Onlar “qum saatı”na bənzəyən vücudlarını formada saxlamaq üçün hər gün məşq edirlər. Dediklərinə görə, baldırlarını gözəl saxlamaq üçün gündə 20 min dəfə oturub-qalxırlar.

Milli.Az Barcroft-a istinadən bildirir ki, 28 yaşlı Miriam və Mişel Karolyusalar ABŞ-ın Florida ştatındakı Mayami şəhərində yaşayırlar. Onlar İnstagram-ın tanınmış simalarıdır və elə həmin servisdəki profillərinin populyarlığı sayəsində də pul qazanırlar.

Bacıların dediklərinə görə, onların İnstaram-da “Ən yaxşı baldırlar” tituluna yiyələnmələri təsadüf deyil.

“Heç bir plastik cərrahiyyə əməliyyatına məruz qalmamışıq. Sadəcə, məşq edirik və pəhriz saxlayırıq, idmanla məşğul oluruq”, – bacılar söyləyiblər.

 

Xəbər lenti