|
Bu gün Müsavat Partiyası Divanının iclası keçirilib.
Partiya başqanının müavini Elman Fəttahın "Report"a verdiyi məlumata görə, iclasda partiyadaxili məsələlər müzakirə edilib. Başqanlğıa sabiq namizəd Səxavət Əlisoy partiyanın ideoloji-siyasi xəttinə zidd addımlar atdığına görə partiya sıralarından xaric edilib. MNTK-nın sabiq sədri Əlövsət Talışxanlıya isə töhmət veriib.