|
Türkiyədə istirahət etməyi sevən rus turistlər bu imkanı bu mövsüm əldə etməlidir.
Bu sözləri Rusiya Baş naziri Dmitri Medvedev bildirib.
"Rossiya" televiziyasına verdiyi açıqlamada baş nazir hökumətin rusiyalı turistlərin Türkiyədə istirahət edə bilmələri istiqamətində iş apardığını bildirib.
Medvedev Türkiyədən Rusiya turistlərinin təhlükəsizliyinin təmin edilməsini gözlədiklərini qeyd edib və türkiyəli nümayəndələrlə hər səviyyədə müzakirələr aparmağa hazır olduqlarını vurğulayıb.
axar.az