|
Rusiya və ABŞ bu ilin iyunun Finlandiya ərazisində Ukrayna ətrafındakı vəziyyətlə bağlı gizli danışıqlar aparıblar.
Musavat.com xəbər verir ki, məlumatı “Associated Press” Finlandiyanın xarici siyasət idarəsinə istinadən yayıb.
XİN-in nümayəndəsi Ves Hakkinenin sözlərinə görə, nazirlik Finlandiyanın cənub sahillərindəki adalardan birində keçirilən bu danışıqların təşkilinə yardım edib. XİN rəsmisi məsləhətləşmələrin detallarını açıqlamayıb.
Finlandiyanın Prezidetn Administrasiyasından isə bildirilib ki, dövlər başçısı iyun danışıqlarında iştirak etməyib.