|
Suriya Prezidenti Bəşər Əsəd öz postunu qoruyub saxlamalıdır ki, ölkədə islam ekstremistləri hakimiyyətə gəlməsin.
Teleqraf.az Röyter-ə istinadən xəbər verir ki, bu açıqlama ilə ABŞ-ın Ukraynadakı sabiq səfiri Con Herbst çıxış edib.
O, Rusiyanın Bəşər Əsədi postunda saxlamaq cəhdlərini yüksək qiymətləndirib:
“Rusiya bu mövzuda haqlıdır. Çünki hazırda Prezident Əsədin alternativi ekstremistlərdir. Buna görə də, onun hakimiyyətdə qalması şərtdir”.