Türkiyədə fəaliyyət göstərən azərbaycanlı aktrisa Nəsrin Cavadzadə yeni serialda rol alacaq.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, o, baş rollarında Şükrü Özyıldız və Aslı Enverin çəkildiyi "Kış Güneşi"nin heyətinə daxil olub.

O, Kadimin (Hakan Boyav) illər öncə öldüyü zənn edilən qızı Efruz obrazını canlandıracaq.

N.Cavadzadə "Son Mektup", "Annemin şarkısı", "Kuzu", "Yangın var", "Güzel günler göreceğiz" kimi filmlərdə, "Görüş günü kadınları", "Ağır Roman Yeni Dünya", "Al yazmalım", "Samanyolu" və "Küçük Ağa" seriallarında iştirak edib.

Aktrisa "Qızıl Portağal" Film Festivalında "Ən yaxşı aktrisa" da daxil olmaqla bir çox mükafatın sahibidir.

Xəbər lenti