Aygün Kazımova Ceyhun Məmmədova nə hədiyyə etdi? –Foto

Xalq artisti Aygün Kazımova  gənc parodiyaçı Ceyhun Məmmədova bahalı  ətir hədiyyə edib. 

Teleqraf.az az-ın məlumatına görə, parodiyaçı həmin hədiyyənin şəklini çəkərək İnstaqram səhifəsində paylaşıb və “Sevimli, əvəzolunmazımın mənə hədiyyəsi, çox təşəkkürlər, çox  bəyəndim. Aygün Kazımova.” şərhini yazıb.

Qeyd edək ki, Ceyhun xalq artistləri Aygün Kazımova, İlhamə Quliyeva, Brilliant Dadaşova, əməkdar artist Elza Seyidcahan, müğənni Xumar Qədimova, Röya və digərlərini parodiya edir. Onun parodiyaları müğənnilər tərəfindən də müsbət qarşılanır. Hələ heç bir məşhur şəxs onun parodiyasına mənfi fikir bildirməyib.


 

Xəbər lenti