|
Almaniya kansleri Angela Merkel Rusiya prezidenti Vladimir Putinlə telefon söhbətində bildirib ki, Ukraynanın şərqində bazar günü üçün planlaşdırılmış seçkilər qanunsuzdur və Avropa liderləri tərəfindən tanınmayacaq.
Merkellə Putinin telefon söhbətində Fransa prezidenti Fransua Olland və Ukrayna prezidenti Petro Poroçenko da iştirak ediblər.
Merkel və Olland telefon söhbətində deyiblər ki, Ukraynada yalnız Ukrayna qanunlarına uyğun seçkilər keçirilə bilər.
Onlar həmçijin vurğulayıblar ki, separatçıların keçirdikləri seçki Rusiyanın da qəbul etdiyi sülh sazişinə ziddir.
“Almaniya bu qanunsuz seçkiləri tanımayacaq” – deyib Angela Merkel.
Şərqi Ukraynada keçiriləcək seçkilərin tanınmayacağı barədə Avropa liderlərinin qərarı ötən həftə Brüsseldə qəbul olunub ("Azadlıq" radiosu)