Əməkdar artist Röya Ayxan sevgi etirafı edib. 

Axşam.az-ın məlumatına görə, “Star life”a açıqlama verən müğənni aşiq olduğunu deyib. 


“Çox aşiqəm, çox sevirəm” deyən, R.Ayxan hər məclisə getmədiyini bildirib:

“Məni hər yana çağırmaq olmur. Heç sənət dostlarım ad günlərinə, toylarına məni dəvət etmirlər. Bilirlər ki, getməyə vaxtım olmayacaq. Neçə ildir ancaq seçmə insanların özəl gününə gedirəm”. 

Qardaşları Ayxan və İsmayıldan bəhs edən müğənni onları yaxın günlərdə əsgərliyə yola salacağını bildirib:

“Qardaşlarımın ikisi də bu il məzun olmalıydı. Eşitdim ki, Ayxan məzun ola bilmir, amma İsmayıl olur. Bu il ikisi də əsgər gedir. Ayxan 2 il əsgərlik çəkəcək, çünki məzun olmadı. İsmayıl 1 il əsgərlik çəkəcək”.

İsmayıl üçün Bakıda ev alan Röya bundan sonra onlara dəstək durmayacağını söyləyib:

“Onlar Türkiyədə yaşayırlar. İstədim ki, bura gələndə dostlarıyla istirahət etməyə yerləri olsun. Mən də, onlar da evsiz böyüyüblər. Əgər ailədə birinə ruzi verilirsə, hamının arxasında durmalısan. Demişəm, universiteti bitirsinlər, heç nə etməyəcəm. Ondan sonra onlar çalışıb, oğluma arxa olacaq, dayılıq edəcəklər”.

 

Xəbər lenti