Rusiya Türkmənistanın öz qazını Avropa bazarlarına Transxəzər qaz kəməri layihəsi vasitəsilə çıxarmasını istəmir.

Bunu Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Ekspertin sözlərinə görə, Moskva rəqabətin artacağından ehtiyatlanır:

“Rusiya Türkmənistanın öz qazını Avropa bazarlarına Transxəzər qaz kəməri layihəsi vasitəsilə çıxarmasını istəmir. Bu üzdən də Rusiya Xəzərdə yeni boru kəmərinin tikilişinin ekoloji tərəfini qabardır. Ancaq reallıq ondan ibarətdir ki, bu boru kəmərləri on illərdir Xəzərin dibində fəaliyyət göstərir. Sadəcə, onlar bir qədər lokal boru kəmərləridir. Ancaq bu yenə də məsələnin mahiyyətini dəyişmir. Məsələn, Neft Daşları Abşeron yarımadasının sahillərindən 50-60 km məsafədə yerləşir. Sovet dövründən bu məsafədən boru kəmərləri inşa edilib və indi də fəaliyyət göstərir. Nədənsə, bu amil Rusiya tərəfindən nəzərə alınmır. Transxəzər qaz boru kəməri layihəsi də dənizin dibi ilə keçəcək və uzunluğu təxminən 150-160 km olacaq. Dənizin dibində mövcud olan qaz borularının ümumi uzunluğu isə yüzlərlə kilometrlərlə ölçülür. Belə olan halda əlavə bir kəmərin tikilişi vəziyyəti nə dərəcədə dəyişdirə bilər?! Hesab edirəm ki, bu ritorik sual mütləq Rusiya tərəfinə ünvanlanmalıdır. Rusiya illərdir ki, Transxəzər qaz boru kəməri layihəsinin reallaşmasını azrulamır. Görünür, bu məsələnin yenidən gündəmə gətirilməsində siyasi məqsədlər dominantlıq təşkil edir, sadəcə, Moskva məsələni ekoloji amillərlə ört-basdır edir”.

Qeyd edək ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrov Soçidə Gənclər və Tələbələrin Beynəlxalq Festivalında çıxışı zamanı Xəzərdə boru kəmərlərinin tikilişinin ətraf mühitə təsirindən söz açıb. Lavrov bildirib ki, bu, ekoloji problem yarada bilər və mütləq araşdırılmalıdır.

Bölməyə aid digər xəbərlər

25 Okt 2017 "Ermənilərin türk parlamentinə seçilməsi razılaşdırılmış məsələyə bənzəyir" -XƏZƏR TEYYUBLU

03 Noy 2016 Merkel Türkiyəni tənqid etdi

31 Okt 2016 Gürcüstandakı seçkilərin son nəticələri açıqlandı

28 Okt 2016 Putin Fətullah Güləndən danışdı

25 Okt 2016 Vaşinqton Post: Rusiya ABŞ-a qalib gəlir…

24 Okt 2016 Azərbaycan Xəzər hövzəsində təklənə bilər

24 Okt 2016 KXCP - Ölkə Başçısını Konstitusiyaya əməl etməyə çağırır

18 Okt 2016 QAT sədri Eldar Mahmudovun qurbanlarına ədalət istədi

17 Okt 2016 Mosul əməliyyatı – 7 kənd İŞİD-dən azad edildi

16 Okt 2016 Şotlandiyada müstəqilliklə bağlı təkrar referendum keçiriləcək

13 Okt 2016 BMT-nin baş katibi Portuqaliyalı oldu

10 Okt 2016 Sonuncu variant- Referendumla bağlı STP-nin mövqe sənədi

10 Okt 2016 KXCP Müstəqillik günü ilə bağlı tədbir keçirəcək

09 Okt 2016 İlham Əliyev Türkiyəyə gedib

08 Okt 2016 Rusiya BMT TŞ-də Fransanın Suriyaya ilə bağlı qətnaməsini bloklayıb

07 Okt 2016 “Azadlıq” Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzi aktiv fəaliyyətə başlamaq haqda qərar verdi

07 Okt 2016 N. Məmmədov: 'Azərbaycan Con Kerrinin bəyanatını qəbul etmir'

07 Okt 2016 Rusiya-Ermənistan hərbi sasişi təsdiqə gedir

04 Okt 2016 İlham Əliyev təhsil işçilərini təltif edib – SİYAHI

03 Okt 2016 KXCP Ali Məclisinin sessiyası keçiriləcək

01 Okt 2016 Fərəc Quliyev Parlamentdə Dağlıq Qarabağ komitəsinin yaradılmasını təklif etdi

29 Sent 2016 Akif Nağıdan Fazil Mustafaya tutarlı cavab

22 Sent 2016 “Rusiya casusluq fəaliyyətini artırıb”

21 Sent 2016 Obama təlimat verdi: Türkiyə-ABŞ üz-üzə

21 Sent 2016 Ollanddan Əliyevlə Sarkisyana Paris təklifi

21 Sent 2016 AŞPA-nın Azərbaycana göndərdiyi müşahidəçilərin siyahısı

20 Sent 2016 Putin Rusiyanın xarici siyasət kursunu açıqladı

19 Sent 2016 KXCP İdarə Heyətinin növbəti toplantısı keçirilib

17 Sent 2016 ABŞ Duma seçkilərini tanımayacaq

16 Sent 2016 ABŞ: "Bunu Türkiyə istədi"

Xəbər lenti