Ukraynanın xalq artisti İrina Bilık ikinci dəfə ana olub. Uşağın atası məşhur Azərbaycan əsilli rejissor Aslan Əhmədovdur.

Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, İrina dekabrın 8-də Avropa ölkələrindən birində dünyaya gələn oğluna Təbriz Aslan adını qoyub.

Bu sevincli xəbəri valideynlər Facebook səhifəsində bölüşüblər.

Qeyd edək ki, uşağı surroqat ana dünyaya gətirib.İrinanın böyük oğlu Qleb isə 16 yaşındadır.

Xəbər lenti