ATV-də yayımlanan "Bizimləsən" verilişinin canlı yayımı zamanı xoşagəlməz hadisələr yaşanıb.

Teleqraf.az ölkə.az-a istinadən bildirir ki, verilişin aparıcısı Zaur Baxşəliyev efirə çağırdığı tanınmış musiqiçi Zahid Qubadlı ilə yanaşı, Qubadlı Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri İlham Əhmədova qarşı da hörmətsizlik edib.

 "Sən bura niyə gəlmisən" deyən Baxşəliyev şöbə müdirindən çəkiliş yerini tərk etməsini tələb edib və mühafizəçiləri çağırıb. Mühafizəçilər İ.Əhmədova zor tətbiq edərək onu uzaqlaşdırmağa çalışıblar.

 Verilişin digər qonaqlarının müdaxiləsindən sonra vəziyyət sakitləşib.

 

Xəbər lenti