Mukuçyan tədbirdə “DQR”in bayrağını qaldırıb.

İsveçin paytaxtı Stokholmda keçirilən “Eurovision-2016” mahnı müsabiqəsinin 1-ci yarımfinalında iştirak edən Ermənistan təmsilçiləri təxribata əl atıblar.

Teleqraf.az Oxu.Az-a istinadən xəbər verir ki, ölkəsini müsabiqədə təmsil edən İveta Mukuçyan tədbirdə tanınmamış qondarma “Dağlıq Qarabağ Respublikasının” bayrağını qaldırıb.

O bu hərəkəti “green room”a bağlantı zamanı, kameraya nümayişkaranə şəkildə edib.

Qeyd edək ki, bir müddət əvvəl “Eurovision” mahnı müsabiqəsinin yayım hüquqlarının sahibi Avropa Yayım Birliyi tədbirdə nümayişi qadağan olunmuş bayraqların siyahısını yaymışdı və həmin siyahıda qondarma “DQR”in də bayrağı var idi.

Məlum insidentdən sonar AYB-nin Ermənistana qarşı cəza tədbirləri görəcəyi istisna edilmir.

Xəbər lenti