Türkiyədə dövlət çevrilişinə cəhddən sonra ölkədə üç aylıq fövqəladə vəziyyət elan olunub. 

 Oxu.Az xəbər verir ki, ölkənin müxtəlif şəhərlərində insanlar gecələr meydana toplaşaraq “Demokratiya növbəsi” tuturlar.

26 iyulda Antaliya Büyükşehir Bələdiyyəsi tərəfindən Respublika Meydanında (Cumhuriyet Meydanı) təşkil edilən “Demokratiya şöleni”nə 30-dan çox sənət adamı və on minlərlə vətəndaş qatılıb.

Mərasimdə Antaliya valisi Münir Karaloğlu, Antaliya Büyükşehir Bələdiyyə başçısı Menderes Türel, Muratpaşa Bələdiyyə başçısı Ümit Uysal, Konyaaltı Bələdiyyə başçısı Muhittin Böcek, Döşemealtı Bələdiyyə başçısı Turgay Genç və digərləri xalqa qoşulanlar arasında olublar.

Gecədə Mustafa Yıldızdoğan, Gezegen Mehmet, Vatan Şaşmaz, Ece Erken, Hopdedik Ayhan, Afrikalı Ali, Adem Metan, Ersin Düzen, Mustafa Ceceli, Bengü, Murat Dalkılıç, Alişan, Nihat Doğan, Kutsi, Berkay, Berdan Mardini, Sefa Doğanay, Doğuş, Ahmet Selçuk İlhan, İntizar, Serkan Kaya, Berksan, Davut Güloğlu kimi sənət aləminin tanınmış simaları da iştirak ediblər.

Bengü “Bir başkadır benim memleketim”, Mustafa Yıldızdoğan “Türkiyem” adlı mahnı ifa ediblər. Mustafa Ceceli ilə birlikdə on minlərlə insan “İstiklal Marşı”nı söyləyib.

Mərasimdə müğənni Doğuşla bərabər azərbaycanlı həyat yoldaşı, aparıcıXoşqədəm Hidayətqızı da olub. 

 

Xəbər lenti