlaqədar Azərbaycan hökumətindən kompensasiya tələb edir. Xədicə İsmayıl bu məqsədlə Maliyyə Nazirliyinə müraciət etmişdi.

"Mövcud qanunvericilikdə təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində dəymiş ziyanın ödənilməsi ilə əlaqədar Maliyyə Nazirliyinin öhdəlik daşıması nəzərdə tutulmamışdır", – Maliyyə Nazirliyinin Aparat rəhbəri Namiq Süleymanovun imzaladığı cavab məktubunda yazılıb.

Jurnalistin vəkili Yalçın İmanov AzadlıqRadiosuna bildirib ki, bu məsələ ilə əlaqədar məhkəməyə müraciət olunacaq.

Xatırladaq ki, Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də CM-nin 125-ci maddəsilə təqsirləndirilərək həbs olunub.

Sonradan ona elan olunmuş və məhkum edildiyi ittihamlarla barəsində yenidən həbs qərarı çıxarılana –2015-ci il martın 6-dək o, məhz 125-ci maddə ilə həbsdə saxlanılıb. Xədicə İsmayıl jurnalist kimi məqalələrinə görə ala bilmədiyi əməkhaqqını, həbs edilərkən müdafiəçilərinə ödədiyi qonorarı, həmçinin yaxınlarının təcridxanaya ona sovqat gətirərkən çəkdiyi xərcləri nəzərə alaraq, bu 91 gün ərzində ona dəymiş maddi ziyanı 9 min 30 manat hesablayıb. Üç ay qanunsuz həbsdə saxlanılması nəticəsində dəymiş mənəvi ziyanı isə 20 min manat məbləğində dəyərləndirib.

Bölməyə aid digər xəbərlər

18 Sent 2020 Azərbaycanda referendum təklif olunur – Deputatlardan REAKSİYA

02 Sent 2020 “Ramiz Mehdiyev də dəyişiklik istəyir” – Qubad İbadoğlu

13 Avq 2020 Prezident Hulusi Akarı qəbul etdi - Fotolar

01 Avq 2020 Ağdamda İran minaatanları tapıldı: Tehran Ermənistana silah ötürüb? - (FOTO)

06 İyun 2020 Qonşu otaqda nə baş verdiyindən xəbərsiz “kəşfiyyatçı”

07 Mart 2020 Elşən Əlisoy Baş Prokurorluğa çağırıldı

19 May 2018 Milli Məclisin növbədənkənar iclası çağrıla bilər

10 Fev 2018 iranda bir neçə nəfər casusluqda ittiham olunaraq həbs edilib

05 Fev 2018 Milli Şura və AXCP prezident seçkisini boykot etdi –Mart ayına etiraz aksiyaları təyin olundu QƏRAR

05 Fev 2018 Türkiyə Suriyadan çıxmalıdır - İran

25 Okt 2017 "Ermənilərin türk parlamentinə seçilməsi razılaşdırılmış məsələyə bənzəyir" -XƏZƏR TEYYUBLU

18 Okt 2017 Lavrovun Bakıya mesajının pərdəarxası – Ekspert

03 Noy 2016 Merkel Türkiyəni tənqid etdi

31 Okt 2016 Gürcüstandakı seçkilərin son nəticələri açıqlandı

28 Okt 2016 Putin Fətullah Güləndən danışdı

25 Okt 2016 Vaşinqton Post: Rusiya ABŞ-a qalib gəlir…

24 Okt 2016 Azərbaycan Xəzər hövzəsində təklənə bilər

24 Okt 2016 KXCP - Ölkə Başçısını Konstitusiyaya əməl etməyə çağırır

18 Okt 2016 QAT sədri Eldar Mahmudovun qurbanlarına ədalət istədi

17 Okt 2016 Mosul əməliyyatı – 7 kənd İŞİD-dən azad edildi

16 Okt 2016 Şotlandiyada müstəqilliklə bağlı təkrar referendum keçiriləcək

13 Okt 2016 BMT-nin baş katibi Portuqaliyalı oldu

10 Okt 2016 Sonuncu variant- Referendumla bağlı STP-nin mövqe sənədi

10 Okt 2016 KXCP Müstəqillik günü ilə bağlı tədbir keçirəcək

09 Okt 2016 İlham Əliyev Türkiyəyə gedib

08 Okt 2016 Rusiya BMT TŞ-də Fransanın Suriyaya ilə bağlı qətnaməsini bloklayıb

07 Okt 2016 “Azadlıq” Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzi aktiv fəaliyyətə başlamaq haqda qərar verdi

07 Okt 2016 N. Məmmədov: 'Azərbaycan Con Kerrinin bəyanatını qəbul etmir'

07 Okt 2016 Rusiya-Ermənistan hərbi sasişi təsdiqə gedir

04 Okt 2016 İlham Əliyev təhsil işçilərini təltif edib – SİYAHI

Xəbər lenti