Almaniya baş naziri Angela Merkel Türkiyəni tənqid edib.

Avropa.info xəbər verir ki, Merkel “Cumhuriyyet” qəzetində keçirilən əməliyyat və bu qəzetin jurnalistlərinin saxlanılmasını  “həyəcan verici” adlandırıb.

Merkel həyata keçirilən həbslərin qanunauyğun olması ilə bağlı şübhələrinin olduğunu bildirib.

“Cənab Dündarın işində  olduğu kimi, indi də həbs edilən  jurnalistlərə qarşı istintaq və məhkəmə iclaslarını təqib edəcəyik. Jurnalistlər və eyni şəkildə Türkiyədə çətin  şərtlər altında  mətbuat və söz azadlığı uğrunda mübarizə aparanlar, həmrəyliyimizdən əmin ola bilərlər” deyə Merkel qeyd edib.

 

Xatırladaq ki. “Cumhuriyyet” qəzeti və onun bir çox əməkdaşları Türkiyədə terror təşkilatı elan olunan FETÖ ilə  əlaqələrdə ittiham olunurlar. Qəzetdə  dövlət çevrilişi cəhdindən öncə, çevrilişə çağıran yazıların yayımlandığı bildirilir. “Cumhuriyyet”in baş redaktoru Can Dündar bundan öncə də Türkiyə kəşfiyyatının gizli məlumatlarını yaydığı üçün, məhkəmə prosesinə cəlb olunmuşdu. Belə ki, jurnalist məşhur “MİT  TIR-ları” işi ilə bağlı gizli məlumatları rəhbərlik etdiyi qəzetdə yaymış və  Türkiyənin guya ki. “terrorçulara dəstək verdiyini” bildirmişdi. Bundan sonra, Avropa ölkələri tərəfindən Türkiyəyə ittihamlar səsləndirilmişdi. Əslində isə Türkiyə Suriyada yaşayan Bayırbucaq türkmənlərinə Milli İstiqbarat Təşkilatına aid TIR-larla yardım göndərərkən FETÖ-çü polislər tərəfindən TİR-lara hücum edilmişdi. Bu ölkədə böyük qalmaqala səbəb olmuşdu.

İqtisadiyyat

Şou-biznes

Diqqət mərkəzi

Nəbz

Xəbər lenti

Aktual

Video

Tarixdə bu gün

Köşə yazarları