|
Azadlıq Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzinin növbəti iclası keçirilib.
Siyasi Partiyalar Əməkdaşlıq Mərkəzi 28 may Respublika gunu ilə bağlı Azərbaycan Xalqını təbrik edıb. Təbrikdə deyilir “Mustəqil muasir dovlət quruculuğu hər bir millətin fəxarət tarixidir. Bu gün hakimiyyətdə müstəqil dövlət çilik düşncəsinin daşıyıcıları olmadığına görə bu bayram millətin arzuladığı səviyyədə deyil”.
Mərkəzə daxil olan Partiyalar Respublika gunu ilə bağlı 28 may saat 13:30-da M.Ə.Rəsulzadənin Novxanıdakı abidəsini ziyarət edəcəklər.
İclasda Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzi jurnalist fəaliyyətinə gorə qeyri – qanuni həbs etdirdiyi Xədicə İsmayılı həbsdən azad etməsini hakimiyyətin öz səhvlərindən birini düzəltmək cəhdi kimi qiymətləndirib və digər siyasi məhbusların da tezliklə azad olunmasını tələb edib.