|
"Peşmərgə"nin Suruçdan Kobaniyə keçməsinə reaksiya verən Əsəd rejiminin rəhbərliyi, Türkiyəni Suriyanın suverenliyini pozmaqda günahlandırib.
Teleqraf.az xəbər verir ki, Suriya Prezidenti Bəşər Əsədin müşavirlərindən Bouthaina Şaban, "Peşmərgə"lərin və ÖSO əsgərlərinin Türkiyə sərhədindən Kobaniye keçməsini tənqid edərək, Türkiyənin Suriya ərazi bütövlüyünü pozduğunu açıqlayıb.
Şaban açıqlamasında Türkiyədən torpaqlarına keçən xarici döyüşçülərə Türk hökumətinin icazə verməsini pislədiklərini bildirərək, Türkiyənin Suriyanın ərazi bütövlüyünü açıq şəkildə pozduğunu deyib. Şaban həmçinin, Türkiyənin keçidinə icazə verdiyi döyüşçülər ilə rejimin nüfuzunu azaltmağa çalışdığını qeyd edib.