Müğənni Şakir Abbas: "Sənin yerin  görünür" adlı köhnə mahnısına yeni nəfəs verəçək.

Mahnının sözləri Ramiz Heydərə, musiqisi isə Elşən Nicata aiddir.

Teleqraf.az-a açıqlama verən müğənni bildirib ki, mahnını yeni aranjımanı Arzu Abbasova edəcək.

“Bu mahnı mənim ən sevilən mahnılarımdan biridir. 1999-cu ildə bəstəkar Elşən Nicat tərəfindən mənə hədiyyə olunub və Qubada ilk çıxışım bu mahnı ilə çıxdım.  Söz vermişdim ki, köhnə mahnılarıma yeni nəfəs verəcəyəm. Bu, ilk işimizdir. Qarşıda bir neçə belə mahnılarım olacaq. Bu mahnıya isə yaxın gələcəkdə klip çəkidrəcəyəm”.

Xəbər lenti