Türkiyə mediası müğənni Şakir Abbasdan yazıb. 

Teleqraf.az məlumat verir ki, müğənni Şakir Abbas türkiyə mediasının diqqət mərkəzindədir. Onun haqqında qardaş ölkənin ən çox oxunan reytinqli portallarından hesab edilən “Onedio.com” məlumat yayıb.

Məlumatda sənətçinin yaxın günlərdə Türkiyə şou-biznesinə qatılacağı bildirilib:

“Azərbaycanlı müğənni Şakir Abbas “Aşk bir vefadır” mahnısı ilə Türkiyə şou-biznesinə qatılacaq…” Bununlada Şakir Abbas Türkiyənin maqazin portallarında xəbərləri yayılan bir neçə Azərbaycan sənətçisindən biri olub. Şakir Abbas Türkiyədə haqqında xəbərlərin yayılmasına, bu mahnının piarına və bir çox məsələlərə qətiyyən maliyyə vəsaiti xərcləmədiyini bildirib.

Qeyd edək ki, Şakir Abbas Türkiyə mətbuatına “Azərbaycanın bülbülü” adlandırılıb.

 

Xəbər lenti