Siz ancaq toyxana səhnəsini aparan sənətçisiniz”.

Neçə vaxtdır ki, ATV-də anonslarını izlədiyimiz “5-ci element” verilişi nəhayət ki, efir vaxtına start verib.

Oxu.Az xəbər verir ki, proqramın qonağı xalq artisti Brilyant Dadaşova digər xalq artisti Aygün Kazımova haqqında fikirlərini söyləyib.

Xatırladırıq ki, Aygün Kazımova illər əvvəl “Onlar” verilişində Brilyant Dadaşovanı səhnə müğənnisi hesab etmədiyini demişdi: 

“Brilyant xanım, siz əsl üzünüzü göstərdiniz. Siz ancaq toyxana səhnəsini aparan sənətçisiniz”. 

B.Dadaşova isə “5-ci element” verilişində heç vaxt A.Kazımova ilə dost olmadığını deyib: 

“Biz Zülfiyyə ilə (Zülfiyyə Xanbabayeva – red.) 5 il bir yerdə oxumuşuq. Aygünlə dostluğumuz yadıma gəlmir. 

Daha sonra Dadaşova Kazımovaya atmaca atıb:

“Bir dəfə mən konsert verəndə başqa bir müğənni başqa bir zalı doldura bilmədiyindən məcbur olub jurnalistləri götürüb mənim doldurduğum zala gəldi”. 

 

Xəbər lenti