|
Xalq Arzusu Hərəkatı qurultayının vaxtını dəqiqləşdirilmək üzrədir.
Teleqraf.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında qurumun rəhbəri Asəf Quliyev bildirib. Onun sözlərinə görə dünən 50-dən artıq qurum təmsilçisi toplaşaraq ölkədəki ictimai-siyasi vəziyyəti, hərəkatın qarşısında duran vəzifələr, üzvlərin sosial şəbəkələrdə aktivliyinin təmin olunması, regional şöbələrin yaradılması prosesinin sürətləndirilməsi və nəhayət, qurultayın keçirilməsinin tezləşdirilməsini müzakirə ediblər.
Eyni zamanda hərəkatın nizamnaməsi, proqramı qızğın müzakirələrdən sonra qəbul olunub. Qərara alınıb ki, 15 gün sonra hərəkat fəalları yenidən konfrans keçirsinlər və qurultayın vaxtını o zaman ictimaiyyətə elan etsinlər.